Raziyyə Şirinova Haqqinda Melumat - Vikipedia

Raziyyə Şirinova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Raziyyə Şirinova

Raziyyə Şirinova (1940) – müğənni, aktrisa, film iştirakçısı. Azərbaycan Respublikasının əməkdar artisti(2006), Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2005)

Raziyyə Şirinova
Raziyyə Məmməd qızı Şirinova
Doğum tarixi 1940
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006

Həyatı redaktə

R. Şirinova 1962–64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almış, daha sonra – 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

Hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür.

1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilmiş, 2005-ci ilə kimi teatrda çalışmışdır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu , Əmi qızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış etmişdir.

R. Şirinova bir konsert müğənnisi kimi də böyük uğur qazanmışdır. Sənətdə olduğu bu illər ərzində respublika televiziyası və radiosu ilə ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Mükafatları redaktə

  • 10 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının mədəni həyatında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə" layiq görülüb
  • 16 sentyabr 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.

Filmoqrafiya redaktə

  1. İnterpapa (film, 2006)
  2. Raziyə Şirinova (film)

İstinadlar redaktə


Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024