Riketts Dərəsi Ştat Parkının şəlalələri Haqqinda Melumat - Vikipedia

Riketts Dərəsi Ştat Parkının şəlalələri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Riketts Dərəsi Ştat Parkının şəlalələri

ABŞ-nin Pensilvaniya ştatında yerləşən Riketts Dərəsi Ştat Parkında 24 adlandırılmış şəlalə yerləşir. Bu şəlalələr üç uçurumdan və ya dar dərədən tökülür. Şəlalələrin hündürlüyü 2,7 metrdən 29 metrə qədər (Qanoqa şəlaləsi) dəyişir. Riketts Dərəsi Ştat Parkı XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bu bölgədə 32.000 hektar əraziyə malik olan, lakin dərələrdə yerləşən qədim meşələri qırmaqdan imtina edən, ABŞ Vətəndaş müharibəsində polkovnik kimi xidmət vermiş Brüs Rikettsin adını daşıyır. 1944-cü ildə açılmış park Pensilvaniya Mühafizə və Təbii Ehtiyatlar Departamentinin (PMTED) Ştat Parkları Bürosu tərəfindən nəzarət olunur. Parkdakı bütün şəlalələrin demək olar ki, hamısını 1889–1893-cü illərdə Riketts tərəfindən tikilmiş, 1940-cı illərdə və 1990-cı illərin sonlarında ştat parkı tərəfindən yenidən tikilən Folz cığırından görmək mümkündür. Bu cığırda çıxılan gəzinti "ştatdakı ən möhtəşəm gəzinti" və ya "Şərqdə ən yaxşı gəzintilərdən biri" adlandırılır.[1]

Kitçen çayının Qanoqa gölündən başlayaraq, Cin gölü, daha sonra Rouz gölünün quru yatağı vasitəsilə cənub-şərq istiqamətində Qanoqa dərəsinə axdığını (bu zaman çayın üzərində 10 şəlalə əmələ gəlir) göstərən xəritə. Çayın ikinci qolu Li gölünün quru yatağı, daha sonra Li dərəsi vasitəsilə cənub istiqamətində axır və bu zaman üzərində səkkiz şəlalə yaranır. Bu qollar Uoters Mit adlı yerdə qovuşurlar və çay Riketts dərəsi boyunca cənuba doğru axaraq 6 şəlalə əmələ gətirir. Bouman çayının cənub qolu Li gölünün şərqində və Böyük çay Rouz gölünün qərbindədir.Kolumbiya qraflığıLütsern qraflığı (Pensilvaniya)Pennsylvania Route 487Pennsylvania Route 118Riketts dərəsiBouman çayıRiketts Dərəsi Ştat ParkıKitçen çayıAdams şəlaləsiKitçen şəlaləsiŞinql Kebin şəlaləsiMurrey Reynolds şəlaləsiŞeldon Reynolds şəlaləsiHarrison Rayt şəlaləsiUoters MitLi dərəsiVayandot şəlaləsiB. Reynolds şəlaləsiR. B. Riketts şəlaləsiOzon şəlaləsiHuron şəlaləsiŞauni şəlaləsiF. L. Riketts şəlaləsiOnondaqa şəlaləsiQanoqa dərəsiEri şəlaləsiTuskarora şəlaləsiKonestoqa şəlaləsiMohikan şəlaləsiDelaveyr şəlaləsiSeneka şəlaləsiQanoqa şəlaləsiKayuqa şəlaləsiOneyda şəlaləsiMohavk şəlaləsiŞinql Kebin çayıCin gölüRouz gölüLi gölüBöyük çay (Fişinq çayının qolu)Qanoqa gölü
right rect 23 473 109 508 Sallivan qraflığı (Pensilavniya)

Üzərində 10 şəlalənin yerləşdiyi Kitçen çayı Alleqani yaylası ilə Silsilə və Dərə Appalaç bölgəsini bir-birindən ayıran Alleqani cəbhəsi boyunca üzüaşağı axır. Ştat parkındakı dərələr DevonDaş kömür dövrlərində 370 milyon il əvvəl yaranmış Hantli dağ strukturunun və Ketskil strukturunun süxurlarından əmələ gəlmişdir. Şəlalələr sonuncu buzlaşma dövründə çay hövzəsinin buzlaqlar əriməsi səbəbilə su səviyyəsinin artması nəticəsində əmələ gəlmişdir.

Brüs Riketts hazırkı ştat parkı ərazisində yerləşən şəlalələrin 21-ni özü adlandırmış, adlandırma zamanı yerli Amerika qəbilələrinin adlarından və yer adlarından, eləcə də, ailə fərdlərinin və dostlarının adlarından istifadə etmişdir. Qanoqa dərəsində 10 adlandırılmış, Li dərəsində 8 adlandırılmış və Riketts dərəsində 4–6 adlandırılmış şəlalə var. PMTED 22 şəlaləni, ABŞ Geoloji Araşdırmalar Qurumunun Coğrafi Adlar İnformasiya Sistemi 23 şəlaləni, Skot Braun "Pensilvaniya şəlalələri: Turistlər və fotoqraflar üçün kitabça" adlı kitabında 24 şəlaləni adlandırır. Şəlalələr hər üç dərə üçün çayın yuxarı axını sırasına görə təsvir olunur.

Geologiya redaktə

Parkın ən hündür şəlaləsi olan Qanoqa şəlaləsinin (29 metr) qışda çəkilmiş videosu.

Riketts Dərəsi Ştat Parkında yerləşən şəlalələr Alleqani yaylası ilə Silsilə və Dərə Appalaç arasında sərhəd rolunu oynayan Alleqani cəbhəsində yerləşir. Kitçen çayının mənbəyi yarıqlı yaylada yerləşir, çay bu yayladan 3,62 kilometrlik məsafədə təxminən 300 metr aşağı düşür və Alleqani cəbhəsinin yamacı boyunca üzüaşağı axır. Suyun düşüşü əsasən Kitçen çayının qolları tərəfindən əmələ gəlmiş iki dar dərədə — Li dərəsində və Qanoqa dərəsində baş verir. Sözügedən qollar Uoters Mit adlı yerdə görüşür.[2][a] Li dərəsindəki qolun üzərində 8 adlandırılmış şəlalə yerləşir və qol suqovuşanun şimalındadır. Qanoqa dərəsindəki qolun üzərində isə 10 adlandırılmış şəlalə vardır və qol suqovuşanın şimal-qərbindədir. Riketts dərəsi suqovuşandan cənubda yerləşir və çay Uoters Mitdən üzüaşağı axır. Bundan sonra ərazisinin kələ-kötürlülüyü və şəlalələrin sayı azalır. PMTED-ə görə ümumilikdə bütün Kitçen çayı üçün Riketts dərəsində ancaq dörd adlandırılmış şəlalə var,[3] ABŞ Geoloji Araşdırmalar Qurumunun Coğrafi Adlar İnformasiya Sistemi bu dörd şəlaləni və çaydakı bir şəlaləni daha adlandırır.[4] Braun Pensilvaniyadakı şəlalələr haqqındakı kitabında isə Riketts dərəsində 6-cı şəlaləni göstərir.[5]

Ştat parkındakı süxurlar 340–370 milyon il əvvəl formalaşmışdır. Həmin dövrdə bu ərazi hazırkı Şimali Amerika materikinin böyük hissəsini əhatə edən dayaz dənizin sahilinin bir hissəsini təşkil edirdi. Dənizin şərqindəki hündür dağlar tədricən eroziyaya uğramış və nəticədə, bölgədə gil, qumçınqıl kimi çöküntülərin miqdarı artmışdır. Çöküntü məhsullarının üzərindəki böyük təzyiq hazırda Kitçen çayının hövzəsində yayılmış süxurların yaranmasına səbəb olmuşdur: qum daşı, şist, alevrolit və konqlomera.[2]

 
Qanoqa dərəsində 14 metr hündürlükdən tökülən Eri şəlaləsi.

