Raciv Qandi Haqqinda Melumat - Vikipedia

Raciv Qandi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Raciv Ratna Qandi (hind. राजीव गाँधी, 20 avqust 1944[2][3][…], Bombey, Britaniya Hindistanı[1]21 may 1991[2][3][…]) — hind siyasi xadimi, 1984—1989-cu illərdə Hindistanın baş naziri.

Raciv Qandi
hind. राजीव गाँधी
bayraq
Hindistanın baş naziri
bayraq2
31 oktyabr 1984 – 2 dekabr 1989
Əvvəlkiİndira Qandi
SonrakıVişvanat Pratap Sinqh
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bombey, Britaniya Hindistanı
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Tamilnad,  Hindistan
Dəfn yeri
Partiya Hindistan Milli Konqresi
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Feroz Qandi
Anası İndira Qandi
Həyat yoldaşı
Uşaqları
Dini hinduizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

 
Raciv (solda) anası İndira Qandi, babası Cəvahirləl Nehru və kiçik qardaşı Sancay ilə. 1940-cı illərin sonu

20 avqust 1944-cü ildə İndira Qandi və Feroz Qandi ailəsində anadan olmuşdur. Raciv babası Cəvahirləl Nehrunun evində böyüyüb. Hindistanda seçilmiş bir məktəbdə, daha sonra London UniversitetiKembric Universitetinin Triniti Kollecində təhsil almışdır. 1965-ci ilin yayında Raciv İtaliyadan Sonya Qandi ilə görüşdü. Sonya ilə ingilis dilini öyrəndi və Raciv mühəndis-mexanik ixtisasında təhsil aldı. 1968-ci ilin yanvarında Raciv və Sonya Dehlidə evləndilər. 1970-ci ilin iyun ayında onların oğlu Rahul, 1972-ci ilin yanvarında qızları Priyanka anadan oldu[4].

1968-1980-ci illərdə Hindistana qayıtdıqdan sonra Hindistan Havayollarında pilot, sonra isə ekipaj komandiri olaraq çalışdı. Bu dövrdə heç vaxt siyasi karyera haqqında düşünməyən Racivi yalnız qardaşının ölümündən sonra parlamentə üzv olmağa razı sala bilirlər.[5].

Xarici siyasəti redaktə

Ölkənin tarixində ən gənc baş nazir xarici siyasətə Hindistanın qonşu ölkələrlə dostluğunu prioritet seçməklə başladı. Raciv 1985-ci ildə MoskvaVaşinqtona ilk səfərləri zamanı bildirdi ki, Hindistan bölgədə ümumi sülh mühiti və əməkdaşlığı yaxşılaşdırmaq üçün qonşularla danışıqlara başlayıb. Həmçinin ABŞ Konqresidəki çıxışında yaradılmış Cənubi Asiya ölkələrinin regional əməkdaşlıq Assosiasiyasının ümumi konturlarını təsvir etdi və bildirdi ki, CARİƏA (o zaman Cənubi Asiya regional iqtisadi əməkdaşlıq Assosiasiyası) 1985-ci ildə yaradılacaq.

Raciv dünya miqyasında nüvə tərk-silahının ən qızğın tərəfdarı kimi çıxış edirdi. O, 1988-ci ilin iyununda məşhur nüvə tərk-silahı üzrə Fəaliyyət Planını Birləşmiş Millətlər Təşkilatına təqdim etdi. Bundan qabaq (nüvə silahından azad və qeyri-zorakı dünyanın prinsipləri haqqında) sovet lideri Mixail Qorbaçovla Dehli bəyannaməsini imzalmaqla və “altı ölkə, altı qitə” təşəbbüsü ilə çıxış edib bu ideyaları fəal şəkildə irəli sürürdü.

Hakimiyyətinin ilk ilində baş çəkdiyi ən önəmli dünya paytaxtları Moskva və Vaşinqton oldu, lakin Pakistana və vəzifədə olduğu son ildə Çinə səfəri dünya ictimayyətinin diqqətini daha çox çəkdi.

