Rhus typhina Haqqinda Melumat - Vikipedia

Rhus typhina Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tüklü sumaq

Sumaq cinsinə aid bitki növü
(Rhus typhina səhifəsindən istiqamətləndirilmişdir)

Tüklü sumaq (lat. Rhus typhina) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü.

Tüklü sumaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması redaktə

Şimali Amerikanın şərq hissəsində quru və daşlı torpaqlarda bitən ağac bitkisidir.

Botaniki təsviri redaktə

Hündürlüyü 10-12 m-ə çatır.Gözəl,dekorativ çətirli,qalın,tüklü,açıq-qonur zoğları vardır.Çoxillik zoğların qabığı qonur rəngdədir,çatlayandır.Yarpaqlar tək lələkvaridir,uzunluğu 50 sm-ə qədərdir,11-31 yarpaqcıqdan ibarətdir.Yarpaqcıqların üst səthi tünd-yaşıl,alt səthi ağ-göyümtül rəngdə olub,ucu bizdir.Payızda yarpaqların rəngi açıq-qırmızıdan tünd-qırmızıya qədər dəyişir.Bitki ikievlidir.Çiçəkləri xırdadır,uzunluğu 20 sm-ə qədər olan piramidal süpürgələrə yığılmışdır.Erkəkcikli çiçəkləri sarımtıl-yaşıl,dişicikli çiçəkləri qırmızıdır.Meyvəsi şarşəkilli çəyirdəkmeyvədir,yetişəndə tüklərlə örtülür.2 dekorativ forması vardır:neştərvari (f.laciniata)-dərin dişli,neştərvari yarpaqlıdır; bölünmüş forması (f.dessecta)-lələkvari bölünmüş yarpaqlıdır.

Ekologiyası redaktə

Torpaq yaxşı drajenalı,orta miqdarda nəmişli olmalıdır.

Azərbaycanda yayılması redaktə

Mərdəkan dendrarisində 1978-ci ildə introduksiya edilmişdir.Abşeronda bağ və parklarda rast gəlinir.

İstifadəsi redaktə

Dekorativ görünüşə malikdir.Oduncağının belə gözəl rəngdə olmasına baxmayaraq yerli əhali tərəfindən demək olar ki,istifadə olunmur.Yarpaqlarından tanin alınır ki,ondan şərabçılıqda və toxumçuluqda geniş istifadə olunur.

Məlumat mənbəsi redaktə

İstinadlar redaktə


Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024