Təxminən 250–300 milyon il əvvəl Alleqani orogenezində Alleqani yaylası, Alleqani cəbhəsi və Appalaç dağları formalaşmışdır. Bu hadisə çökmə süxurların parkda toplanmasından xeyli sonra — Qondvananın Afrikaya çevrilən hissəsinin indiki Şimali Amerika materiki olan quru parçası ilə toqquşaraq Pangeyanı əmələ gətirdiyi dövrdə baş vermişdir. O illərdən bu yana 1500 metrə qədər süxur iqlim şəraitinə və çayların təsirinə görə eroziyaya uğramışdır. Keçən 1 milyon il ərzində azı 3 buzlaşma dövrü parkın hazırkı ərazisinin formalaşmasında son və həlledici faktor olmuşdur.[2][6][7]

Buzlaşmaların təsiri ilə Kitçen çayı "Alleqani cəbhəsində axan digər çaylarla müqayisədə bənzərsiz çay"a çevrilmişdir və Kitçen çayı "arasıkəsilməz şəlalələr sırası"na malik yeganə çaydır.[2] Son buzlaşma dövründən öncə Kitçen və Filips çaylarının bölgənin şərq hissəsində hövzələri vardı və hər iki çay hövzəsi Alleqani cəbhəsi ilə məhdudlaşırdı. Bu vəziyyət geri çəkilən buzlaqların Kitçen çayının yaxınlığında — Alleqani yaylasında yerləşən çaylar üzərində iki təbii bənd əmələ gətirməsindən sonra dəyişmişdir. Bu çaylardan biri şimal-şərqdəki Bouman çayı, digəri şimal-qərbdə yerləşən, Fişinq çayının qolu olan Böyük çaydır.[2]

Təxminən 20.000 il əvvəl buzlaqların şimal-şərqə doğru çəkilməsi nəticəsində buzlaq mənşəli göllər yaranmışdır. Əriyən buzlaqlar və göllər səbəbilə Bouman çayın mənbəyi Li dərəsi olmuşdur. Geri çəkilən buzlaqlar 6,1–9,1 metr qalınlığında çöküntünün qalmasına səbəb olmuşdur və yaranan təbii bənd suyun Böyük çaya boşalmasının qarşısını almışdır. Bunun əvəzinə Qanoqa gölündən və hazırda Cin gölü olan ərazidən gələn sular Kitçen çayına istiqamətlənmişdir. Baş verən dəyişikliklər nəticəsində, Kitçen çayının hövzəsi 18 km² artaraq (50 %-dən çox) 52 km² olmuşdur.[2][8]

Yeni mənbələr sayəsində Kitçen çayının su səviyyəsi artmışdır. Kitçen çayı daha kiçik hövzəyə malik olduğu dövrdə meyilliyi Filips çayında olduğu kimi xeyli stabil idi. Hövzənin böyüməsi Kitçen çayının dərələrdən keçən hissəsinin daha sıldırımlı olmasına səbəb olmuşdur. Kitçen çayı Alleqani cəbhəsinə qədər süxurları aşındırdıqca çayın meyilliyi və uçurumların sayı getdikcə azalır. Gələcəkdə Kitçen çayının ətraf çayların hövzələrinə bənzər hövzəyə malik olacağı ehtimal edilir. Bu proses uzun müddət, hətta yeni buzlaşma dövrünə qədər çəkə bilər.[2]

Strukturlar və şəlalələr redaktə

 
Şəlalədən tökülən su özü ilə qum və çaydaşı gətirir və şəlalə gölünün aşınmasına səbəb olur.

Parkda yerləşən şəlalələr DevonDaş kömür dövrlərindən qalmış daş strukturları üzə çıxarır. Bunlardan ən yenisi və ən hündürü Devon dövrünə və Missisipi subdövrünə aid edilən Hantli dağ strukturudur. Bu struktur zeytun yaşılı rəngindən boz rəngə çalan qumdaşı və boz rəngdən qırmızı rəngə çalan şist qatlarından ibarətdir. Daha alçaq və qədim struktur Ketskill strukturudur. Bu struktur qırmızı şistdən və alevrolitdən təşkil olunmuşdur, yaşı 370 milyon ilə çatır. Hantli dağ quruluşu Alleqani cəbhəsini örtür və onu aşınmadan qorumuşdur. Alleqani cəbhəsinin parkda yerləşən iki hissəsi Şimal dağı və Qırmızı qaya dağı adlandırılmışdır. Qırmızı qaya adı PA 487 yolundan da görülə bilən, Hantli strukturunun qırmızı şistinin və qumdaşının üzə çıxdığı kəmərdən almışdır.[2][6][9][10]

Geoloqlar ştat parkında yerləşən şəlalələri iki yerə bölürlər. Bir qrup şəlalələr kiçik pillələrlə aşağı töküldüyündən və toy tortlarını xatırladığından toy tortu şəlalələri adlandırılırlar. Parkdakı bu növ şəlalələr əsasən Hantli strukturunun incə qumdaşı qatlarının üzərindən tökülür. İkinci növ şəlalalər isə gəlinlik-duvaq şəlalələridir. Gəlinlik-duvaq şəlalələrində su çay yatağında yerləşən şəlalə gölünə çıxıntının üzərindən şaquli istiqamətdə tökülür. Ştat parkında bu növ şəlalələrə Ketskill strukturunun qayaları üzərindən və ya Hantli strukturunun qırmızı şist və qumdaşı süxurları üzərindən tökülərkən rast gəlinir. Parkdakı gəlinlik-duvaq şəlalələrinin yaranmasına səbəb olan çıxıntıları əmələ gətirən bərk süxurlar boz qumdaşıdır. Aşağıda yerləşən yumşaq qırmızı şist su, qumçınqıl tərəfindən eroziyaya uğrayaraq şəlalə gölü əmələ gətirir.[2]

Riketts Dərəsi Ştat Parkının rəsmi veb-saytında parkdakı şəlalələrin bölgüsündə həm toy tortu şəlalələri, həm də gəlinlik-duvaq şələləri verilib.[11] Lakin Skot Braun "Pensilvaniya şəlalələri: Turistlər və fotoqraflar üçün kitabça" əsərində parkdakı şəlalələri 4 yerə bölmüşdür: şəlalə, kaskad, sürüşmə və uçurum. "Şəlalə" tipi gəlinlik-duvaq şəlalələrinə uyğun gəlir: bərk süxurdan əmələ gəlmiş süxurun üzərindən tökülür. Barun toy tortu şəlalələrini 3 yerə ayırmışdır: kaskad (terraslara malik şəlalələr), sürüşmə və uçurum.[12]

Tarix redaktə

 
1890-cı ildə Kitçen çayının yaxınlığında tapılmış yerli amerikalılara məxsus dibçək.

Riketts Dərəsi Ştat Parkı Suskuehanna çay hövzəsində yerləşir. Bu ərazilərdə məskunlaşmış ən qədim insanlar İrokez illərində danışan suskuehannoklar olmuşdurlar. Onların sayı xəstəliklərə və İrokezlərin Beş Dövləti ilə apardıqları müharibələrə görə azalmış və 1675-ci ilə qədər onlar məhv olmuş, buralardan köçmüş və ya digər qəbilələrə assimilyasiya olunmuşdurlar. Bundan sonra Suskuehanna dərəsinin torpaqları irokezlərin nəzarəti altına keçmişdir. Onlar şərqdən gəlmiş ŞauniDelavar kimi köçəri qəbilələrə burada yerləşdirmişdilər.[13]

5 noyabr 1768-ci ildə Böyük Britaniya Fort Stanviks müqaviləsi ilə Pensilvaniyada Nyu-Purçeyz kimi tanınan bu torpaları irokezlərdən almışdır.[14] Bu torpaqlara hazırda Riketts Dərəsi Ştat Parkı olan ərazilər də daxil idi. ABŞ İstiqlal müharibəsindən sonra yerli amerikalıların demək olar ki, hamısı Pensilvaniyanı tərk etmişdir.[15] Lütsern qraflığı 1786-cı ildə Nortamberlend qraflığından alınmış torpaqlarla təşkil olunmuşdur. Şəlalələrin yerləşdiyi Feyrmont taunşipi isə 1792-ci ildə məskunlaşılmışdır və 1834-cü ildə qraflığa birləşdirilmişdir.[16] Təxminən 1890-cı ildə Kitçen çayındakı bir qayanın altında Murrey Reynolds tərəfindən (şəlalələrin biri onun adını daşıyır) "Suskuehanna regionunun xalqının" stilində bəzədilmiş dibçək tapılmışdır.[17]

Riketts ailəsi 1851-ci ildə gələcəkdə ştat parkının tərkib hissəsi olacaq ərazilərə yiyələnməyə başlamışdır. Həmin il İliya Riketts və qardaşı Klemuel Şimal dağında hazırda Qonaqa gölü adlanan ərazinin ətrafında 5.000 ar (2.000 hektar) ərazi götürmüşdürlər. 1852-ci ildə onlar gölün sahilində daş ev tikmiş, oranı meyxana və otel kimi işlətmişdirlər.[18][19] İliyanın oğlu Robert Brüs Riketts (ştat parkı onun şərəfinə adlandırılıb) ABŞ Vətəndaş müharibəsinə siravi əsgər kimi qatılmış, daha sonra polkovnik rütbəsinə qədər yüksəlmişdir. Müharibədən sonra R. B. Riketts Pensilvaniyaya qayıtmış və 1869-cu ildə gölün ətrafında olan əraziləri atasından satın almağa başlamışdır. Sonda onun əlinə dərələr və şəlalələrin də daxil olduğu 80.000 ar (32.000 hektar) ərazi keçmişdir.[11][19]

