Rauf Hüseynov (Rüstəm oğlu) Haqqinda Melumat - Vikipedia

Rauf Hüseynov (Rüstəm oğlu) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rauf Hüseynov (fizik)

(Rauf Hüseynov (Rüstəm oğlu) səhifəsindən istiqamətləndirilmişdir)

Rauf Rüstəm oğlu Hüseynov (4 mart 1940, Bakı) — Azərbaycan fiziki; Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014).

Rauf Hüseynov
Hüseynov Rauf Rüstəm oğlu
Doğum tarixi 4 mart 1940(1940-03-04) (84 yaş)
Doğum yeri
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
İş yerləri
Təhsili

Həyatı redaktə

Rauf Hüseynov 4 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə[1] Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.[2]

Elmi fəaliyyəti redaktə

Bakı Dövlət Universitetinin Fizika fakültəsində müxtəlif ixtisas və ümumi fizika kurslarından dərs deyib.

Rauf Hüseynov "Yarımkeçiricilərin və dielektriklərin fizikası" ixtisası üzrə "Kristalda eksiton spektrinin dayanıqsızlığı ilə bağlı olan elektron faza keçidi" mövzusunda namizədlik dissertasiyası, "Güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə və yarımkeçirici strukturlarda Kulon qarşılıqlı təsir və kollektiv hadisələr" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir.

30 iyun 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.[3]

AMEA Fizika İnstitutu nəzdində İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvüdür.

Elmi əsərləri redaktə

  • R.R.Hüseynov, L.V.Keldış. " Kristalın elektron spektrinin eksiton dayanıqsızlığı halında faza keçidin növü haqqında".
  • R.R.Hüseynov. "Elektron spektri güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə elektron-deşik mayesi".
  • R.R.Hüseynov. "İfratqəfəsdə eksitonların eninə hərəkətinin spektri".

İstinadlar redaktə

  1. "Hüseynov Rauf Rüstəm oğlu". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
  2. "Hüseynov Rauf Rüstəm oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
  3. "qafqazinfo.az". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-05.

Saytda 209 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024