Rigel Haqqinda Melumat - Vikipedia

Rigel Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür[9], parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir.

Ulduz
Rigel
Müşahidə məlumatları
(Dövr J2000.0)
Məsafə 860 ± 80 işıq ili
Görünən ulduz ölçüsü (V) 0,13[1][2], 0,13[2]
Bürc Orion
Astrometriya
Radial sürət (Rv) 17,8 ± 0,4 km/san[3]
Parallaks (π) 3,78 ± 0,34 mas[4][5]
Mütləq böyüklük (V) −7,84 ± 0,24[6]
Xüsusiyyətləri
Ulduz təsnifatı B8Ia[7][8][…]
Fiziki xüsusiyyətləri
Kütlə 35.791.200.000.000.000.000.000.000.000.000 kq
Radius 78,9 R☉
Orbit elementləri
Digər təyinatlar
2MASS J05143226-0812060, SAO 131907, GSC 05331-01752, HD 34085, HIP 24436, HR 1713, IRAS 05121-0815, β Ori, ADS 3823 A, 1RXS J051431.5-081112, CCDM J05145-0812A, CEL 579, CSV 100463, EUVE J0514-08.1, FK5 194, GC 6410, GCRV 3110, HIC 24436, IDS 05097-0819 A, IRC -10085, JP11 1014, N30 1120, NSV 1882, PLX 1191, PLX 1191.00, PMC 90-93 140, PPM 187839, RAFGL 710, ROT 749, SACS 113, TD1 4253, TYC 5331-1752-1, UBV 5016, uvby98 100034085, bet Ori, VDB 36, WDS J05145-0812A, HGAM 376, PMSC 05097-0819A, WEB 4731, 19 Ori, TIC 231308237, AAVSO 0509-08, UBV M 10750, ALS 14772
Verilənlər bazasında məlumat
SIMBAD * bet Ori
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir.[10] Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür.

Terminalogiya redaktə

Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır. Ərəb adından Rijl Jauzah al yusra, "Jauzah'ın sol qıçı" ndan törəmişdir (yəni "rijl" qıç, ayaq "deməkdir)[11].

2016-cı ildə Beynəlxalq Astronomiya İttifaqı, ulduzların adlarını kataloqlaşdırılması və Standartlaşdırma üçün Star Names (WGSN) üzərinə bir Əmək Qrupu[12] təşkil etdi. WGSN'nin iyul 2016-cı ildəki ilk bülletenində WGSN tərəfindən təsdiqlənən ilk iki ad siyahısı toplandı; Rigel bu ulduz adı ilə IAU Star Names kataloquna daxil edildi.

Müşahidəsi redaktə

Rigelin görünən ulduz ölçüsü 0.13-dür, bu da orta hesabla göy sferasında Günəşdən başqa Kapelladan isə daha zəif yeddinci ən parlaq ulduzdur. Görmə sahəsi 0.05–0.18 arasında dəyişən nizamsız titrəşən bir dəyişəndir. Rigelin Bayer adı "beta" olsa da, hardasa daim Alfa Oriondan (Betəlqeyzə) daha parlaqdır. Rigel Deneb və Bətəlqeyzədən sonra təbii olaraq ən parlaq üçüncü böyük ulduzdur. Rigel'in rəng indeksi (B-V) −0.03, yəni ağ və ya açıq mavi-ağ rəngdədir.

12 dekabr gecəsi 12 yanvarda və 24 yanvarda saat 09:00-da başa çatacaq olan Rigel şimal yarımkürəsində qış axşamları və cənubda yaz aylarında ən diqqətə çarpandır. Cənub yarımkürəsində Rigel, bürcü yüksələrkən görülən ilk Orionu parlaq ulduzudur.