Riketts və digər sakinlər təxminən 1865-ci ilə kimi buradakı dərələr və şəlalələr haqqında bixəbər olmuşdurlar. 1865-ci ildə Rikettsin balıqçılığa və Kitçen çayı boyunca gəzməyə gəlmiş iki qonağı tərəfindən dərələrin və şəlalələrin mövcudluğu aşkara çıxarılmışdır. 1872-ci ildə Riketts daş evi üçün üçmərtəbəli taxta ev tikdirmişdir. Taxta ev 1873-cü ildə Şimal Dağı Ev Oteli kimi açılmışdır və Rikettsin qardaşı Frank 1898-ci ilə kimi oteli işlətmişdir.[18][20]

 
Uoters Mit adlı yer. Burada Qanoqa dərəsi (solda, üzərində asma körpü olan) və Li dərəsi (sağda) birləşərək Qlen dərəsini əmələ gətirir.

Riketts buradakı şəlalələrin 21-nə ad vermişdir. Bu adların bəziləri yerli Amerika adları, bəziləri isə yaxınlarının adları ilə bağlıdır.[21] 1879-cu ildə Riketts Şimal Dağı Balıqçılıq Klubunu açmış[20] və 1881-ci ildə Pensilvaniya senatı Çarlz Bukelaunun təklifi ilə Uzun gölməçənin adını dəyişdirib Qanoqa gölü qoymuşdur. Riketts ən hündür şəlalə və şəlalənin yerləşdiyi dərəni də Qanoqa adlandırmışdır. 1889-cu ildə Riketts Mett Hirlinqer və başqa 5 nəfərə Kitçen çayı boyunca cığırlar salmağı tapşırmışdır. Cığırların salınması və pillələrin tikilməsi 4 il çəkmişdir.[21] Taxta ev 1897-ci ildə fəaliyyətsiz qalmış, 1903-cü ildə otel və balıqçılıq klubu bağlanmışdır. Daş ev Rikettsin yay evinə çevrilmişdir.[18][20]

Riketts meşəqıran idi, lakin dərələr Riketts ailəsinin diqqəti sayəsində meşəqıran baltasından xilas edilmişdi.[22] Riketts 1918-ci ildə vəfat etmişdir. 1920–1924-cü illərdə Pensilvaniya Ovçuluq Komissiyası Mərkəzi Pensilvaniya Meşə Materialları Şirkəti vasitəsilə Rikettsin mirasından 48.000 ar (19.000 hektar) torpaq almışdır. Bu alınmış ərazilər parkın Sullivan qraflığında yerləşən qərb hissəsinin böyük hissəsinə çevrilmişdir.[23] Satışlar nəticəsində Riketts ailəsinin mirasından Qanoqa gölü, Li gölü və dərələri əhatə edən 12.000 ar (4.900 hektar) torpaq qalmışdır. 1930-cu illərdə əraziyə milli park statusunun verilməsi məsələsi gündəmə gətirilmiş və Milli Park Xidməti tərəfindən Mülki Mühafizə Korpusu düşərgəsinin salınması planlaşdırılmışdır.[11][24][25] Lakin büdcə problemləri və İkinci dünya müharibəsinin başlaması bu planların həyata keçirilməsini əngəlləmişdir.[11][26]

 
Uoters Mit üzərində körpü. Şəklin sağındakı qayanın üzərində Milli Təbiət Abidəsi lövhəsi var.

1942-ci ildə Pensilvaniya ştatı 82.000 $ qarşılığında varislərdən dərələrin və şəlalələrin də daxil olduğu 1.261 ar (510 hektar) torpaq satın almışdır. Nəhayət, 1944-cü ildə Riketts Dərəsi Ştat Parkı açılmışdır. Pensilvaniya ştatı 1945 və 1950-ci illərdə varislərdən 68.000 $ qarşılığında ümumilikdə 10.000 ar (4.000 hektar) daha torpaq almışdır. Hazırda ştat parkının ərazisinin 10.000 arı (4.000 hektarı) Riketts ailəsindən alınmış, 3.000 arı (1.200 hektarı) isə başqalarından satın alınmış torpaqlar təşkil edir.[11][23] 1947-ci ildə nəşr olunmuş bir qəzet məqaləsinə görə həmin il parkın 50.000 ziyarətçisi olmalı idi. Məqalədə həmçinin ştatın ərazini satın aldıqdan sonra həyata keçirdiyi işlər barədə də söz açılmışdı. Ştat parkındakı Folz cığırı yenidən salınmış, bütün daş pillələr yenidən yerləşdirilmiş və nişanlar əlavə olunmuşdur. Təhlükəsizliyi təmin etmək məqsədilə ağacdan hazırlanmış məhəccərli asma körpülər salınmış, təhlükədə yaradan qayalar yığışdırılmış və cığırın marşrutu şəlalələrə daha yaxın olacaq şəkildə yenidən təyin olunmuşdur. Adams şəlaləsi yaxınlığındakı Everqrin cığırı bu dövrdə salınmışdır.[22]

1969-cu ildə Dərələr Təbiət Ərazisi Milli Təbiət Abidəsi statusu almış və 1993-cü ildə Pensilvaniya Ştat Parkı Təbiət Ərazisinə çevrilmişdir.[11] 1996-cı ildə yağan güclü yağışlar Folz cığırındakı iki körpünü sıradan çıxarmışdır. Cığır vasitəsilə materialların daşınması çətin olduğundan 1997-ci ilin əvvəllərində ABŞ Ordu Milli Qvardiyasına məxsus bir vertolyot körpülərin yenidən tikilməsi üçün 11 metr uzunluğunda şalbanlar gətirmişdir.[27] 1997-ci ilin qışında ilk dəfə ştat parkının Qanoqa dərəsi hissəsində buz dırmanışı idmanı ilə məşğul olmağa icazə verilmişdir.[28] Həmin il yanğınsöndürmə qurumları soyuq şəraitdə parkda yaralanmış insanları xilas etmək üçün təlim keçirmişdir.[29] 1998-ci ildə "Folz cığırını yenidən bərpa etmək və inkişaf etdirmək" üçün dördillik layihə başladılmışdır. Üç park işçisi cığırı stabilləşdirmək, aşınmanı azaltmaq və bəzi körpüləri bərpa etmək üçün ayaqüstə materiallar daşımışdır.[30] 2001-ci ildə Adam Yanq "Pensilvaniya gəzintisi: Pensilvaniyanın ən böyük gəzinti macəralarının atlası" əsərində Folz cığırı haqqında yazır: "Bu sadəcə ştatdakı ən gözəl gəzinti deyil, Şərqin ən yaxşı gəzintilərindən biridir".[1] "Backpacker" jurnalının oxucuları 2009-cu ildə Folz cığırını Pensilvaniyanın ən yaxşı gəzinti cığırı, 2010-cu ildə isə şimal-şərqi ABŞ-nin ən yaxşı gəzinti cığırlarından biri seçmişdirlər.[31][32]

Ümumi baxış redaktə

 
Dərə və şəlalələr əmələ gətirən Kitçen çayı.

