Rahim Məmmədov Haqqinda Melumat - Vikipedia

Rahim Məmmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rahim Məmmədov

"20 Yanvar" şəhidi

Rahim Məmmədov (tam adı: Rahim Vəliağa oğlu Məmmədov; 16 aprel 1969, Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ26 yanvar 1990, Haftoni, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Rahim Məmmədov
Rahim Vəliağa oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Haftoni, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Lənkəran Şəhidlər qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Vəliağa
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Fəhlə

Həyatı redaktə

1969-cu il aprelin 16-da[2] Lənkəranda anadan olmuşdur. 34 nömrəli texniki peşə məktəbini bitirmişdir. "Arzu" kooperativində fəhlə işləyirdi.

Subay idi.[3]

Qanlı Yanvar faciəsi redaktə

Yanvarın 26-da Lənkəranın Haftoni meşəsində hərbçilər tərəfindən keçirilmiş əməliyyatda həlak olmuşdur.[4] Güllə başından dəymiş, şok vəziyyətindən yerindəcə həlak olmuşdur. Əsgərlər meyidi tankların yanına sürüyə-sürüyə gətirmişlər.

Yanvarın 27-də Lənkərandakı Şəhidlər qəbiristanlığında dəfn edilib.

Ünvan redaktə

Lənkəran şəhəri, Şvernik küçəsi, ev 37

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
  3. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
  4. "Arxivlənmiş surət". www.anl.az. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.

Saytda 177 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024