Rasim Müzəffərli Haqqinda Melumat - Vikipedia

Rasim Müzəffərli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rasim Müzəffərli

Rasim Müzəffərli (Rasim Müzəffər oğlu İmanov)Azərbaycanlı filosof, bəstəkar-şair və naşir.

Rasim Müzəffərli
Ümumi məlumatlar
Doğum adı Rasim Müzəffər oğlu İmanov
Doğum tarixi (65 yaş)
Doğum yeri Bakı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, şair, filosof, naşir
Janr muğam-rok
Musiqi alətləri piano, gitara, tar
Mükafatları Pro Cultura Hungarica - 2018

1958-ci il 21 iyunda Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbi, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Fəlsəfə elmləri namizədidir (1984). Öz dövründə ictimai elmlər sahəsində Azərbaycanda ən gənc dosent (1985) olmuşdur.

Azərbaycanda ilk qeyri-formal ictimai təşkilatlardan biri olan “CƏNGİ” birliyinin yaradıcısı və rəhbəri olmuşdur. Keçən əsrin 80-90-cı illərində Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olmuşdur. 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun (1981-1990) yaradıcısı və rəhbəridir.

Ümumi tirajı 5 milyon nüsxədən çox olan 1000-dən çox adda kitabın naşiridir. "Şərq-Qərb" Nəşriyyat Evinin qurucusu və rəhbəri (2010-2016) olmuşdur. 2017-ci ildən "1001 kitab" və "Quran nəşrləri" nəşriyyatlarının rəhbəridir.

2018-ci ildə Rasim Müzəffərliyə Macarıstan hökumətinin Pro Cultura Hungarica mükafatı təqdim olunmuşdur. Rasim Müzəffərli bu yüksək mükafata layiq görülən ilk azərbaycanlıdır. Keçmiş SSRİ məkanında bu mükafatı ondan əvvəl 2010-cu ildə akademik Yefim Pivovarov Пивовар, Ефим Иосифович (Rusiya) və 2005-ci ildə yazıçı Çingiz Aytmatov Chinghiz Aitmatov (Qırğızıstan) almışlar. Pro Cultura Hungarica mükafatı dünyada macar mədəniyyətinin tanınmasında göstərilən xidmətlərə görə xarici elm və mədəniyyət xadimlərinə təqdim olunur.

Bəstələri redaktə

  • “Rekviem” - Milli Qəhrəman Çingiz Mustafayevə ithaf (ifaçı: Rasim Müzəffərli, Axmedovski Trio və başqaları)
  • "Neylərəm" (ifaçılar: Rasim Müzəffərli, Ədalət Şükürov, Araz N. İmanov və başqaları)
  • “Ey sən” (ifaçı: Rasim Müzəffərli)
  • “Karvanım” (ifaçı: Rasim Müzəffərli)
  • “Neçə” (ifaçı: Rasim Müzəffərli)
  • "Qoşa suallar" (ifaçı: Rasim Müzəffərli)
  • Dünənki keçdi” (ifaçılar: Milli Qəhrəman Çingiz Mustafayev və “OZAN” qrupu)
  • “İnsan və avtomat” (ifaçı: “OZAN” qrupu)
  • “Bayatılar” (ifaçı: “OZAN” qrupu)
  • “Dözə bilmirəm” (ifaçı: “OZAN” qrupu)
  • "Gəz" (ifaçılar: "Dağ çiçəyi" ansamblı, "Xürrəmilər" rok qrupu, “OZAN” qrupu)
  • “Böl görüm” (ifaçı: “OZAN” qrupu)
  • “Nigaran suallar” (ifaçı: “OZAN” qrupu)
  • “Alatoranlıq” (ifaçı: “OZAN” qrupu)
  • “Unutmaq istərəm” (ifaçılar: “OZAN” qrupu, Araz N. İmanov)
  • “Bahar gəlsin” (ifaçı: “OZAN” qrupu)
  • "Kimsən, Robot?" (ifaçı: “OZAN” qrupu)
  • "Təbrizim" (ifaçı: “OZAN” qrupu)
  • “Ağ yasəmən” (ifaçılar: “OZAN” qrupu, Flora Kərimova)
  • “Gerçəklərim yalan oldu” (ifaçılar: “OZAN” qrupu, Bəsti Bəkirova, Şəbnəm Tapdıq və başqaları)
  • “Sən bizə qonaq gələndə” (ifaçılar: “RAST” və “Qaya” qrupları, Mübariz Tağızadə, Elnur Hüseynov, Emil Əliyev və başqaları)
  • “Üzü küləyə” (ifaçılar: Rasim Müzəffərli və Gündüz Bakılı)
  • “Pəncərə” (ifaçılar: Rasim Müzəffərli, “Dəyirman” qrupu, Faiq Ağayev, Araz N. İmanov və başqaları)
  • “Oyun bitdı” - Anar Məmmədxanova ithaf (ifaçılar: Rasim Müzəffərli, Araz N. İmanov)
  • "Batmış gəminin mahnısı" (ifaçılar: Rasim Müzəffərli, Araz N. İmanov və başqaları)
  • "Səslə" (ifaçılar: Rasim Müzəffərli, Rəfiqə Məmmədova, Nərgiz Müzəffərli)
  • "Yandım" (ifaçı: Rasim Müzəffərli, Araz N. İmanov)

Tərcümələri redaktə

  • İmre Madaç. İnsanın faciəsi / Rasim Müzəffərlinin tərcüməsində. Birinci nəşr – Bakı, 1001 Kitab® nəşriyyatı, 2017 – 208 səhifə
  • Mikloş Radnoti. Bir dəli yağış / Rasim Müzəffərli və Davud Nəsibin tərcüməsində – Bakı, 1001 Kitab® nəşriyyatı, 2018 – 112 səhifə
  • Şandor Petöfi. Azadlıq və sevgi / Seçilmiş şeirlər və poemadan parça - Birinci nəşr, Bakı, 2023 - 160 səhifə

Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024