Quruluşu və Sistem redaktə

Rigel Friedrich Georg Wilhelm von Struve tərəfindən müşahidəsindən bu yana, 1822-ci ildən etibarən vizual qoşa ulduz olaraq tanınır.[13]

XIX əsrdən bu yana Rigel B-nin bir-birinə çox yaxın iki komponentdən ibarət olması məlum olmuşdur, bu iki komponentin bir-birindən ayrılma variasıyası 0",1–0",2 aralığında ölçmüşdürlər. Speckle interferometri vasitəsilə , 2009-cu ildə aparılan ölçmələr nəticəsində eyni iki komponentin 0".124 ilə ayrıldığını göstərildi[14]. Hər iki ildə görünən ulduz ölçüsü 7.6-dır, orbital period isə 63 ildir.[15]

Rigel Bb özü, 9.86 gündə bir bir-birlərini izləyən iki baş ardıcıllıq ulduzundan ibarət bir spektroskopik qoşa sistem ola bilər. Ulduzların ikisi də B9 spektral sinfinə aiddir. Bu iki ulduz, B və ya C-dən vizual ikitərəfli komponentlərini meydana gətirmədiyi üçün, B alt sistemi üçlü bir ulduz ola bilər, ancaq bunların düzgün sxemləri naməlumdur.[16]

Rigel, 21±3 Günəşin kütləsi kütləyə, 109±12 Günəş radiusu radiusa malik[17], ömrünün sağlam dövrlərini yaşayan mavi ifratnəhəng ulduzdur. Diametri, Günəşinkindən təxminən 80 qat böyük, səth istiliyi isə 12 min dərəcəyə qədərdir. Ulduz bu sahəsi və səth istiliyi sayəsində Günəşdən təxminən 120 min qat çox enerji şüalandırır. İfratnəhəng ulduz olduğu üçün, parlaqlığı dəyişənlik göstərə bilər. Bunun səbəbi ulduzun çıxardığı çox böyük miqdarda enerjinin xarici qabığını şişməyə məcbur etməsi və bu vəziyyətin da nüvədə çıxarılan enerjinin miqdarını dəyişdirməsidir.

Göy alimləri Rigelin bir üçlü ulduz sistemi olduğunu düşünür və yazının başından bəri izah etdiyimiz ana ulduza Rigel A adını verirlər. Üçlü sistemin digər üzvləri olan yoldaş ulduzlar Rigel B və Rigel C, ana ulduzdan olduqca uzaqdır (ən az 2.000 astronomik vahid, yəni ən az 300 milyard km). Bu iki yoldaş ulduz haqqında çox məlumat sahibi olmasaq da, Rigel B'nin təxminən 2,5 Günəş kütləsinə və Günəşin 50 qatı parlaqlığa sahib B tip ulduz olduğunu təxmin edirik. Bu an kütləsinə əmin ola bilmədiyimiz Rigel C ulduzu isə, Rigel B ilə birlikdə ikitərəfli bir sistem təşkil edir və ana ulduz Rigel A-nın ətrafında dolanırlar.

Bütün O-B tipli nəhəng ulduzlar kimi Rigel da olduqca qısa ömürlüdür deyə bilərik. Sürətli yaşayıb gənc ölən bu mavi nəhəng ulduzlar, ömürləri boyunca çıxardıqları böyük enerjinin yanında özlərini də çoxca sıxışdırıb paylayırlar. Elə ki, göy alimlərin etdikləri hesaba görə, bu anda 8 milyon yaşında olduğunu təxmin etdiyimiz Rigel, əslində keçmişdə 21 deyil, 24 Günəş kütləsinə sahib bir ulduzdur. 8 milyon illik həyat müddəti içində, özünü meydana gətirən maddənin 3 Günəş kütlesindeki bir miqdarını ulduz küləkləri və güclü partlayışlarla kosmos boşluğuna savurmuşdur.

