Riçard Eppel Haqqinda Melumat - Vikipedia

Riçard Eppel Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Riçard Eppel

ABŞ yazıçısı və prodüseri

Riçard Eppel (ing. Richard Appel; d. 21 may 1963, Nyu-York, ABŞ)[1][2][3]ABŞ ssenaristi, prodüseri və keçmiş müvəkkili. 2012-ci ildən bəri "Qriffinlər" teleserialının icraçı prodüseri və köməkçi şou-ranneridir. Eppel ali təhsilini Harvard Universitetində almışdır. 1985-ci ildə məzun olduqdan[4] sonra hüquqşunas olan Eppel, 1994-cü ildə "Simpsonlar" teleserialına ssenarist olaraq işə alınmasından sonra, yazıçılıq karyerasına rəsmi olaraq başlamışdır.[5] Eppel "Simpsonlar" üçün 7 seriyanın ssenarisini yazmışdır. Eppel "A.U.S.A" adlı bir animasiya sitkomunu yaratmazdan əvvəl,[6] "Təpənin kralı"nda icraçı prodüsər olaraq işləmişdir.[2][7] Eppel Set MakfarleynMayk Henri ilə birlikdə "Klivlend Şou" adlı bir animasiya sitkomunu yaratmışdır.[8][9] Bundan əvvəl "Berni Mek şou", "Qriffinlər" və "Amerikan ata!" seriallarında işləmişdir.[10]

Riçard Eppel
ing. Richard Appel
Eppel San-Diyeqo Komik-Konunda (2010)
Eppel San-Diyeqo Komik-Konunda (2010)
Doğum tarixi (60 yaş)
Doğum yeri Nyu-York, ABŞ
Vətəndaşlığı  ABŞ
Həyat yoldaşları Mona Simpson (ev. 1993, boş. 2003)
Uşağı 2
Atası Alfred Eppel
Milliyyəti Amerikalı
Təhsili Harvard Universiteti
Fəaliyyəti ssenarist, dublyaj aktyoru, vəkil, aktyor, televiziya prodüseri[d]
Fəaliyyət illəri 1994–h.h
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Frimen, Maykl. "The comic appeal of Rich Appel". Electronic Media. 11 noyabr 2002. 16–17.
  2. 1 2 "Rich Appel takes a bite out of showbiz". Chicago Sun-Times. 26 yanvar 2003. səh. 1.
  3. "Appel profile". Contemporary Authors, New Revisions Series. HighBeam Research  vasitəsilə   (abunə tələb olunur). 1 yanvar 2004. 2015-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-07.
  4. Sternqold, Ceyms. "From Harvard to Hollywood – Ivy Leaguers are now writing TV sitcoms". The Deseret News. 2 dekabr 1997. səh. C10.
  5. Ulin, David L. "In His Prime Time". Chicago Tribune. 6 dekabr 1998. səh. 14.
  6. Pirs, Skott D. "'A.U.S.A' is awful". The Deseret News. 3 fevral, 2003. səh. C08.
  7. Hart, Hyu. "Hear the One About the Funny Lawyer?". New York Times. 2 mart 2003. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-03.
  8. "FOX Announces Fall Premiere Dates for the 2009–2010 Season". The Futon Critic. 15 iyun 2009. İstifadə tarixi: 2010-04-03.
  9. "Fox Primetime – The Cleveland Show – Fact Sheet". Fox Flash. 17 yanvar 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-03.
  10. "Family Guy (1999 – present): Family Gay". MovieWeb. 2014-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-03.

Xarici keçidlər redaktə


Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024