Rafiq Zeynalov Haqqinda Melumat - Vikipedia

Rafiq Zeynalov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rafiq Yaqub oğlu Zeynalov (16 mart 1938, Bakı5 sentyabr 2014, Bakı) — Azərbaycan jurnalisti, fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət İnformasiya Agentliyinin ("Azərinform"un) direktoru, dövlət xadimi, Bakı Sosial İdarəçilik və Politologiya İnstitutunun rektoru[1]

Rafiq Zeynalov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
31 may 1988 – ?
Birinci katibƏbdürrəhman Vəzirov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət İnformasiya Agentliyinin direktoru
bayraq2
1986 – 1988
ƏvvəlkiYefim Qurviç
SonrakıAzad Şərifov
Şəxsi məlumatlar
Doğum tarixi 16 mart 1938(1938-03-16)
Doğum yeri
Vəfat tarixi 5 sentyabr 2014(2014-09-05) (76 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti jurnalist
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d]

Həyatı redaktə

Rafiq Zeynalov 1938-ci il martın 16-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi bitirdikdən sonra Neft hasilati üzrə Azərbaycan Elmi Tədqiqat Institutuna operator vəzifəsinə qəbul olunmuşdur. 1962-ci ildə S. M. Kirov adina Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən R. Zeynalov bütün gələcək həyatını Azərbaycan jurnalistikasinin inkişafina, jurnalist kadrlarin yetişməsinə, mətbuat işçilərinin hüquqlarinin qorunmasina həsr etmişdir.

1969-cu ildə rəhbər partiya vəzifəsinə irəli çəkilmiş, Azərbaycan KP MK-nin təbliğat və təşviqat şöbəsində təlimatçi vəzifəsində çalışmışdır.

1976-cı ildə Moskvada İctimai Elmlər Akademiyasini bitirdikdən sonra fəlsəfə üzrə dissertasiya müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsini almişdir. Sonralar Azərbaycan KP MK-nin təbliğat-təşviqat şöbəsinin müdir müavini, "Azərinform" (indiki "AzərTac") direktoru, Azərbaycan Jurnalistika İttifaqının sədri (1987-1988), Azərbaycan SSR Ali Sovetinin deputatı (1987-1995), daha sonra R. Zeynalov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ideoloji məsələlər üzrə katib postunu tutub[2].[3]

R. Zeynalovun sonuncu iş yeri isə Bakı Sosial İdarəçilik və Politologiya İnstitutu olub. O, bu ali məktəbin rektoru vəzifəsində çalışıb[2].

Rafiq Zeynalov 5 sentyabr 2014-cü ildə vəfat edib[2].

İstinadlar redaktə

  1. "Jurnalist Rafiq Zeynalov vəfat etdi". "Bu gün" (az.). bugun.az. 05 September 2014 13:26:00. İstifadə tarixi: 2014-09-11.[ölü keçid]
  2. 2,0 2,1 2,2 "Mərkəzi Komitənin keçmiş katibi vəfat edib". LENT.AZ (az.). news.lent.az. 05.09.2014 / 14:51. 2014-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  3. [1] [ölü keçid]

Xarici keçidlər redaktə


Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023