Kitçen çayı ştat parkından 3 dərə vasitəsilə axır: Riketts dərəsi, Li dərəsi və Qlen dərəsi. Şəlalələr hər dərədə ən cənubdan ən şimala qədər olmaqla Kitçen çayının yuxarı axınına görə sıralanır. Bu düzülüş həm də Folz cığırında gəzintiyə çıxmış turistin çayın şimalında sayahət edərkən şəlalələri görmə sırasıdır.[3]

Folz cığırı 11,4 km uzunluğa malik halqaşəkilli cığırdır. PA 118 yolundan başlayan cığır çay boyunca şimala doğru 2,9 km uzanaraq Uoters Mitdə bölünür. Li dərəsini keçdikdən sonra şimala doğru uzanmağa davam edən cığırın Haylend dərəsinə qədər olan uzunluğu 1,9 km təşkil edir. Haylend cığırından sonra Qanoqa dərəsinə doğru 1,6 km uzanır. Cənub-şərqə dönən cığır Qanoqa dərəsinin içindən Uoters Mit qayıdır. Bu hissənin uzunluğu isə 2,1 km təşkil edir. Cığır Rikett dərəsindən keçərək PA 118 yolunda başa çatır.[33]

Hər şəlalənin təsviri adı ilə başlayır. Pensilvaniya Mühafizə və Təbii Ehtiyatlar Departamentinin (PMTED) Ştat Parkları Bürosuna görə parkda 22 adlandırılmış şəlalə (Şinql Kebin və Kitçen şəlalələrini hesaba qatmır),[3] ABŞ Geoloji Araşdırmalar Qurumunun Coğrafi Adlar İnformasiya Sisteminə görə parkda 23 adlandırılmış şəlalə (Şinql Kebin şəlaləsini hesaba qatmır),[34] Skot Braunun "Pensilvaniya şəlalələri: Turistlər və fotoqraflar üçün kitabça" adlı kitabına görə isə parkda 24 adlandırılmış şəlalə var.[5] Ştat parkında adlandırılmamış şəlalələr də mövcuddur ki, o zaman ümumilikdə ştat parkındakı şəlalələrin sayı 33–34-ə çatır.[35][36][37] Şəlalələrin klassifikasiyası üçün Braunun klassifikasiyasından istifadə olunur: şəlalə, kaskad, sürüşmə və uçurum. Bəzi şəlalərin klassifikasiyası üçün bu tiplərin kombinasiyasından da istifadə olunmuşdur.[5] Hər şəlalə üçün adının etimologiyası, Folz cığırındakı yeri haqqında məlumat və şəkillər verilmişdir.

Riketts dərəsi redaktə

 
Murrey Reynolds şəlaləsi (solda), Kitçen çayı və Şinql Kebin şəlaləsi.

Riketts dərəsi Kitçen dərəsinin cənubuna və Uoters Mitin aşağı axınına verilən addır.[5][11][38] PA 118 yolu ilə Uoters Mit arasında yerləşmiş olub uzunluğu 2,9 km təşkil edir, bu isə onu ən uzun dərə edir. Dərənin cənub hissəsində baldırğanların üstünlük təşkil etdiyi qədim meşələr yerləşir.[39] Riketts dərəsi tamamilə Ketskill strukturunda yerləşir və Kitçen çayının bu hissəsində yerləşən bütün şəlalələrin şəlalə gölləri var.[2]

Riketts dərəsi yeganə dərədir ki, üzərindəki adlandırılmış şəlalələrin sayı mənbələrdən asılı olaraq müxtəlifdir. Təkcə Braunun kitabında Şinql Kebin adlı şəlalə göstərilir. Şinql Kebin şəlaləsi Kitçen çayının qolunda yerləşən yeganə adlandırılmış şəlalədir.[39] Riketts dərəsinin cənub qurtaracağında — PA 118 yolunun yaxınlığında yerləşən şəlalələrin adları ən mübahisəli olanlardır. ABŞ Geoloji Araşdırmalar Qurumunun Coğrafi Adlar İnformasiya Sisteminə görə parkda Kitçen şəlaləsi (koordinatları PA 118 körpüsünə yaxındır) və Adams şəlaləsi (koordinatları PA 118 yolunun daha cənubundadır) adlı şəlalələr var.[4][40] Braunun kitabında da bu iki şəlalə ayrı şəlalər kimi göstərilir və Kitçen şəlaləsinin hündürlüyünü 2,7 metr olduğu qeyd olunur.[5] 1947-ci ilə aid bir qəzet məqaləsində avtomagistal körpüsünün altında adlandırılmamış şəlalə olduğunu və "Adams şəlaləsinin buradan elə də uzaq olmadığını" qeyd olunmuşdur.[22] Rəsmi park xəritəsində ancaq Adams şəlaləsi və körpüdən qısa məsafədə yerləşdiyi göstərilir və hündürlüyünün 11 metr olduğu qeyd olunur.[3] PMTED Pensilvaniya geologiya cığırı kitabçasına görə isə Kitçen şəlaləsi Adams şəlaləsinin digər adıdır.[2]

Ad[3] Hündürlük[3][41] Hündürlük (dən. səv.)[34] Koordinatlar[34] Tipi[5] Şəkil
Adams 11,0 m 370 m[40] 41°17′54″ şm. e. 76°16′23″ q. u. uçurum
A narrow falls resembling a horsetail is in a chute carved in layers of rock, which then flows into a large pool at the base. The surrounding rock has green bushes and a brown picket fence is visible above the falls. 
Adam Keyl Şimal Dağı Balıqçılıq Klubunda işləyən gözətçi idi[42][43] və hələ 1947-ci ildə şəlalə onun adı ilə adlandırılmışdı.[22] PMTED Pensilvaniya geologiya cığırı kitabçasına görə Adam şəlaləsi parkdakı ən gözəl və əlçatan şəlalədir.[2] Şəlalə parkda PA 118 yolunun cənubunda yerləşən və Folz cığırından görünməyən yeganə şəlalədir. 1,6 kilometr uzunluğunda olan Everqrin cığırında yerləşən avtomobil dayanacağından çox da uzaqda yerləşmir.[3] Şəlalə qayada kiçik nov əmələ gətirir[44] və Levenuert adlı kiçik şəlalə gölünün diametri 9,1 metr, dərinliyi isə 2,4–3 metrdir.[2] Şəlalə gölü Pensilvaniyanın Uilks-Barre şəhərindən olan kömür mədənləri sahibi və balıqçılıq klubun prezidenti olmuş Frenk Levenuertin şərəfinə adlandırılmışdır.[42][43]
Kitçen 2,7 m 376 m[4] 41°17′57″ şm. e. 76°16′26″ q. u. şəlalə The upper half of a falls dropping into a narrow slot in layered rock, as seen from the side. The curved underside of a bridge is visible above the waterfall, which is in shadow. 
Kitçen şəlaləsi PA 118 körpüsünün altında yerləşir və qayada genişliyi 0,91 metr olan nov əmələ gətirir.[44][45] Brauna görə Kitçen şəlaləsi parkdakı adlandırılmış ən alçaq şəlalədir (2,7 metr). Lakin Pensilvaniya geologiya cığırı kitabçasına görə hündürlüyü 5,5 metrdir.[2][5] Folz cığırından görünsə də, PMTED-nin 22 adlandırılmış şəlaləsindən biri deyil. Adı sadəcə Braunun kitabında və AGAQ CAİS-də çəkilir.[4][5]
Şinql Kebin 7,6 m 420 m[46] 41°18′56″ şm. e. 76°16′23″ q. u. kaskad
A narrow stream cascades over many rocks in a ravine and enters a larger creek at the bottom. The trees are mostly bare and fallen leaves are on the ground. Several fallen trees and limbs cross the ravine and falls. 
Şinql Kebin şəlaləsi Kitçen çayının sol sahilindən daxil olan Şinql Kebin çayının üzərində yerləşir. Folz cığırı şəlaləyə gələn çayın qarşı tərəfində — sağ sahildədir və ilin böyük hissəsində yarpaqlar mənzərəni gizlədir. PMTED-nin 22 adlandırılmış şəlaləsindən biri deyil, amma adı Braunun kitabında və AGAQ CAİS-də çəkilir.[5]
Murrey Reynolds 4,9 m 441 m[47] 41°19′06″ şm. e. 76°16′26″ q. u. uçurum Water falls through a chute in layered rock, divided by a large pulpit-shaped boulder. A pool is visible at the base of the falls, and the leaves on the surrounding sunlit trees are bright green or yellow. 
Murrey Reynolds (1838–1904) polkovnik, siyasətçi və Robert Brüs Rikettsin həyat yoldaşı Elizabet Reynolds Rikettsin qardaşı idi.[48] Murrey Reynolds şəlaləsi novun ortasında yerləşən kafedra formasındakı qayaya görə Pulpit şəlaləsi adı ilə də tanınır.[45] PA 118 yolundan 2,1 km şimalda, Uoters Mitdən 0,8 km cənubda yerləşir. Folz cığırı ilə şimaldan başlanılan səyahətdə qarşılaşılan ilk PMTED tərəfindən adlandırılmış şəlalə Murrey Reynolds şəlaləsidir.[39]
Şeldon Reynolds 11,0 m 450 m[49] 41°19′09″ şm. e. 76°16′28″ q. u. şəlalə, daha sonra kaskad A falls that drops from a ledge and then cascades on layered rocks below. The sunlit leaves on the surrounding trees are green. 
Şeldon Reynolds (1845–1895) vəkil, bankir, tarixçi və Robert Brüs Rikettsin həyat yoldaşı Elizabet Reynolds Rikettsin qardaşı idi.[50] Şeldon Reynolds şəlaləsi PA 118 yolundan 2,4 km şimalda, Uoters Mitdən 0,48 km cənubda yerləşir. Səyahətçilər Şeldon Reynolds şəlaləsinə cənubdan yaxınlaşanda Harrison Rayt şəlaləsini də görə bilərlər.[39][45]
Harrison Rayt 8,2 m 463 m[51] 41°19′14″ şm. e. 76°16′31″ q. u. şəlalə
A relatively small amount of water drops from a ledge and falls in front of layers of rock into a large pool covered with a scattering of floating green and yellow leaves. Green vegetation is visible on the rocks above and behind the falls. 
Harrison Rayt (1850–1885) mineralogiya üzrə doktorluq dərəcəsi almış vəkil idi və arxeologiya ilə də maraqlanırdı. Robert Brüs Riketts ilə birlikdə Vayominq Tarix və Geologiya Cəmiyyətində fəaliyyət göstərirdi.[52][53] Harrison Rayt parkdakı ən fotogenik şəlalə hesab olunur.[44] Şəlalə PA 118 yolundan 2,6 km şimalda, Uoters Mitdən 0,32 km cənubda yerləşir.[39]