 
Baş nazir Raciv Qandi Ram Kişor Şukla ilə 1988-ci ildə

Cəvahirləl Nehrudan sonra Raciv otuzillik fasilədən sonra Pakistan və Çinə səfər edən ilk baş nazir idi. Vəzifə müddətinin sonuna doğru 60-dan çox xarici səfərə çıxdı. O, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü daxil olmaqla bütün başlıca dövlətlərdən əlavə, Maldiv, MavrikiMyanma daxil olmaqla bütün qonşu ölkələrə səfər etdi. Qandinin bioqraflarından biri Nikolas Nugenti deyir:

"  Raciv bölgə polisi rolunu öz üzərinə götürmək və ən önəmlisi, başqalarına bu rola iddialı olmaq imkanı verməmək üçün Hindistanı yetərincə güclü görmək istəyən ilk baş nazir deyildi. Bununla belə, onun üç balaca qonşuya qarşı siyasi kursu xaric siyasi məqsədlərə yetmək üçün Hindistanın hərbi gücündən istifadə etməyə daha çox meylli olmasından xəbər verirdi. O, bir tərəfdən regional əməkdaşlığın eksponenti idi ki, bu da CARİƏA-da öz əksini tapırdı. Digər tərəfdən, Hindistanın özünü bölgənin sahibi və idarəçisi saymasında qonşu ölkələrdən heç birinin şübhəsi olmasın deyə, əlindən gələni edirdi. Hindistanda “Raciv Qandi doktrinası” haqda söhbət dolaşır. O, eyni zamanda xarici səfərlərdə sülh və tərk-silah ideyalarını rəhbər tutur, ölkəsində isə Hindistanın silahlı qüvvələrinin tarixdəki ən irimiqyaslı silahlanmasına başçılıq edirdi. " 

Hindistanda silahlanmanın inkişafı, əslində, 1963-cü ildən başlasa da, Raciv hakimiyyət sükanını ələ alan kimi, bu prosesə yeni təkan verdi. Müdafiə xərcləri beş il ərzində ikiqat artdı və onun baş nazirliyinin son iki ilində artıq bütün dövlət məsrəflərinin, demək olar, 20%-ini təşkil etdi. Silahlı qüvvələrin modernləşdiriliməsi İsveçdən haubitsaların (bunlar Karqildə əməliyyatın gedişində özünü yaxşı göstərdi), Böyük Britaniyadan təyyarədaşıyan “Virat”gəmisi, Avropanın “Bəbir” və Rusiyanın “MiQ-27”-lərindən savayı, Fransadan “İlğım-2000” qırıcılarının alınmasını ehtiva edirdi. Rusiyadan lizinqə götürülmüş “çakra” sualtı qayığı atom sualtı qayığı olan Hindistanı ilk qeyri-nüvə dövlətinə çevirdi. Beləliklə, Hindistanın HDQ ölkə sahillərindən yüz millərlə uzaqda dünya okeanının dərinliklərində hərəkət etmək imkanı əldə etdi.

Raciv Qandinin baş nazirliyi dövründə Hindistanın ümumi sayı 99 vahid olan HDQ iki təyyarədaşıyan, 12 sualtı qayıq, 21 keşikçi gəmi və 5 esminesdən ibarət idi. Bu, dənizdən istənilən hücumu dəf etməyə kifayət idi. Raciv Qandi deyirdi: “Hindistanın müdafiəsini təmin etmək üçün Hindistana gələn dəniz yollarına tam şəkildə nəzarət etmək lazımdır”.

Hindistan ən böyük silah idxalatçısı olaraq qalsa da, Qandi hökuməti müdafiə istehsalı proqramları və istehsalatın lokallaşmasına güclü təkan verdi. 1988-1989-cu illərdə yer-hava sinifli “Trişul” və yer-yer sinifli “Prithvi” raketləri uğurla sınaqdan keçirildi və silahlanmaya qəbul edildi. Bir neçə aydan sonra 1500 mil mənzillik ballistik “Aqni” raketi uğurla sınaqdan keçirildi və Hindistan Rusiya, ABŞ, Fransa, Çin və İsraillə bərabər “raket istehsalçısı ölkələrin klubu”na daxil oldu.