Xüsusiyyətləri redaktə

Moravveji və həmkarları, Rigel A-nın Günəşin 120.000 qatı parlaqlıq dəyərini hesabladılar. Səth istiliyi 12,100 K yaxındır.[18] Bu ulduzun düzəlişlər edildikdən sonra interferometr vasitəsilə ölçülən bucaq diametri 2.75 ± 0.01 milliarcsan-dir.[19] Radiusu təxminən 78,9 Günəşin radiusuna bərabərdir.[18] Norbert Przybilla və həmkarları 2006-cı ildə atmosfer modelləşdirilməsini 360 ± 40 parsek (1,170 ± 130 işıq ili) məsafəyə gətirdilər. Hesablamalar nəticəsində ulduzun işıqliğının Günəş işıqlığının 218.000 qatı, ulduzun kütləsinin 21 ± 3 Günəş kütləsi və radiusunun 109 ± 12 Günəş radiusu olduğu məlum oldu.[17] CMFGEN kodu, kütləvi ulduzların spektri və atmosferlerinin analiz edilməsindəki xüsusiyyətlərini təyin etmək üçün istifadə edilən bir atmosfer kodudur. Rigelin analizində bu metoddan istifadə edilərək parlaqlıq üçün 279,000 Günəş parlaqlığı, radius üçün 115 Günəş radiusu və ulduz küləyinin sürəti üçün saatda 671,080 mil qiymətləri tapıldı.[20]

Rigel A nüvəsində hidrogen yanacağını yandırıb bitirmiş, baş ardıcıllığı tərk edən və Hersşprunq-Ressel diagramında irəlilədikcə genişlənən, parlaq mavi ifatnəhəng ulduzdur. Przybilla hesab edir ki bu ulduz 7–9 milyon il əvvəl 24 ± 3 Günəş kütləsi kütləyə malik olmuş, həyat dövrü ərzində 3 Günəş kütləsi kütlə itirmişdir.[17]

Rigelin dəyişkənliyi mürəkkəbdir və Alfa Siqni döyünən ulduz sinfinin prototipi olan Denebinkilərə bənzər ulduz pulsasiyalarından qaynaqlanmaqdadır. Rigelin radial sürət dəyişmələri ən az 19 radial olmayan rejimdə olmaqla, təxminən 1.2 ilə 74 gün arasında dəyişən periyotlarla baş verdiyi aşkarlanmışdır.[18] Zərbələri ən azından qismən konvektiv olmayan bir hidrogen yaxan kabuktaki nüvə reaksiyaları ilə gücləndirərkən, ulduz ayrıca nüvəsində heliumun yandırdığı üçün, mavi super ulduzlar arasında diqqət çəkicidir. Rigel 1998-ci ildə Kristofer Valkens və həmkarları tərəfindən Alpha CYGNE dəyişənlerini aid olduğu təsbit edildi.

[21]

