Retro Gamer Haqqinda Melumat - Vikipedia

Retro Gamer Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


"Retro Gamer" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunur. Fərdi kompüterlər, "ZX Spectrum", "NES", "PlayStation" və başqaları kimi oyun konsolları üçün retrogeyminq və klassik oyunlar üzrə ixtisaslaşmışdır.

Retro Gamer
Loqonun şəkli
Təsis tarixi 2004
Ölkə
Dil ingilis dili[1]
ISSN 1742-3155
OCLC nömrəsi 489477015
retrogamer.net

Tarixi redaktə

"Retro Gamer" 2003-cü ilin dekabrından nəşr edilir.[2][3] Jurnalın əsas mövzusu, əsasən, 1980–1990-cı illərdə buraxılmış köhnə oyunlardır. İlk illərdə jurnalın nömrələrində əlavə materiallardan ibarət CD də verilirdi, lakin sonradan bu, ləğv edilmiş, əvəzinə jurnalın vebsaytı fəaliyyətə başlamışdır. Jurnal öz dizaynında köhnə kompüter qrafikasının stilizasiyasından istifadə edir.[4]

"Retro Gamer"in ilk naşiri "Live Publishing" idi, lakin nəşriyyat 2005-ci ilin avqustunda müflis olmuş və jurnalın naşiri "Imagine Publishing" olmuşdur.[3][5] 2016-cı ildən jurnal "Imagine Publishing" nəşriyyatını öz üzərinə götürmüş "Future plc" tərəfindən nəşr olunur.[6]

Mükafatlar redaktə

"Retro Gamer" 2010-cu ildə "İlin ən yaxşı jurnalı" kateqoriyasında "Games Media Awards" mükafatını qazanmışdır.[7]

İstinadlar redaktə

  1. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1742-3155
  2. "Retro Gamer's 200th issue will take you through the entire history of games". GamesRadar (ingilis). 2019-10-25. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  3. 1 2 "Imagine acquires Retro Gamer" (PDF). magine Publishing (ingilis). 2005-10-20. Archived from the original on 2005-11-03. İstifadə tarixi: 2021-11-23.
  4. Kristian Handberg. No time like the past? On the new role of vintage andretro in the magazines Scandinavian Retro and RetroGamer (PDF) // NECSUS: European Journal of Media Studies . 4 (журнал) (ingilis) (2). Amsterdam University Press. 2015. 165–185. doi:10.5117/NECSUS2015.2.HAND. ISSN 2213-0217.
  5. "Live Publishing set for administration". MCV (ingilis). 2005-08-25. Archived from the original on 2007-04-12. İstifadə tarixi: 2021-11-23.
  6. Matt Martin. "Future Publishing to close GamesMaster and GamesTM magazines". VG247 (ingilis). 2018-10-18. 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
  7. Keith Stuart. "Guardian triumphs at Games Media Awards". The Guardian (ingilis). 2010-10-15. 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.

Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024