Reki Kavahara Haqqinda Melumat - Vikipedia

Reki Kavahara Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Reki Kavahara (川原 礫, Kawahara Reki?, d. 17 avqust 1974[1][2])Yaponiya yazıçısı. "Sword Art Online""Accel World" ranobemanqa seriyalarının müəllifi kimi tanınır. Hər iki ranobe əsasında anime serialları çəkilmişdir. Kavaharanın digər əsərləri arasında "The Isolator""Sword Art Online: Progressive" spin-off seriyası da var.

Reki Kavahara
川原 礫 (Kawahara Reki?)
Təxəllüsləri Fumio Kunori (九里 史生, Kunori Fumio?)
Doğum tarixi (49 yaş)
Doğum yeri Qunma prefekturası Qunma prefekturası, Yaponiya Yaponiya
Vətəndaşlığı Yaponiya Yaponiya
Milliyyəti yapon
Təhsili
  • Aoyama Qakuin Universiteti[d]
Fəaliyyəti roman yazıçısı
Əsərlərinin dili yapon dili
Tanınmış əsərləri "Accel World", "Sword Art Online", "The Isolator"
İmza
wordgear.x0.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Sword Art Online" ranobesinin ilk cildinin üzlüyü.

Haqqında redaktə

Ən tanınmış əsəri "Sword Art Online" ranobesidir. "Sword Art Online" seriyasını ilk dəfə 2002-ci ildə Fumio Kunori (九里 史生, Kunori Fumio?) təxəllüsü ilə veb-roman şəklində yayımlamışdır. Kavahara 2008-ci ildə "Accel World" ranobesi ilə 15-ci Dengeki Roman Mükafatı müsabiqəsinə qatılmış və romanı baş mükafatı qazanmışdır.[3] "Accel World" ilk dəfə 10 fevral 2009-cu ildə ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti altında çap olunmuşdur.[4] 10 oktyabr 2015-ci ilə kimi 19 cildi işıq üzü görmüşdür.[5] 2012-ci ilin aprelində isə anime adaptasiyası çəkilmişdir.[6] "Accel World" ranobesinin uğurundan sonra Kavahara "Sword Art Online" ranobesini çap etdirmişdir. 2016-cı ilin aprelinə kimi[7] 20 cildi, "Sword Art Online: Progressive" spin-off seriyasının isə 6 cildi nəşr olunmuşdur.[8] 2012-ci ilin iyulunda anime serialı yayımlanmağa başlamış və böyük alqış toplamışdır.[9] Anime serialının ikinci mövsümü "Sword Art Online II" 2014-cü ilin iyulunda nümayiş etdirilməyə başlamışdır.[10] 31 dekabr 2013-cü ildə "Sword Art Online Extra Edition" telefilmi yayımlanmışdır.[11] 2017-ci ildə isə "Sword Art Online: Ordinal Scale" adlı anime filmi ekranlaşdırılmışdır.[12]

"The Isolator" (絶対ナル孤独者, Zettainaru Aisorēta?) 2004-cü ildə onlayn formatda yayımlanmağa,[13] 2014-cü ilin iyununda isə çap olunmağa başlamışdır.[14] Üç ranobe və bir manqa yazılmışdır.[15]

İstinadlar redaktə

  1. "Reki Kawahara (川原 礫) Brief Biography". T-ono.net. 2013-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  2. "Personal Twitter". August 20, 2014. April 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  3. "第15回 電撃大賞 入賞作品" (Japanese). ASCII Media Works. 2011-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  4. "アクセル・ワールド1" (Japanese). ASCII Media Works. 2013-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  5. "アクセル・ワールド19" (Japanese). ASCII Media Works. 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  6. "Accel World, Natsuiro Kiseki, Zetman, Dusk maiden of Amnesia Premieres Listed". Anime News Network. February 29, 2012. 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  7. "ソードアート・オンライン17 アリシゼーション・アウェイクニング" (Japanese). 2018-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  8. ソードアート・オンライン プログレッシブ (4) (電撃文庫) (Japanese). ISBN 9784048655668. (#accessdate_missing_url)
  9. "Sword Art Online Light Novels About Virtual MMO Get Anime". Anime News Network. 2011-10-01. 2016-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  10. "Anime Expo to Host Sword Art Online II Premiere Event with Reki Kawahara, abec". Anime News Network. May 17, 2014. 2014-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  11. "Sword Art Online Extra Edition to Air With New Footage". Anime News Network. 2013-08-12. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  12. "Sword Art Online Ordinal Scale Film to Open in 2017 (Updated)". Anime News Network. March 13, 2016. 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  13. "絶対ナル孤独 連載ページ". Wordgear.x0.com. 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  14. "New License Announcements". Yen Press. June 13, 2014. September 25, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.
  15. "Dengeki Bunko". Dengeki Bunko. 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2016.

Xarici keçidlər redaktə

İntervyu
Ümumi

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023