Li dərəsi redaktə

 
Folz cığırı ilə Kitçen çayının kəsişdiyi yer. Yaxınlıqda Li dərəsinin şəlalələrindən biri olan Ozon şəlaləsi yerləşir.

Marsiya Bonta "Pensilvaniyada xarici səyahətlər: Fərdi və qrup gəzintiləri üçün təbiət yerləri kitabçası"nda "bütün cığırın ən sevimli hissəsi olan qayalı, sıldırımlı Li dərəsi"nin də adını çəkir. Bonta bildirmişdir ki, Li dərəsi bir tərəfdən qayalarla, bir tərəfdən isə dalğalanan su ilə əhatə olunan uzaq çölü xatırladır və bu dərədə parkın ən görməli şəlalələrindən bir neçəsi yerləşir.[54]

Li dərəsi adını eyniadlı göldən almışdır. Bu göl isə R. B. Rikettsin ikinci qızı Frensis Linin (1881–1970) şərəfinə adlandırılmışdır. O, 1921-ci ildə hakim Uilyam Maklin ilə evlənmişdir.[23][42][43] Li həm də R. B. Rikettsin anası Marqaret Li Lokart Rikettsin (1810–1891) orta adı olmuşdur.[55] 1907-ci ildə R. B. Riketts Li gölündən hidroelektrik enerji əldə etmək ümidi ilə Kitçen çayının Li dərəsi bölməsində yerləşən şəlalələrin yuxarı axınında bənd tikdirmişdir. Lakin bənd yaxşı tikilmədiyindən funksiyasını yerinə yetirə bilməmişdir. Ştat bəndi yararsız hesab etmişdir və 1956-cı ildə göl qurumuşdur.[55][56] Demək olar ki, bütün Li dərəsi Hantli dağ strukturunda yerləşir, amma cənub qurtacağındakı kiçik hissə (Uoters Mit daxil olmaqla) Ketskill strukturunun tərkibindədir.[2]

Li dərəsində adlandırılmış səkkiz şəlalə yerləşir. PA 118 yolundan Uoters Mitə və Li dərəsinin cənubuna qədər məsafə 2,9 km təşkil edir. Şimaldan da dərəyə çatmaq mümkündür: Cin gölünün yaxınlığındakı avtomobil dayanacağından ən şimalda yerləşən Onondaqa şəlaləsinə qədər məsafə 1,67 km təşkil edir.[44] Li dərəsinin şimal qurtaracağı ilə Qanoqa dərəsi arasında uzunluğu 1,9 km olan Haylend cığırı yerləşir. Bu cığır Onondaqa şəlaləsinin şimalında Folz cığırı ilə görüşür. Haylend cığırının həmçinin nisbətən cənubda yerləşən F. L. Riketss şəlaləsi ilə qısa əlaqəsi var.[3] Folz cığırının ən şimalda yerləşən bu iki şəlalənin yaxınlığından keçən hissəsi 2000-ci illərin əvvəlində yenidən tikilməli idi.[39][45]

Ad[3] Hündürlük[3] Hündürlük (dən. səv.)[34] Koordinatlar[34] Tipi[5] Şəkil
Vayandot 4,6 m 490 m[57] 41°19′20″ şm. e. 76°16′29″ q. u. şəlalə
 
Vayandot şəlaləsi Uoters Mitdən görünən görünən iki adlandırılmış şəlalədən biridir (digəri Qanoqa dərəsində yerləşən Eri şəlaləsidir). Şəlalə Li dərəsində adlanıdırılmış ilk şəlalədir və Uoters Mitin yuxarını axınının 0,14 kilometrliyində yerləşir.[44] Vayandotlar (və ya huronlar) irokezdilli xalq idi və müasir dövrdə Ontorio şəhəri olan torpaqlarda yaşayırdılar. Xəstəliklərə görə onların sayı azalmışdır, 1649-cu ildə isə irokezlər tərəfindən məğlub edilmişdirlər. Hazırda özünü vayandotlar adlandıran xalq Oklahomada yaşayır.[58]
B. Reynolds 12,2 m 508 m[59] 41°19′24″ şm. e. 76°16′29″ q. u. şəlalə
 
Bencamin Reynolds (1840–1913) bankir və R. B. Rikettsin həyat yoldaşı Elizabet Reynolds Rikettsin qardaşı idi. Reynolds və Riketts ailələri Pensilvaniyanın Uilks-Barre şəhərində bir ikimərtəbəli evi bölüşürdülər.[60] B. Reynolds şəlaləsi Uoters Mitin yuxarı axınının 0,16–0,32 kilomterlik hissəsində yerləşir və Li dərəsində adlandırılmış ikinci şəlalədir. Tökülən suyun miqdarı az olanda sadəcə "at quyruğu" şəlaləsinə çevrilir.[44]
R. B. Riketts 11,0 m 510 m[61] 41°19′27″ şm. e. 76°16′27″ q. u. kaskad
 
Robert Brüs Riketts (1839–1918) ABŞ Vətəndaş müharibəsi zamanı İttifaq ordusunda polkovnik olmuşdur. R. B. Riketts Gettisberq döyüşündə də iştirak etmişdir. Onun əlinə dərələr və şəlalələrin də daxil olduğu 80.000 ar (32.000 hektar) ərazi keçmişdir. Riketts hazırda ştat parkının tərkib hissəsi olan qədim meşəni qoruduğuna görə ştat parkı onun şərəfinə adlandırılmışdır. Riketts Kitçen çayı üzərində yerləşən 21 şəlaləni adlandırmışdır. Riketts orijinal Folz cığırını salmaq üçün 6 işçi işə götürmüşdür. Cığırın salınması 1889-cu ildən 1893-cü ilə kimi davam etmişdir.[11][62] "Müstəsna dərəcədə gözəl" olan R. B. Riketts şəlaləsi Uoters Mitin yuxarı axınının 0,39 kilometrliyində yerləşir və Li dərəsində adlandırılmış 3-cü şəlalədir.[44]
Ozon 18,3 m 534 m[63] 41°19′32″ şm. e. 76°16′29″ q. u. kaskad
 
