Ramid Hacıyev Haqqinda Melumat - Vikipedia

Ramid Hacıyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ramid Nəriman oğlu Hacıyev (11 fevral 1987, Cəbrayıl rayonu16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.

Ramid Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Cəbrayıl, Azərbaycan
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Tərtər, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2008 – 2020
Rütbəsi Mayor
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri "Qarabağ" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2021 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2008 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2018 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Ramid Hacıyev 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub.[1]

Hərbi xidməti redaktə

Azərbaycan Ordusunun mayoru olan Ramid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramid Hacıyev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri redaktə

İstinadlar redaktə

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qarabağ" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.

Saytda 283 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024