Rahim Tağıyev Haqqinda Melumat - Vikipedia

Rahim Tağıyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rahim Tağıyev (10 noyabr 1979, Mingəçevir10 iyul 2016, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi.

Rahim Tağıyev
Rahim Qara oğlu Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1979(1979-11-10)
Doğum yeri
Vəfat tarixi 10 iyul 2016(2016-07-10) (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Gizir
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı və hərbi xidməti redaktə

Rahim Tağıyev 10 noyabr 1979-cu ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə hərbi xidmətə yollanmışdır. 1999-cu ildə xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndərilmişdir. Məktəbi tankçı ixtisası ilə bitirmişdir. Daha sonra hərbi hissədə vəzifəsinə başlayaraq tank komandiri vəzifəsinə qədər yüksəlmişdir. Qüsursuz xidməti dövründə hərbi komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rahim Tağıyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Həmin döyüşlərdə başından qəlpə yarası alan Rahim Tağıyev Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında koma vəziyyətində oldu. Üç dəfə cərrahi əməliyyat olunan Rahim Tağıyev koma vəziyyətindən 3 ay 7 gün sonra, 10 iyul 2016-cı ildə müalicə aldığı xəstəxanada şəhid oldu.

Elə həmin gün, iyulun 10-u Rahim Tağıyev Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Tağıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rahim Tağıyev Vüsalə xanım ilə ailəli idi, iki oğul və bir qız övladı yadigar qalıb; Ülkər, Nihat və Nicat.

İrsi və xatirəsi redaktə

2017-ci ildə ARB 24 kanalının dəstəyi ilə "Şəhidliyin Rahim Tağıyev zirvəsi" filmi çəkildi. Filmin həmin ilin noyabr ayında təqdimatı oldu.[1]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. "ASGA "Şəhidliyin Rahim Tağıyev zirvəsi" filmini təqdim etdi– Mingəçevirdə+VİDEO". Azerbaijan Favorite News (mail.afn.az) (az.)). 08.11.2017. İstifadə tarixi: 28.03.2021.[ölü keçid]
  2. "Gizir Rahim Qara oğlu Tağıyev". zefer.az (az.). 10.07.2016. 2021-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.03.2021.

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024