Rafail Hüseynov Haqqinda Melumat - Vikipedia

Rafail Hüseynov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rafail Hüseynov

şəhid

Rafail Teymur oğlu Hüseynov(1 yanvar 2001, Qarğalıq, Masallı rayonu8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]

Rafail Hüseynov
Rafail Teymur oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qarğalıq, Masallı rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Şuşa şəhəri, Azərbaycan
Dəfn yeri Qarğalıq, Masallı rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2018 - 2020
Rütbəsi Kiçik gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri

"Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2021 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2021

"Laçının azad olunmasına görə" medalı — 2021

Həyatı redaktə

Rafail Hüseynov 1 yanvar 2000-ci ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. Ədalət Vəliyev adına tam orta məktəbdə oxuyub. Həmin məktəbi 2017-ci ildə bitirib. Rafailin fiziki hazırlığı yaxşı idi. Uşaqlıqdan ermənilərin millətimizə qarşı törətdiyi cinayətlərlə barışmayıb. Xalqımızın soyqırıma məruz qalması, torpaqlarımızın işğalı onda hərbi peşəyə maraq oyadıb. Ona görə hərbçi olmaq istəyib. 2018-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Sonra XTQ kursuna könüllü yazılıb. 6 aylıq kursdan sonra kiçik gizir rütbəsində çalışmağa başlayıb. Az yaşı olmasına baxmayaraq XTQ-yə qəbul edildi. 398 nəfər kurs iştirakçısından yalnız 28-i seçilib. Onlardan biri də Rafail idi. Rafail ailəsinə bağlı insan olub. Ailəsinin arzularını reallaşdırmağa çalışırdı. İstəyi isə müharibənin başlaması, özünün də döyüşlərdə iştirak edib, torpaqlarımızı yağılardan azad etməsi idi. Bir qızı çox sevirdi. Müharibədən sağ qayıtsaydı, nişanlanmağı düşünürdü.

Hərbi xidmətləri və şəhadətlik zirvəsi redaktə

Müharibə zamanı hərbi xidmətləri redaktə

O, 44 günlük müharibənin 42 gününü savaşıb. Döyüş zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib. Xüsusi vasitələrlə erməni traktorunu işə salıb, arxasını balaca arabaya qoşaraq yaralıları ordan çıxardıb. Bunları onun döyüş yoldaşları söyləyib. Deyirlər, Kəlbəcərdə şəhidləri, yaralıları çıxardırdıq. 150-200 metr dərinliyində, dərənin aşağı hissəsində şəhid və yaralılar var imiş. Onları çıxardıblar. Orda köhnə traktor tapıblar. Rafail tez işə salıb, başqa traktordan benzin töküblər.

Maşın üçün qoşqu tapıb istifadə ediblər. Hamısı minib, traktoru da Rafail sürüb. Bir neçə kilometr gediblər, sonra starter yanıb. Ona qədər öz maşınlarımız köməklərinə çatıb. Rafailgil Murovdakı əməliyyatdan sonra, Kəlbəcərə daxil olublar, iki gün orda qalıblar. Sonra geri qayıdıb Füzuliyə tərəf irəliləyiblər. Üç gün yol gedib, Hadruta giriblər. Səhərə yaxın, meşəlik ərazidən daxil olublar. Orda atışma başlayıb.

Şəhadətlik zirvəsinə yüksəlməsi redaktə

Füzulinin kəndlərini alıblar. Ondan sonra Şuşaya tərəf gediblər. 12-13 saat, bir gecə yolda olublar. Şuşanın Daşaltı kəndinin yanında meşəlik var. 3 gün orda gözləyiblər. Gecə saatlarında Şuşaya giriblər. Şuşa-Laçın yolunda 4-5 saat atışma olub. Bütün bunları danışan döyüş yoldaşı Şuşaya girəcəyində yaralanıb, Rafail irəli gedib. Öz taborlarından tək Rafail qalıb. Başqa dəstələrə qoşulub Şuşaya hücum edib və şəhid olub...

Təltifləri redaktə

İstinadlar redaktə

"Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.</ref>


Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024