Şəlalə adını Uilks-Barredə yerləşən eyniadlı turizm klubundan almışdır.[42][43] Klub üçün bu adın seçilmə səbəbi müəmmalıdır, lakin ABŞ-də yerləşən başqa bir Ozon şəlaləsinin adlandırılma səbəbi şəlalənin yaxınlığındakı havanın "stimullaşdırıcı xüsusiyyət"ə malik olduğuna inanılması idi.[64][65] Ozon şəlaləsi Li dərəsində ən hündür (8 metr), parkda isə ikinci ən hündür şəlalədir. Uoter Mitin yuxarı axınının 0,56 kilometrliyində yerləşir və Li dərəsində adlandırılmış 4-cü şəlalədir.[44] Folz cığırı şəlalənin yaxınlığından kəskin dönüş edərək Kitçen çayının üzərindən keçir.[45]
Huron 12,5 m 547 m[66] 41°19′36″ şm. e. 76°16′27″ q. u. sürüşmə  
Huron şəlaləsi 90 dərəcəlik dönüş edərək Hantli dağ strukturundakı qumdaşından aşağı tökülür. Uoters Mitin yuxarı axınının 0,80 kilometrliyində yerləşir və Li dərəsində adlandırılmış beşinci şəlalədir. Huron şəlaləsinin yuxarı hissəsi Şauni şəlaləsinin şəlalə gölününün çox yaxınlığından yerləşir. Braun güman edir ki, bu iki şəlalə bir zamanlar vahid şəlalə idi.[44] Huronlar (və ya vayandotlar) irokezdilli xalq idi və müasir dövrdə Ontario şəhəri olan torpaqlarda yaşayırdılar. Xəstəliklərə görə onların sayı azalmışdır, 1649-cu ildə isə irokezlər tərəfindən məğlub edilmişdirlər. Hazırda özünü huronlar adlandıran xalq Kvebekdə yaşayır.[58]
Şauni 9,1 m 570 m[67] 41°19′40″ şm. e. 76°16′26″ q. u. şəlalə  
Şauni şəlaləsi Uoters Mitin 0,82 kilometrliyində yerləşir və Li dərəsində adlandırılmış 6-cı şəlalədir.[44] Şauni və Huron şəlalələri cığırın qarşı tərəfində — Kitçen çayının sol sahilində sınmış qumdaşından böyük sıldırım qaya oyur.[45] Braun güman edir ki, Şauni və Huron şəlalələri bir zamanlar vahid şəlalə idi.[44] Şaunilər Pensilvaniyaya XVII əsrin sonlarında qaçqın kimi gəlmiş alqonkindilli xalq idi. Onlar bu torpaqları 1772-ci ilə qədər tərk etmişdirlər.[68][69]
F. L. Riketts 11,6 m 606 m[70] 41°19′46″ şm. e. 76°16′26″ q. u. sürüşmə  
Frank L. Riketts (1843–1908) R. B. Rikettsin kiçik qardaşı idi və 1873-cü ildən 1898-ci ilə kimi Rikettsin Şimal Dağı Ev Otelini idarə etmişdir. Frank uşaqlıqda keçirdiyi skarlatin xəstəliyinə görə kar olmuşdur.[20][42][71] F. L. Riketts şəlaləsi Uoters Mitin 1,01 kilometrliyində yerləşir və Li dərəsində adlandırılmış 7-ci şəlalədir.[44] Cığır əvvəllər bu şəlalənin yaxınlığından — Kitçen çayının sol sahilindən keçirdi. Lakin taxta pillələr yaş və davamsız olduğuna görə 2003-cü ildə cığır Kitçen çayının sağ sahilinə köçürülmüşdür.[45]
Onondaqa 4,6 m 633 m[72] 41°19′52″ şm. e. 76°16′26″ q. u. kaskad  
Onondaqa şəlaləsi Uoters Mitin 1,17 kilometrliyində yerləşir. Li dərəsində adlandırılmış səkkizinci və sonuncu şəlalədir. Cin gölünün yaxınlığından yerləşən avtomobil dayanacağının 1,67 km cənubunda yerləşir.[44] Cığırın Onondaqa şəlaləsinə gedən hissəsi fırtınadan sonra məhv olandan sonra 2001-ci ilə kimi yenidən bərpa olunmalı idi.[39] Onondaqalar irokezdilli xalq idi və İrokez Konfederasiyasının orijinal üzvlərindən biri idi. Onların Nyu-Yorkun Onondaqa şəhərində yerləşən kəndi irokezlərin paytaxtı idi.[73]

Qanoqa dərəsi redaktə

   
Qanoqa şəlaləsi. Payızda (solda) və qışda (sağda).

1875-ci ilə qədər Riketts Kitçen çayı üzərindəki ən hündür şəlalə olan Qanoqa şəlaləsini adlandırmış,[74] 1881-ci ildə Uzun gölməçənin adını dəyişib Qanoqa gölü qoymuşdur. "Qanoqa" adını Pensilvaniya senatoru Çarlz Bukelau təklif etmişdi. Belə ki, bu söz irokez sözü olub, Seneka dilində "dağda su" deməkdir.[75] Lakin Donehoo "Pensilvaniyadakı hindu kənd və yer adlarının tarixi" kitabında qeyd etmişdir ki, bu söz əslində Kayuqa dilindədir və "axan yağ" deməkdir və Nyu-Yorkda yerləşən Kayuqa kəndinin adı ilə bağlıdır.[76] Adının mənası nə olursa olsun, Qanoqa şəlaləsi Kitçen çayının Qanoqa dərəsindən keçən hissəsinin mənbəyidir və onun ən hündür şəlaləsidir.[3]

1842-ci ildə Kitçen çayının Qanoqa dərəsi hissəsində şəlalələrin yuxarı axın tərəfində bir bənd tikilmişdir. Təxminən 1905-ci ildə Riketts hidroelektrik enerji əldə etmək məqsədilə bəndi gücləndirmiş və su hövzəsinin adını Roz gölü qoymuşdur (Roz Rikettsdə ailə adı idi). Lakin Roz gölü və Li gölü bəndləri yaxşı tikilmədiyindən hidroelektrik enerji əldə etmək mümkün olmamışdır. Ştat bəndi yararsız hesab etmiş və 1969-cu ildə Roz gölü qurumuşdur.[55][56] Qanoqa dərəsi Li dərəsi kimi dik deyil. Hər iki dərəsinin böyük hissəsi Hantli dağ strukturunda yerləşir, sadəcə cənub qurtaracaqda yerləşən kiçik hissəsi (Uoters Mit də daxil olmaqla) Ketskil strukturunun tərkibindədir.[2] Qanoqa dərəsində 10 adlandırılmış şəlalə yerləşir. PA 118 yolundan Uoters Mit və Qanoqa dərəsinin cənub qurtaracağına qədər məsafə 2,9 kilometr təşkil edir. Cin gölünün yaxınlığında yerləşən Roz gölü avtomobil dayanacağından ən şimalda yerləşən Mohok şəlaləsinə qədər məsafə 0,48 kilometrdir. Burada həmçinin 4,5 kilometr uzunluğunda olan Qanoqa Vyu cığırı yerləşir. Cığır Pensilvaniya 487 nömrəli yoldan qərbdə Qanoqa şəlaləsinə qədər uzanır. Mohok şəlaləsinin şimalında qısa məsafədə Folz cığırı ilə görüşən Haylend cığırı Qanoqa dərəsi ilə Li dərəsinin şimal qurtaracaqlarını birləşdirən 1,9 kilometrlik "konnektor"dur.[3][44]

Ceff Mitçel "Sonsuz dağlarla yürümək: Pensilvaniyanın şimal-şərqindəki çöllükləri kəşf etmək" kitabında qeyd etmişdir ki, Qanoqa dərəsi parkdakı favorit yerdir.[77]

Ad[3] Hündürlük[3] Hündürlük (dən. səv.)[34] Koordinatlar[34] Tipi[5] Şəkil
Eri 14,3 m 490 m[78] 41°19′18″ şm. e. 76°16′40″ q. u. kaskad
 
Eri şəlaləsi Uoters Mitdən görünə bilən iki şəlalədən biridir (ikincisi Li dərəsində yerləşən Vayandot şəlaləsidir). Qanoqa dərəsində adlandırılmış ilk şəlalədir və Uoters Mitin yuxarı axınının 0,16 kilometrliyində yerləşir.[33][44] Erilər Eri gölünün cənub sahilində yaşayan irokezdilli xalq idi. Seneka və digər irokezlərlə gedən müharibələr nəticəsində 1656-cı ilə qədər tamamilə yox olmuşdurlar.[79]
Tuskarora 14,3 m 522 m[80] 41°19′17″ şm. e. 76°16′46″ q. u. kaskad, daha sonra şəlalə
 