İstinadlar redaktə

  1. The HYG Database.
  2. 2,0 2,1 Ducati J. R. Catalogue of Stellar Photometry in Johnson's 11-color system (ing.). 2002. Vol. 2237.
  3. Gontcharov G. A. Pulkovo Compilation of Radial Velocities for 35 495 Hipparcos stars in a common system (ing.). // Ast. Lett. / R. Sunyaev Nauka, Springer Science+Business Media, 2006. Vol. 32, Iss. 11. P. 759–771. ISSN 1063-7737; 1562-6873; 0320-0108; 0360-0327 doi:10.1134/S1063773706110065 arXiv:1606.08053
  4. http://arxiv.org/pdf/0804.2553v1.
  5. Leeuwen F. v. Validation of the new Hipparcos reduction (ing.). // Astron. Astrophys. / T. Forveille EDP Sciences, 2007. Vol. 474, Iss. 2. P. 653–664. ISSN 0004-6361; 0365-0138; 1432-0746; 1286-4846 doi:10.1051/0004-6361:20078357 arXiv:0708.1752
  6. http://arxiv.org/abs/astro-ph/0509669.
  7. Levato H. Rotational velocities and spectral types for a sample of binary systems. 1975. C. 19. S. 91–99.
  8. Morgan W. W., Keenan P. C., Morgan W. W., Keenan P. C. Spectral Classification, Spectral classification (ing.). // Annu. Rev. Astron. Astrophys. / S. Faber, E. v. Dishoeck, R. Kennicutt, L. Goldberg, G. Burbidge, R. Blandford Annual Reviews, 1973. Vol. 11, Iss. 1. P. 29–50, 29. ISSN 0066-4146; 1545-4282 doi:10.1146/ANNUREV.AA.11.090173.000333
  9. Ducati, J. R. (2002). "VizieR Online Data Catalog: Catalogue of Stellar Photometry in Johnson's 11-color system". CDS/ADC Collection of Electronic Catalogues. 2237: 0. Bibcode:2002yCat.2237….0D.
  10. Nicolet, B. (1978). "Photoelectric photometric Catalogue of homogeneous measurements in the UBV System". Astronomy and Astrophysics Supplement Series. 34: 1–49. Bibcode:1978A&AS…34….1N.
  11. Allen, Richard Hinckley (1963) [1899]. Star Names: Their Lore and Meaning Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine (Reprint ed.). New York, NY: Dover Publications Inc. pp. 312–13. ISBN 0-486-21079-0.
  12. "IAU Working Group on Star Names (WGSN)" Arxivləşdirilib 2020-04-23 at the Wayback Machine. Retrieved 22 may 2016.
  13. "Washington Double Star Catalogue". US Naval Observatory. Retrieved 13 March 2016.
  14. Mason, Brian D.; Hartkopf, William I.; Gies, Douglas R.; Henry, Todd J.; Helsel, John W. (2009). "The High Angular Resolution Multiplicity of Massive Stars". The Astronomical Journal. 137 (2): 3358. arXiv:0811.0492. Bibcode:2009AJ….137.3358M. doi:10.1088/0004–6256/137/2/3358.
  15. Tokovinin, A. A. (1997). "MSC — a catalogue of physical multiple stars". Astronomy & Astrophysics Supplement Series. 124: 75. Bibcode:1997A&AS..124…75T. doi:10.1051/aas:1997181.
  16. "Spectroscopic Binary Catalogue (SB9)". D. Pourbaix. Retrieved 13 March 2016.
  17. 17,0 17,1 17,2 Przybilla, N.; et al. (January 2006). "Quantitative spectroscopy of BA-type supergiants". Astronomy and Astrophysics. 445 (3): 1099–1126. arXiv:astro-ph/0509669. Bibcode:2006A&A…445.1099P. doi:10.1051/0004–6361:20053832.
  18. 18,0 18,1 18,2 Moravveji, Ehsan; Guinan, Edward F.; Shultz, Matt; Williamson, Michael H.; Moya, Andres (March 2012). "Asteroseismology of the nearby SN-II Progenitor: Rigel. Part I. The MOST High-precision Photometry and Radial Velocity Monitoring". The Astrophysical Journal. 747 (1): 108–115. arXiv:1201.0843. Bibcode:2012ApJ…747..108M. doi:10.1088/0004–637X/747/2/108.
  19. Aufdenberg, J. P.; et al. (2008). "Limb Darkening: Getting Warmer". The Power of Optical/IR Interferometry. Eso Astrophysics Symposia. 1 (1): 71–82. Bibcode:2008poii.conf…71A. doi:10.1007/978-3-540-74256-2_8. ISBN 978-3-540-74253-1.
  20. =Chesneau, O.; Kaufer, A.; Stahl, O.; Colvinter, C.; Spang, A.; Dessart, L.; Prinja, R.; Chini, R. (2014). "The variable stellar wind of Rigel probed at high spatial and spectral resolution". Astronomy & Astrophysics. 566: 18. arXiv:1405.0907. Bibcode:2014A&A…566A.125C. doi:10.1051/0004–6361/201322894. A125.
  21. "Arxivlənmiş surət". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-05.

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023