Rauf Hüseynov (aktyor) Haqqinda Melumat - Vikipedia

Rauf Hüseynov (aktyor) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rauf Hüseynov (aktyor)

Rauf Hüseynov (d.31 mart 1989-cu il) — aktyor.[1]

Rauf Hüseynov
Rauf Nağı oğlu Hüseynov
Doğum tarixi (35 yaş)
Doğum yeri Azadkənd, Ordubad rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili Bakı Mədəni-Maarif Texnikumu

Həyatı redaktə

Rauf Hüseynov, 31 mart 1989-cu ildə Ordubad rayonunun Azadkənd kəndində anadan olub. 2010-cu ildə Bakı Mədəni-Maarif Texnikumunun aktyor sənəti və rejissorluq fakültəsini bitirib. 2005-ci ildən Bakı Uşaq Teatrında çalışır. “Fədakar” filmindəki obrazına görə 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilib.

Ailəlidir, 1 övladı var.

Teatr səhnəsindəki rolları redaktə

  1. Arzu Soltan “Cırtdanın qoçaqlığı” – Ağatlı oğlan
  2. Asif Bayramov “Şrek və dostları” – Siçan bəy
  3. Türk xalq nağılı “Qəhrəman köpək” – Köpək, “3 ayı balası” – Ayı
  4. Arzu Soltan “Fidan və Qoğal” – Dovşan
  5. Monqol xalq nağılı “Dələduz siçanlar” – Qoca siçan
  6. İlhamə Əhmədova “Heyvanların birliyi” – Keçi
  7. “Turp” xalq nağılı əsasında “Gücümüz birliyimizdədir” – Rauf
  8. Elçin “Humayın yuxusu” – Əjdaha
  9. Türk xalq nağılı “Ağıllı tülkü” – Ayı
  10. Arzu Soltan “Həyatla oyun” – Nicat
  11. Arzu Soltan “Qeyri adi məhkəmə” – Katib
  12. Arzu Soltan “ Məni xatırlayacaqlar” – Tələbə
  13. İntiqam Soltan “Vətən” – Mavi rəng
  14. İmir Məmmədli “Çarə” – Münəccim
  15. Karlo Qoldoni “Məzəli hadisə” – Zabit
  16. Abdulla Şaiq “Əşxas” – İblis
  17. Arzu Soltan “Günahsız günahkarlar” – Qurban

Filmoqrafiya redaktə

  1. Həyat varsa... (serial, 2012-2014)
  2. Fədakar (film, 2015) – Bağı

İstinadlar redaktə

  1. "Rauf Nağı oğlu Hüseynov – Aktyor". 2019-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.

Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024