Rasim Öztəkin Haqqinda Melumat - Vikipedia

Rasim Öztəkin Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rasim Öztəkin

Türk teatr, kinoteatr və serial aktyoru

Rasim Öztəkin (14 yanvar 1959, İstanbul8 mart 2021[1], İstanbul[1]) — türk teatr, kinoteatr və serial aktyoru.[3]

Rasim Öztəkin
türk. Rasim Öztekin
Doğum tarixi 14 yanvar 1959(1959-01-14)
Doğum yeri
Vəfat tarixi 8 mart 2021(2021-03-08)[1] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[2]
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti ssenarist, jurnalist, teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1977–2021
Təhsili
  • Qalatasaray Ali Məktəbi[d]
IMDb ID0654863
rasimoztekin.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aktyor Pelin Öztəkinin atasıdır. İstanbuldakı Qalatasaray ali məktəbinin ardından İstanbul Universiteti mətbuat şərhi yüksək məktəbindən məzun olan sənətçi, səhnə həyatında ilk təcrübələrini İstanbul akademik sənətçilər icması və Kadıköy xalq təhsil mərkəzi və növbətçi teatrda həvəskar çalışmalarla edindi. Fərhan Şənsoyun ortaaktyorlar icmasında profesional teatr sənətinə başladı. 2016 ilində Kəl Həsən Əfəndinin qovağı Fərhan Şənsoy tərəfindən özünə təhvil verildi.

1992–1995 illəri arasında TV-də şou proqramları hazırladı. 1994-cü ildə Gani Müjde və Yılmaz Ərdoğanın yazdığı "2071-də Türkiyə" adlı musiqili səhnəyə qoyub oynadı. Teatrın bundan əlavə, kinoteatr və serial filmlərdə də rol almışdır. TRTyə proqram mətn yazarlığı və bir dönəm "Akşam" qəzetinde köşə yazarlığı etmişdir. Həyatının son illərində "Youtube"da da videolar çəkirdi.

Ölümü redaktə

Keçirdiyi ürək tutması səbəbi ilə 2021-ci il martın 8-i axşam saatlarında, müalicə gördüyü Dr. Siyami Ərsək Sinə Ürək və Damar Cərrahı Təhsil və Araşdırma xəstəxanasında 62 yaşında vəfat etdi.

Mükafatları redaktə

  • 1988, Altan Ərbulaq Mükafatları, Ən Yaxşı Aktyor
  • 1995, İsmail Dümbüllü Mükafatları, İlin Ən Yaxşı Aktyoru
  • 2003, Afifə Teatr Mükafatları, Komediya, və musiqili filialında Ən Yaxşı Köməkçi Kişi Aktyor
  • 2010, KALDER (Keyfiyyət Dərnəyi) Ən Keyfiyyətli Sənətçi mükafatı
  • 2010, Ayağlı Qəzer "İlin Ən Yaxşı Köməkçi Kişi Aktyoru"
  • 2011, İlin Molla Nəsrəddini

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Rasim Öztekin yaşamını yitirdi (türk.).
  2. Rasim Öztekin hayatını kaybetti.
  3. "Rasim Öztekin kimdir?". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-12.

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023