Rəqəm generatorları Haqqinda Melumat - Vikipedia

Rəqəm generatorları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rəqəm generatorları

Rəqəm və ya rəqəmsal generatorlar redaktə

Bu tip generatorlar sabit cərəyan qida mənbəyinin enerjisi hesabına toplanana enerjinin (enerjinin toplanma prosesi kondensator və induktiv doloqlar vasitəsilə yerinə yetirilir) çıxışda azad olması hesabına yaranana qeyri-harmonik rəqslər yaranır ki, belə generatorlara releksasiya heneratorları deyilir. Burada qeyri-harmonik siqnallar (rəqslər) deyərkən xətti dəyişən, düzbucaqlı, eksponensial və başqa xüsusi formaya sahib xüsusi siqnallar nəzərdə tutulur. Multivibrator, təkvibrator, trigger, bloking generatorları releksasiya generatorlarına aid etmək olar. Müvazinətli vəziyyətin saxlama xarakteri düzbucaqlı impuls generatorlarının təsnifat əlamətidir. Müvazinətli vəziyyət uzun müddətli dayanıqlı və kvazidayanıqlı (demək olar ki-nisbətən dayanıqlı) olmaqla iki çür olur.

  1. Uzun müddətli dayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını istəlinən ana qədər saxlaya bilər və generatoru xarici təsirin köməyilə bu vəziyyətdən çıxarmaq olar.
  2. Kvazidayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını müəəyən sonlu müddət ərzində saxlayır və bu müddət generatorun daxili parametrləri və strukturu ilə müəyyən edilir. Bu tip generatorlarda bir dayanıqlı vəziyyətdən digərinə keçid üçün xarici təsirlər tələb edilmir.

Düzbucaqlı impuls generatorları dayanıqlı vəziyyətin xarakterinə görə üç qrupa bölünür.

  1. Triggerlər: Belə generatorlar iki uzun müddətli dayanıqlı vəziyyətə sahib olurlar və bistabil düzbucaqlı impuls generatoru adlanırlar.
  2. Təkvibratorlar: Belə generatorlar uzun müddətli dayanıqlı vəziyyətə və eyni zamanda bir kvazidayanıqlı vəziyyətə malik olurlar və monostabil düzbucaqlı #impuls generatorları adlanırlar.
  3. Multivibratorlar: Bu tip generatorlar hər iki vəziyyəti kvazidayanıqlı və uzun müddətli dayanıqlı vəziyyətə malik olurlar. Bu cür generatorlar multivibratorlar olaraq da adlanırlar. Multivibratorlarda işə salma əmrini yaratmaq üçün yalnızca elektron sxemi qida mənbəyinə qoşmaq lazımdır, yəni generaqsiya prosesini başlatmaq üçün xarici işə salma impulsları tələb olunmur.

Generatorlar inteqral sxemlər, diskret cihazlar (tranzistorlar), məntiq elementləri və əməliyyat gücləndiriciləri üzərində qurulur. Günümüz mikroelektronika əsri olduğu üçün əsasən tək bir mikrosxemə inteqrasiya edilmiş məntiq elementləri üzərində qurulur. Bu tip generatorlara rəqəmsal generatorların əsas üstün cəhəti stabil iş rejimi, təhriflərə qarşə stabillik, tezliyin avtomatik köklənməsi və s. onun tətbiq sahəsini genişləndirmişdir.

İstinad redaktə

  1. Rəhimov R. M., Manafov A. M., Cavadov C. M. "Analoq və Rəqəm elektronikası" I hissə Bakı 2014, səh9–12

Saytda 201 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024