Racivin dövlətçilik yanaşmasının təməlində, əslində, görkəmli anası və sələfi, əzmkar iradəsi və siyasi liderliyi 1971-ci ildə Hindistan silahının ölkəyə ən böyük qələbəsini təmin etmiş İndira Qandinin sarsılmaz cəhdi dururdu.

Racivin ölkənin müdafiə qabiliyyətinə verdiyi təkanı həm Vacpainin, həm də Manhon Sinqhin hökuməti davam etdirdi. Bədxahların ədalətsizcəsinə zəif müdafiə naziri kimi qiymətləndirdiyi Entoni də son onillik ərzində Qandinin başladığı hərbi qüdrətin artırılması və silahların modernləşdirilməsi prosesinin fəal şəkildə inkişaf etməsi üçün əlindən gələni etdi.

“Aqni-5” raketi, əsas döyüş tankı “Arjun”, “Herkules” C-130J hərbi nəqliyyat təyyarəsi, qayığa qarşı P-81 təyyarəsi, “Vikramaditya” və “Arihant” təyyarədaşıyanları – bunlar Hindistanın “Raciv doktrinası”na necə əməl etdiyinin yalnız cüzi nümunələridir.

Ölümü redaktə

Zəhmli anasına baxanda Raciv daha sabitqədəm və barış ruhlu siyasətçi olub. Baş nazir seçiləndən sonra bürokratik aparatı ixtisar edir və hind biznesini canlandırmaqdan ötrü yeni iqtisadi islahatlar keçirir. Maraqlıdır ki, anası Sovet İttifaqı ilə sıx dostluğa üstünlük verirdi, Raciv isə, əksinə, Birləşmiş Ştatlarla münasibətləri möhkəmləndirməyə çalışır.

Hindistanı Hind okeanının superdövlətinə çevirmək üçün onun iddialı planları var idi.

O, ölkənin silahlı qüvvələrini gücləndirməyə başlayır.

Bununla belə, Raciv də anası kimi qəflətən Hindistanın bütövlüyünü təhdid edən problemlə üzləşir. Lakin bu dəfə problemin kökü ölkə hüdudlarından kənardadır. 1983-cü ildə Hindistanın cənub sahilindən 150 km məsafədəki Şri Lanka adasında iğtişaş alovlanır. Əvvəllər etnik azlığın sıxışdırdığı tamillər müstəqillik uğrunda coşqun mübarizəyə başlayırlar. Adanın şimalında və qərbində yaşayan 3 milyon induist tamil Şri Lanka əhalisinin 20%-ni təşkil edir, qalanı isə buddaçı sinqallardır.

Şri-Lanka Britaniyanın əsarətindən 1948-ci ildə azad oldu və sinqal çoxluq tamil azlığı sürətlə qısnamağa başladı.

1983-cü ildə Velopilay Braphakaranın komandanlığı ilə “tamil pələngləri”nin başçılıq etdiyi qəzəbdən yoğrulmuş silahlı üsyan qızışır. Sinqal çoxluqlu Şri Lanka hökumətinin və ordusunun reaksiyası son dərəcə amansız olur. Tezliklə tammiqyaslı vətəndaş müharibəsi başlanır.

Şri-Lanka vətəndaş müharibəsinin Hindistan üçün problemi bundan ibarət idi ki, 50 milyondan çox tamil ölkənin Şri-Lankaya yaxın olan sahilyanı Tamilnad ştatında yaşayır. Orada da ayrıca tamil dövləti haqda tələb irəli sürülür. Hindistan hökuməti nəinki qiyamçıları bağışlayır, hətta onların hazırlığı və mütəşəkkilliyinə yardım edir. Raciv eyni zamanda qiyamçılara müxtariyyət verməyə çağırmaqla sülh razılaşmasının əldə edilməsində Şri-Lanka hökumətinə köməyini təklif edir.

