Rita Sarkisyan Haqqinda Melumat - Vikipedia

Rita Sarkisyan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rita Sarkisyan

Ermənistanın birinci xanımı

Rita Aleksandri Sarkisyan (erm. Ռիտա Ալեքսանդրի Սարգսյան, née Dadayan (Դադայան); 6 mart 1962, Stepanakert20 noyabr 2020, Almaniya Federativ Respublikası[1][2]) — 2008–2018-ci illərdə Ermənistan prezidenti olmuş Serj Sarkisyanın həyat yoldaşı. O, hərbçi ailəsində anadan olub, ixtisasca musiqi müəllimi olub.[3][4]

Rita Sarkisyan
erm. Ռիտա Ալեքսանդրի Սարգսյան
Şəxsi məlumatlar
Doğum adı Ռիտա Դադայան
Doğum tarixi 6 mart 1962(1962-03-06)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 2020(2020-11-20) (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Fəaliyyəti siyasətçi, musiqi pedaqoqu[d]
Həyat yoldaşı
president.am/en/rita-sar…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

1962-ci il martın 6-da Xankəndi şəhərində anadan olub. Stepanakertdəki Aleksandr Qriboyedov adına 3 saylı orta məktəbi bitirib, musiqi təhsili alıb. Bir müddət uşaq bağçasında musiqi müəllimi işləyib. Stepanakertdən İrəvana köçəndən sonra işləməyib. 1983-cü ildə Serjlə evlənib. Onların Anuş və Satenik adlı iki qızı və Məryəm, Rita, Ara və Serj adlı dörd nəvəsi var.[5][6][7]

2020-ci il noyabrın 16-da Rita Sarkisyan son dərəcə ağır vəziyyətdə "Nairi" tibb mərkəzinə yerləşdirilib. Ona COVID-19 diaqnozu qoyulub. 20 noyabr 2020-ci ildə 58 yaşında vəfat edib.[2] Baş nazir Nikol Paşinyan başsağlığı verib və qeyd edib ki, o, "ölkədə mədəni həyatın inkişafına yönəlmiş dəyərli sosial və ictimai fəaliyyətlərə rəhbərlik edib".[8] Prezident Armen Sarkisyan başsağlığı vermək üçün Serjə şəxsən baş çəkib.[9]

Fəaliyyəti redaktə

Rita Sarkisyan qan xərçəngi və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım edən "Donate Life" xeyriyyə fonduna, həmçinin "Autizm" və "Araqil" milli fondlarına sponsorluq edib. 2010-cu ildən Fondun Qəyyumlar Şurasının sədri olub. Onun himayəsi ilə keçirilən beynəlxalq müsabiqələrə Aram Xaçaturyan adına Beynəlxalq Klassik Musiqi Müsabiqəsi və Ermənistan Milli Filarmoniya Orkestrinin ev sahibliyi etdiyi Yerevan Beynəlxalq Musiqi Festivalı kimi böyük tədbirlər daxildir.

İstinadlar redaktə

  1. 1 2 https://www.aravot.am/2020/11/20/1153413/.
  2. 1 2 "Մահացել է Ռիտա Սարգսյանը". Armenia Today (erməni). 20 November 2020. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20.
  3. "Official website of the President of Armenia. Rita Sargsyan. First Lady of Armenia". 4 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 April 2013.
  4. "Documentary "Married to the president", "Rossia 24" (in Armenian)". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-31.
  5. ""Հասարակությանը ներկայացնելու այնքան քիչ բան ունեն, որ Հռոմի Պապի տված պատարագն են սեփականացնում"". ԳԱԼԱ (erməni). 2018-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.
  6. "Հարցը Զարուհուն հուշել էր Սերժ Սարգսյանը". www.a1plus.am. 2021-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.
  7. Intell-Sol.com. "Միշիկական քարոզչամեքենան "բուքսավատ" է անում". www.7or.am. 2020-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.
  8. "Prime Minister Nikol Pashinyan's Condolence Message on Passing of Rita Sargsyan". www.primeminister.am (ingilis). 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  9. "Armen Sarkissian expresses condolences to and visits Armenia 3rd President Serzh Sargsyan". news.am (ingilis). 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-23.

Saytda 173 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024