Tuskarora şəlaləsi Qanoqa dərəsində adlandırılmış ikinci şəlalədir və Uoters Mitin yuxarı axınının 0,16 kilometrliyində yerləşir.[33][44] Tuskaroralar əvvəlcə Şimali Karolinada yaşamış, daha sonra Nyu-Yorka köçmüş irokezdilli xalq idi. 1713-cü ildə Tuskarora İrokez Konfederasiyasının altıncı və sonuncu üzvü olmuşdur.[81] ABŞ İstiqlal müharibəsində Tuskarora və onların müttəfiqi Onayda ABŞ-ni dəstəkləyən yeganə irokezlər idi.[82]
Konestoqa 5,2 m 556 m[83] 41°19′16″ şm. e. 76°16′56″ q. u. sürüşmə  
Konestoqa şəlaləsi Qanoqa dərəsində adlandırılmış üçüncü şəlalədir və Uoters Mitin yuxarının 0,48 kilometrliyində yerləşir.[33][44] Konestoqalar və ya saskuehannoklar Saskuehannok çayında yaşayan irokezlər idi. Parkın özü də Saskuehannok çayının hövzəsində yerləşir. İrokezlər saskuehannokları 1675-ci ildə müharibədə məğlub etdikdən sonra sağ qalanlar digər qəbilələrə qarışmış, sonuncu üzvləri 1763-cü ildə Pakston Boyz zamanı öldürülmüşdür.[84] Braun bu şəlaləni "elə də fotogenik" hesab etmir.[85]
Mogikan 11,9 m 545 m[86] 41°19′18″ şm. e. 76°16′58″ q. u. sürüşmə  
Mogikan şəlaləsi Qanoqa dərəsində adlandırılmış dördüncü şəlalədir və Uoters Mitin yuxarı axınının 0,64 kilometrliyində yerləşir.[33][44] Mogikanlar və ya magikanlar əvvəllər Hudzon çayının yuxarı hissəsində yaşayan alqonkindilli xalq idi. Onlar Mohok və digər irokezlərə qarşı uzun müddət döyüşdükdən sonra 1673-cü ildə uduzmuş[87] və bir neçə il Pensilvaniyada yaşamışlar. Mogikan şəlaləsi iki hissədən ibarətdir: yuxarı və aşağı. Braun qeyd edir ki, hər iki hissənin şəklini eyni anda çəkmək çətindir.[88]
Delavar 11,3 m 556 m[89] 41°19′20″ şm. e. 76°16′59″ q. u. sürüşmə  
Delavar şəlaləsi Qanoqa dərəsində adlandırılmış beşinci şəlalədir və Uoters Mitin 0,8 kilometrliyində yerləşir.[33][44] Delavarlar Delavar çayı boyunca yaşamış alqonkindilli xalq idi. Onlar 1682-ci ildə torpaqlarını Uilyam Pennə satmağa başlamışdırlar; ağların qərbə yürüşü nəticəsində 1772-ci ilə qədər bütün delavarlar Pensilvaniyanı tərk etmişdirlər.[90][91] Braun qeyd edir ki, ölçüsü kiçik olduğundan yürüş zamanı onu görməmək olar.[88]
Seneka 3,7 m 566 m[92] 41°19′22″ şm. e. 76°16′59″ q. u. sürüşmə  
Seneka şəlaləsi Qanoqa dərəsində adlandırılmış altıncı şəlalədir və Uoters Mitin 0,8 kilometrliyində yerləşir.[33][44] Senekalar irokezdilli xalq idi və İrokez Beş Dövlətinin ən qərbdə yaşayan qəbiləsi idi. Onlar irokezlər arasında "Qərb qapılarının qoruyucuları""Böyük qardaşlardan biri" adları ilə tanınırdılar. İrokezlərin iki müharibə şefi Senekadan seçilmişdi.[93] Senekalar Pensilvaniyaya yaxşı bələd idilər və ştatın qərb hissəsində ov edirdilər.[94] Braun Seneka şəlaləsinin kiçik ölçülü olduğunu qeyd edir.[88]
Qanoqa 28,7 m 598 m[95] 41°19′26″ şm. e. 76°17′02″ q. u. kaskad
 
Qanoqa şəlaləsi Qanoqa dərəsində adlandırılmış yeddinci şəlalədir və Uoters Mitin 1,1 kilometrliyində yerləşir.[33][44] Braun Qanoqa şəlaləsini parkın "cəvahiratı" adlandırır və qeyd edir ki, çay şəlalənin yuxarı hissəsinin yaxınlığında istiqamətini dəyişdirir.[96] Quruluşuna görə bir çox insanlar bu şəlalədə yıxılmış və yaralanmışdır.[45]
Kayuqa 3,4 m 622 m[97] 41°19′31″ şm. e. 76°17′06″ q. u.
 
Kayuqa şəlaləsi Qanoqa dərəsində adlandırılmış səkkizinci şəlalədir və Uoters Mitin 1,3 kilometrliyində yerləşir.[33][44] Brauna görə şəlalə "heç fotogenik deyil".[98] Kayuqalar irokezdilli xalq idi və irokezlərin orijinal beş üzvündən biri idilər; onların torpağı mərkəzi Onondaqa ilə qərbi Seneka arasında yerləşirdi. Onlar İrokez Konfederasiyasında "Balaca qardaşlar" adı ilə tanınırdılar və "Senakalar ilə birləşmişdilər".[93]
Onayda 4,0 m 648 m[99] 41°19′36″ şm. e. 76°17′14″ q. u. şəlalə
 
Onayda şəlaləsi Qanoqa dərəsində adlandırılmış doqquzuncu şəlalədir və Uoters Mitin 1,4 kilometrliyində yerləşir.[33][44] Braun bu şəlalənin şəklini çəkməyin necə zövq verdiyini qeyd edir.[98] Onaydalar irokezdilli xalq idi və irokezlərin orijinal beş üzvündən biri idilər; onların torpağı Mərkəzi Onondaqa ilə şərqi Mohok arasında yerləşirdi. Onlar İrokez Konfederasiyasında "Balaca qardaşlar" adı ilə tanınırdılar və "Mohoklar ilə birləşmişdilər".[93] ABŞ İstiqlal müharibəsində Onayda və onların müttəfiqi Tuskarora ABŞ-ni dəstəkləyən yeganə irokezlər idi.[82]
Mohok 11,3 m 660 m[100] 41°19′39″ şm. e. 76°17′14″ q. u. şəlalə, daha sonra sürüşmə
 
Mohok şəlaləsi Qanoqa dərəsində adlandırılmış onuncu (həm də sonuncu) şəlalədir və Uoters Mitin 1,8 kilometrliyində yerləşir.[33][44] Şəlalə həm də Cin gölünün yaxınlığında yerləşən Roz gölü avtomobil dayanacağından 0,48 kilometr uzaqlıqdadır.[3][44] Mohoklar irokezdilli xalq idi və İrokez Beş Dövlətinin ən şərqdə yaşayan qəbiləsi idi. Onlar irokezlər arasında "Şərq qapılarının qoruyucuları""Böyük qardaşlardan biri" adları ilə tanınırdılar. Mohokların İrokez şurasında veto səsi vermək hüququna malik idilər.[93]
Onondaqa şəlaləsi və pilləkanlar