Hindistanın böyük və regional dövlət olduğunu nəzərə alan Şri-Lankanın prezidenti Cay Vardin könülsüz olsa da, danışıqlara gedir. Lakin növbəti iki ildə getdikcə aydın olur ki, hökumət problemin hərbi həllinə üstünlük verir. O, tamillərin dayağı olan Cafna yarımadasının dənizdən mühasirəsini təşkil edir ki, bu da kəskin şəkildə ərzaq çatışmazlığına səbəb olur. Sonra isə hərbi əməliyyat başlanır.

Nəhayət, 1987-ci il iyununda Racivin səbri tükənir. Hindistanın HHQ-nin AN-24 nəqliyyat təyyarələri sahilyanı bazadan havaya qalxır. Qırıcıların müşayiət etdiyi təyyarələr Cafna yarımadasına azuqə atır. çoxları bunu qanunauyğun humanitar aksiya kimi alqışlayır. Şri-Lankanın üzərindən sərbəst şəkildə uçan hind təyyarələri sanki vurğulayır ki, Hindistan istədiyi yerdə öz iradəsini diqtə etməyə qabildir.

Cay Vardin hökuməti dərhal ciddi danışıqlara başlayır və 1987-ci il 29 iyulda müqavilə imzalanır. Müqaviləyə görə, Hindistan sülhməramlı qüvvələr göndərməklə tamil pələngləri ilə Şri Lanka hökuməti arasında vasitəçi olacaq.

Sinqallar 1987-ci il 30 iyulda Kolomboda müqaviləyə kəskin şəkildə etiraz edirlər. Raciv Şri-Lankanın paytaxtında fəxri gözətçilərin qarşısından keçərkən dənizçilərdən biri ona hücum edir.

Yeni sülh müqaviləsi müharibənin qarşısını ala bilmir və Hindistanın sülhməramlı qüvvvələri tezliklə tamil pələngləri ilə münaqişəyə cəlb edilmiş duruma düşür. Tamilnadedə narazılıq yetişməyə başlayır ki, Hindistan açıq şəkildə sinqalların tərəfində durub və nəticədə Racivin xeyirxahlıq imicinə böyük zərbə dəyir.

1989-cu ilin dekabrında keçmiş maliyyə naziri, hazırda Canata Partiyasına başçılıq edən Vipi Sinq ümumi seçkilərdə Racivin Konqres partiyasını məğlub edir.

Hindistanın Şri-Lankadakı sülhməramlı qüvvələri 1500-dən çox əsgər itirib və yeni hökumət onları adadan çıxartmağa başlayır. 4 aydan sonra hər şey başa çatır, lakin müharibə davam edir. Şri Lanka ordusunun tamillərə hücumu təzələnir.

Tamillərin bəzi qrupları sülhün əldə edilməsi xatirinə məhdud muxtariyyətə razıdır, lakin “pələnglər” tam müstəqillik əldə etmək niyyətindədirlər. Onlar yeni qorxunc silahdan – “canlı bomba”lardan istifadə etməyə başlayırlar. 1987-ci ildə ilk terakt baş verir: Şri Lanka ordusunun bazasına girən yük maşını partlayır və 50 nəfər həlak olur. Raciv müxalifətin lideri kimi bildirir ki, əvvəvlki kimi vahid Şri-Lankanın lehinədir və hesab edir ki, Hindistanın qüvvələri durumu sabitləşdiməyə kömək etməlidir.

1991-ci ilin mayında Canatanın koalisiyası dağılır və ümumi seçkilər keçirilir.

Braphakaran narahat olur ki, Raciv hakimiyyətə qayıtsa, çox güman ki, Şri-Lanka hökumətindən gizlicə məhdud müxtariyyəti qəbul etməyə hazır olan tamil qruplarına yenidən yardım etməyə başlayacaq. “Pələnglər”ə təzyiq son dərəcə artır və o, “tamil pələngləri”ni Racivi öldürməyə çağırır. Əməliyyat “pələnglər”in kəşfiyyat rəisi Svirasana tapşırılır.

