Rauf Vəliyev Haqqinda Melumat - Vikipedia

Rauf Vəliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rauf Vəliyev

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev
Vəzifədədir
22 oktyabr 2013-cü ildən
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2011

Həyatı redaktə

Vəliyev Rauf Göyüş oğlu 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

1990–1997-ci illərdə "Xəzər Dəniz Neft Donanması" İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləmişdir. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007–2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023