Rauf Abdullayev Haqqinda Melumat - Vikipedia

Rauf Abdullayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rauf Canbaxış oğlu Abdullayev (29 oktyabr 1937, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (1984–2023), professor (1982), Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018).

Rauf Abdullayev
Ümumi məlumatlar
Doğum tarixi (86 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor
Fəaliyyət illəri 1965–2023
Janr simfonik musiqi[d]
Təhsili
Mükafatları "İstiqlal" ordeni — 2017 "Şərəf" ordeni — 2012 "Şöhrət" ordeni — 1997 1-ci dərəcəli "Əmək" ordeni — 2021 "Heydər Əliyev" mükafatı — 2023 "Xalqlar dostluğu" ordeni
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1970 Azərbaycan SSR Dövlət mükafatı — 1988 Azərbaycan LKGİ mükafatı — 1976 "Qızıl çinar" beynəlxalq mükafatı — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Rauf Abdullayev 1937-ci ildə anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1959-cu ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını və 1965-ci ildə isə Leninqrad Dövlət Konservatoriyasını dirijorluq üzrə bitirmişdir.

1965–1968-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, 1968–1984-cü illərdə baş dirijoru, 1984–2023-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1991–1997-ci illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru, beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çox ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kollektivlərə dirijorluq etmişdir. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

Ailəsi redaktə

Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijor Kamal Abdullayevin və qoboyçu Azər Abdullayevin qardaşıdır.[1]

Təltif və mükafatları redaktə

Rauf Abdullayev 1991-ci ildən 1997-ci ilədək baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə Türkiyədə "İlin ən yaxşı dirijoru" adına layiq görülmüşdür.[8]

Filmoqrafiya redaktə

İstinadlar redaktə

  1. Әли Вәлијев. Зәнҝәзур гарталлары. Бакы: Ҝәнҹлик. 1970. səh. 106.
  2. Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 may 1970-ci il tarixli Fərmanı Arxivləşdirilib 16 yanvar 2020 at the Wayback Machineanl.az saytı
  3. "R.C.Abdullayevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-30.
  4. Абдуллајев Рауф Ҹанбахыш оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 587.
  5. İlham Əliyev Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. president.az, 10.05.2018
  6. R. C. Abdullayevin 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  7. "R.C.Abdullayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2023-05-10.
  8. "Rauf Abdullayev". 2018-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.

Xarici keçidlər redaktə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023