İstinadlar redaktə

  1. 1 2 Young, p. 66.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Braun, Duane D.; Inners, Jon D. "Pennsylvania Trail of Geology, Ricketts Glen State Park, Luzerne, Sullivan and Columbia Counties, The Rocks, the Glens and the Falls (Park Guide 13)" (PDF). Pennsylvania Department of Conservation and Natural Resources. 21 February 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 may 2016.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Ricketts Glen State Park (PDF) (Xəritə). Pennsylvania Department of Conservation and Natural Resources. June 20, 2014. August 9, 2017 tarixində arxivləşdirilib (PDF). and The Glens Natural Area (PDF) (Xəritə). Pennsylvania Department of Conservation and Natural Resources. 2017-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 iyun 2016. Qeyd: Cəmi 22 şəlalənin adı var (Kitçen və Şinql Kebin şəlalələrindən başqa).
  4. 1 2 3 4 "Kitchen Creek Falls". Geographic Names Information System. United States Geological Survey. August 2, 1979. İstifadə tarixi: 13 iyun 2016.[ölü keçid]
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 Brown, pp. 50–52.
  6. 1 2 Van Diver, pp. 31–35, 153–155.
  7. Shultz, pp. 372–374, 391, 399, 818.
  8. Bureau of Watershed Management, Division of Water Use Planning, Pennsylvania Department of Environmental Protection. Pennsylvania Gazetteer of Streams (PDF). Prepared in Cooperation with the United States Department of the Interior Geological Survey. 2001. 17 September 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 may 2016.
  9. Berg, T. M. "Atlas of Preliminary Geologic Quadrangle Maps of Pennsylvania: Red Rock" (PDF). Pennsylvania Department of Conservation and Natural Resources, Bureau of Topographic and Geologic Survey. 1981. September 20, 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 may 2016. Note: The entire "Atlas of Preliminary Geologic Quadrangle Maps of Pennsylvania" is available as a zip file at #61, here Arxivləşdirilib 2017-07-22 at the Wayback Machine
  10. "Map 67: Tabloid Edition Explanation" (PDF). Pennsylvania Department of Conservation and Natural Resources, Bureau of Topographic and Geologic Survey. November 14, 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 may 2016. Note: Map 67 is available as a zip file at #67, here Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine
  11. 1 2 3 4 5 6 7 8 "Ricketts Glen State Park". Pennsylvania Department of Conservation and Natural Resources. 22 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2016.
  12. Brown, p. xiv
  13. Richter, pp. 3–46.
  14. Wallace, p. 159.
  15. Wallace, pp. 136–141.
  16. "Luzerne County 3rd class" (PDF). Pennsylvania Historical and Museum Commission. 2011-06-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 iyun 2016.
  17. Wren, p. 56, Plate No. 7.
  18. 1 2 3 Ricketts, William Reynolds. "William R. Ricketts House, North Mountain Colley, Ganoga Lake, Sullivan County, PA". Historic American Buildings Survey/Historic American Engineering Record. Library of Congress. 1936. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2016.
  19. 1 2 Petrillo, pp. 40–41.
  20. 1 2 3 4 Petrillo, pp. 42, 52.
  21. 1 2 Petrillo, p. 43.
  22. 1 2 3 4 "50,000 will see Rickett's Glen Charms". Williamsport Sun. September 4, 1947. səh. 12.
  23. 1 2 3 Petrillo, p. 69.
  24. "Camp Information for SP-9-PA". Pennsylvania CCC Archive. Pennsylvania Department of Conservation and Natural Resources. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
  25. Paige, John C. Appendix C, Table C-1: Directory of CCC Camps Supervised by the NPS (updated to December 31, 1941). // The Civilian Conservation Corps and the National Park Service, 1933–1942: An Administrative History. National Park Service, Department of the Interior. 1985. OCLC 12072830. August 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2016.
  26. "Ricketts Glen Project Sidetracked". Williamsport Gazette and Bulletin. February 28, 1936. May 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
  27. "Army drops poles into Ricketts Glen". The Resource. Pennsylvania Department of Conservation and Natural Resources. January 7, 1997. November 14, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
  28. "Winter fun awaits visitors". The Resource. Pennsylvania Department of Conservation and Natural Resources. January 1998. September 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
  29. "Ricketts Glen practices for rescues on ice". The Resource. Pennsylvania Department of Conservation and Natural Resources. March 7, 1997. September 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
  30. "Ricketts Glen State Park begins project to shore up trail". The Resource. Pennsylvania Department of Conservation and Natural Resources. December 1998. September 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
  31. "Readers' Choice Awards 2009". Backpacker. January 2009. 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
  32. "Readers' Choice Northeast Hikes: Ricketts Glen State Park, PA". Backpacker. January–February 2010. 2010-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2016.
  33. 1 2 3 4 5 6 7 8 9 10 11 Young, p. 70.
  34. 1 2 3 4 5 6 7 Dəniz səviyyəsindən hündürlüklər və koordinatlar ABŞ Geoloji Araşdırmalar Qurumunun Coğrafi Adlar İnformasiya Sistemindən alınmışdır (Şinql Kebin və Kitçen şəlalələrindən başqa)
  35. Bonta, p. 20.
  36. Faris, John T. Seeing Pennsylvania. Philadelphia: J. B. Lippincott Company. 1919. səh. 181. OCLC 1527147. İstifadə tarixi: February 1, 2010.
  37. Young, p. 46.
  38. Mitchell, p. 41.
  39. 1 2 3 4 5 6 7 Young, pp. 66–71.
  40. 1 2 "Adams Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 13 iyun 2016.[ölü keçid]
  41. Şinql Kebin və Kitçen şəlalələrin hündürlükləri Braunun kitabının 51 və 52-ci səhifələrindən götürülüb.
  42. 1 2 3 4 5 Kline, David R. "News From Back Home". Benton News. Benton, Pennsylvania. January 6, 2010. January 30, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2016.
  43. 1 2 3 4 Tomasak, pp. 374–375.
  44. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 Brown, pp. 53–64.
  45. 1 2 3 4 5 6 7 8 Mitchell, pp. 44–47.
  46. "Shingle Cabin Brook". Geographic Names Information System. United States Geological Survey. August 2, 1979. İstifadə tarixi: 13 iyun 2016.[ölü keçid] Note: The waterfall is at the mouth of Shingle Cabin Brook, so the elevation and coordinates of the mouth are used.
  47. "Murray Reynolds Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 13 iyun 2016.[ölü keçid]
  48. Johnson, F.C., redaktor "Death of Col. G. Murray Reynolds". The Historical Record of Wyoming Valley. A Compilation of Matters of Local History from the Columns of the Wilkes-Barre Record. Wilkes-Barre, Pennsylvania: Press of the Wilkes-Barre Record. XIII. 1905: 139–142. İstifadə tarixi: 17 avqust 2016.
  49. "Sheldon Reynolds Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 13 iyun 2016.[ölü keçid]
  50. Johnson, F.C., redaktor "Sheldon Reynolds". The Historical Record: A Quarterly Publication Devoted Principally to the Early History of Wyoming Valley and Contiguous Territory with Notes and Queries Biographical, Antiquarian, Genealogical. Wilkes-Barre, Pennsylvania: Press of the Wilkes-Barre Record. VII. 1897: 31–36. İstifadə tarixi: 17 avqust 2016.
  51. "Harrison Wright Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 13 iyun 2016.[ölü keçid]
  52. Kulp, pp. 1325–1362.
  53. "Papers Read Before the Wyoming Historical and Geological Society". Proceedings and Collections of the Wyoming Historical and Geological Society. Wilkes-Barre, Pennsylvania. 4: 185–188. 1898. İstifadə tarixi: 17 avqust 2016.
  54. Bonta, p. 19.
  55. 1 2 3 Petrillo, pp. 40, 68.
  56. 1 2 Gross, Doug. "Pennsylvania Important Bird Area #48 (Formerly #48 & 49) North Mountain Including Ricketts Glen State Park and Dutch Mountain Wetlands, SGL 57, and SGL 13 (in part): Phase I Conservation Plan" (PDF). Pennsylvania Audubon Society. May 2004. May 5, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 3, 2015.
  57. "Wyandot Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 18 avqust 2016.[ölü keçid]
  58. 1 2 Thornton, pp. 72–75.
  59. "B Reynolds Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 18 avqust 2016.[ölü keçid]
  60. Petrillo, pp. 42–43, 69.
  61. "R B Ricketts Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 18 avqust 2016.[ölü keçid]
  62. Petrillo, p. 49.
  63. "Ozone Falls (Pennsylvania)". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 18 avqust 2016.[ölü keçid]
  64. "Ozone Falls (Tennessee)". Geographic Names Information System. United States Geological Survey. May 19, 1980. İstifadə tarixi: November 27, 2009.[ölü keçid]
  65. "Ozone Falls Class I Scenic-Recreational State Natural Area". Tennessee Department of Environment and Conservation. July 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2015.
  66. "Huron Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 18 avqust 2016.[ölü keçid]
  67. "Shawnee Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 18 avqust 2016.[ölü keçid]
  68. Donehoo, pp. 192–197.
  69. Wallace, pp. 125–128.
  70. "F L Ricketts Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 18 avqust 2016.[ölü keçid]
  71. Tomasak, pp. 326, 374–375.
  72. "Onondaga Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 18 avqust 2016.[ölü keçid]
  73. Donehoo, p. 136–137.
  74. Bachelder, pp. 186–189.
  75. Petrillo, p. 42.
  76. Donehoo, pp. 63–64.
  77. Mitchell, pp. 45–46.
  78. "Erie Falls". Geographic Names Information System. United States Geological Survey. December 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]
  79. Donehoo, pp. 60–61.
  80. "Tuscarora Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]
  81. Donehoo, pp. 71, 72, 237–240.
  82. 1 2 Donehoo, p. 136.
  83. "Conestoga Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]
  84. Donehoo, p. 34–38.
  85. Brown, p. 60.
  86. "Mohican Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]
  87. Wallace, pp. 18, 103.
  88. 1 2 3 Brown, p. 61.
  89. "Delaware Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]
  90. Donehoo, pp. 53–55.
  91. Wallace, pp. 139–152.
  92. "Seneca Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]
  93. 1 2 3 4 Wallace, pp. 90, 93.
  94. Donehoo, pp. 177–183.
  95. "Ganoga Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]
  96. Brown, p. 62.
  97. "Cayuga Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]
  98. 1 2 Brown, p. 63.
  99. "Oneida Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]
  100. "Mohawk Falls". Geographic Names Information System. United States Geological Survey. September 1, 1989. İstifadə tarixi: 4 avqust 2017.[ölü keçid]

Ədəbiyyat redaktə

Xarici keçidlər redaktə


Saytda 126 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024