Svirasan 1991-ci il mayın əvvəlində Cənubi Hindistanda Suxa və Danu adlı iki tamahgir qızı tamillərə hüsn-rəğbət göstərən Nalini adlı hind qadını ilə tanış edir. Suxa və Danu möhkəm əqidəli “tamil pələngi”dirlər. Onlardan biri Raciv Qandini məhv edəsi bomba olacaq.

Raciv mayın II yarısında Cinaya gəlməlidir ki, 21 mayda axşam Şriprumbudurda mitinqdə çıxış etsin.

Svirasanın planı belədir: paltarının altında partladıcı olan qızlardan biri Racivə yaxınlaşacaq ki, onun boynuna girlyand keçirtsin. Hər şeyin lap inandırıcı görünməsi üçün qızın yanında yerli fotoqraf da olacaq.

20 may 1991-ci il, Nyu-Dehli. redaktə

Raciv Qandi gündüz saat 3-də seçki kampaniyasının son mərhələsinə gəlir. O, Cənubi Hindistana turneyə çıxmaq niyyətindədir.

Bu arada Cinayda Svirasan Raciv Qandi əməliyyatına hazırlığı başa çatdırır. İnsan-bomba qismində Danu seçilib. Onun əynində yaşıl-narıncı rəngdə şalvar və on kiloqrama yaxın partladıcı olacaq.

21 may 1991-ci il, Cinay redaktə

Svirasan və onun insan-bombası 3.30-da yerli fotoqrafla görüşürlər. Onlar birlikdə Şriprumbudura gedən avtobusa əyləşirlər.

21 may, 1991-ci il, Cənubi Hindistan, Vişakapatam redaktə

Axşam saat 6.30. Raciv öz təyyarəsində Cinaya uçur. Yerli fotoqraf mitinqdə Danu ilə əllərində girlyandlar olan bir qrup qadının fotoşəklini çəkir. Svirasan sanki jurnalist kimi əlində bloknot yaxınlıqda durub.

Axşam saat 10-da həyəcanlanmış kütlə meydana girən Raciv Qandini salamlayır. Raciv camaatın arasından keçərkən hədiyyələri qəbul etmək üçün bir neçə dəfə dayanır.

Girlyandlı qadınlar ona yaxınlaşır, biri sanki onun ayağını öpmək üçün aşağı əyilir... Qəflətən partlayış baş verir. Raciv və daha 14 nəfər həlak olur…

Əvvəlcə hesab edilirdi ki, bomba məsafədən idarə olunub. Amma sonra qadının gövdəsində naqillər və qurşağın qalıqları tapılır. Bir qadının başı tapılır. Bu dəhşətli fotoşəkillər mətbuatda çıxır və televiziyada göstərilir. Sonra kameranı tapırlar. Həlak olanlardan biri fotoqraf idi. Onda üç qadının və sanki, onlara dəxli olmayan bir kişinin fotoşəkli var.

Fotoşəkil dərc ediləndə qaçqın tamillər kişinin Svirasan, qadının isə Cinayda Nalini ilə birlikdə yaşamış qız olduğunu bildirirlər.

Svirasana görə, 1 milyon rupi mükafat elan edilir. Nəhayət, məlum olur ki, o, Banqalordakı evlərdən birində gizlənir.

Avqustun 18-də səhər polis binanı hücumla götürür. Aydın olur ki, Svirasan özünü güllələyib, digər altı tamil isə sianid içib. Cinayətkarlar tanınandan sonra Hindistan Braphakaranın təhvil verilməsini tələb edir. Lakin o, 2007-ci ildən Şri Lankaın şimal-qərbində azadlıqdadır.

24 may 1991-ci ildə Nyu-Dehlidə Timmurdimada Nehrunun evindəki matəm mərasimindən sonra Raciv Qandinin meyidini Cuna çayının sahilində yandırırlar.

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 Rajiv Gandhi. // CulturalIndia.net
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Rajiv Gandhi // Encyclopædia Britannica (ing.).
  4. "Раджив и его младший брат Санджай | Институт социально-политических исследований". 2014-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  5. "ГАНДИ Раджив". 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024