Rahib Haqqinda Melumat - Vikipedia

Rahib Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rahibdini mərasimləri icra edən din xadimi.[1]

Ərəbcə rahib kəlməsi ruhban, rahbə, keşiş, kökündən gəlir. Rahbə "qorxub çəkinmə", keşiş "dərin dini qorxu ilə özünü dinə vermə" mənasındadır; rahib də Allahdan qorxan və fasilə ilə ibadət edən şəxsə deyilir.[2]

İslama görə rahib redaktə

Quranda ruhbanlığın Allah tərəfindən fərz olmadığını,xristianların bunu uydurduğu bildirilmişdir. Təfsirlərdə deyilir ki, ruhbanlıq bir qrup xristianın dində ortaya çıxan fitnədən uzaqlaşıb dağlara çəkilərək ibadət etmə, mağaralarda və tək yerlərdə yaşama,qadınlardan uzaq durmaq kimi məşəqqətli bir həyat tərzinə qatlanmaqdır. Həmçinin qeyd olunur ki,ruhban ümumilikdə "Allahdan qorxanlar, özlərini ibadətə vermiş kimsələr", "İsanın davətinə itaət etmə və ona tabe olub şəriəti üzrə olanlar"və özəldə Xristian din adamları hesab olunur.

Ümumilikdə ruhban sinifi sadəcə xristianlığa məxsus deyil, hər dinin öz tərzində ruhbanı ola bilər. Çünki Allahın əmri üzrə Ondan qorxan hər hansı şəxsə rahib deyilə bilər. İnsanların çoxu Allahdan qorxub inandıqları "din adamı" olaraq qəbul etdikləri bu adamlara din adına bir çox səlahiyyətlər verər və beləcə yoldan çıxarlar.[3] Bu insanlar haqqında Allah buyurmuşdur: "Onlar öz alimlərini və ruhanilərini özləri ilə Allah arasına qoyub Rəbb tutublar. Məryəm oğlu Məsih də belədir. Lakin onlara verilən əmr budur ki, yalnız bir Tanrıya qul olsunlar. Ondan başqa İlah yoxdur. Allah onların şərik qoşduqlarından uzaqdır".[4][5]

Xristianlıqda redaktə

Xristianlıqda uyğulanma yoluna görə iki ayrı ruhban sinifi mövcuddur. Monastırlarda fasilə ilə yaşayan və keşiş deyə adlandırılan ruhbandan ayrı olaraq kilsələrdə vəzifə edən rahiblər və ya papazlar xristian cəmiyyəti adına hərəkət edən din vəzifəlisi ibadəti yönətmə, dini mövzular haqqında insanlara məlumat vermə və müqəddəs mətni şərh etmə haqqına sahibdir. Xristian rahibləri, bütün pis işlərin başı olan dünya hirsinə qapılmadan axirətə meyl ettiklərindən həsəd, düşmənlik və insanlara əziyət fikri onlardan silinmiş, özlərində Haqqa yönəlmə və bağlanma iradəsi yaranmışdır. Xristianlıqda olduğu kimi seçilmə yolu ilə əldə edilən rahiblikdə isə bikarlıq əsas olsa da,bəzi yerlərdə bu şərt deyil. Bir çox adətə görə, rahiblik müasir dövrə qədər kişilərə aid uyğulama olmuş, qadınlar ancaq məbədlə bağlı köməkçi rollar üstələnmişlər.

"Din adamı" mənasında rahib bəzi dinlərdə seçmə yolu ilə bilinmişdir Belə dinlərdə (yəhudilik, Zərdüştilik, brahmanizm) onların evlənməsi vacib olmuş, və bu sinif "kohen", "dastur", "khoury" kimi bəlli adlarla adlandırılmışdır. Xristianlıqda olduğu kimi seçmə yolu ilə seçilən rahiblikdə isə subaylıq əsasdır ancaq mütləq deyil. Yəhudi adətində Qüds məbədinə bağlı olaraq fəaliyyət göstərən kahinlər, qurban ritualından başqa hüququ mövzularda öyrətmək, hakimlik və idarəçilik vəzifələrini də yerinə yetirirlər.[6]

İstinadlar redaktə

  1. Description Arxivləşdirilib 2005-06-16 at the Wayback Machine of the problem of Roman Catholic and Old Catholic reunion with respect to the female priesthood
  2. Ebü’l-Fidâ İbn Kesîr, Tefsîrü’l-Ḳurʾâni’l-ʿaẓîm, Beyrut 1385/1966, III, 158-159; IV, 77; VIII, 54.
  3. Fahreddin er-Râzî, Mefâtîḥu’l-ġayb, XII, 66-71; XVI, 37, 41-42; XXIX, 245-246.
  4. Tövbə surəsi 9/31
  5. Aydın Mülayim, Quranda Din Adamları, Süleyman Vakfı Yayınları, İstanbul, 2016, s.61-64
  6. W. G. Oxtoby, “Priesthood: An Overview”, ER, XI, 528-534.

Saytda 289 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024