Rixard Vaqner Haqqinda Melumat - Vikipedia

Rixard Vaqner Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner‎; 22 may 1813[1][2][…], Leypsiq, Saksoniya, Reyn Konfederasiyası[d][4]13 fevral 1883[1][2][…], Venesiya, İtaliya krallığı[4]) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti.

Rixard Vaqner
alm. Richard Wagner
Ümumi məlumatlar
Doğum adı Wilhelm Richard Wagner
Ləqəbləri K. Freigedank[3], H. Valentino[3]
Doğum tarixi 22 may 1813(1813-05-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 fevral 1883(1883-02-13)[1][2][…] (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, librettoçu, dirijor, esseist, teatr rejissoru, avtobioqraf[d], şair, pianoçu, musiqi tənqidçisi[d], gündəlik yazıçısı[d], yazıçı
Fəaliyyət illəri 1832-ci ildən
Janrlar opera, xor simfoniyası[d], klassik musiqi
Musiqi aləti piano
Təhsili
Üzvlüyü
  • İsveç Kral Musiqi Akademiyası[d]
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib.

Bioqrafiyası redaktə

Uşaqlıq illəri redaktə

Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib.[5] İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedib[6] ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.

Ailə 1815-ci ildə Drezdenə köçür. Balaca Rixardı atalığı öz soyadı ilə məktəbə yazdırır və Vaqner məhz burda ilk dərslərini almağa başlayır. Atalığı Lüdviq Heyer Leypsiqdə vəfat edir və yalnız bu hadisədən bir neçə il sonra, 1827-ci ildə "köhnə vətəndə" Rixard yenidən Vaqner soyadını qəbul edir. Münasibətləri uzunmüddətli olmasa da Vaqnerin atalığının, onun şəxsiyyətinin formalaşmasında böyük təsiri olur.

Vaqner, Drezdendə Müqəddəs Xaç məktəbinə gedir və burada yunan mifologiyası, şeir dolu dastan və nağıllarla, tarix fənni ilə dərindən maraqlanır. Bu Vaqnerin gələcək fəlsəfi-estetik görüşləri üçün geniş şərait yaradır. Uşaqlıq çağlarından teatrla ciddi maraqlanır. Teatrla bərabər musiqi də Vaqneri cəlb edir. On iki yaşındaykən ailəsinin dəvət elədiyi Human adlı musiqi müəllimi Rixarda "ilk həqiqi, amma cansıxıcı fortepiano dərsləri" verməyə başlayır. Bütün bu dərslərin hədəfi o dövrdə Vaqneri hər şeydən daha çox məftun edən Karl Mariya Veberin uvertüraları idi. Böyük qüsurlarla da olsa "Freyşüts" uvertürasını ifa etməyi öyrənir və əsas məqsədinə çatdığını düşünərək bundan sonra dərs almaq istəyindən müəyyən qədər imtina edir.

Müqəddəs Xaç məktəbini bitirdikdən sonra, 1828-ci ildə, Vaqner Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və bu tədris müəssisəninin müəllim heyəti ilə yola getmir. Məktəb məşğələləri onu bir o qədər maraqlandırmırsa da, dram yazmaq fikri ona büsbütün hakim kəsilir və on beş yaşında Vaqner bütünlüklə Şekspirin, xüsusən də "Hamlet", "Maqbet" və "Kral Lir" faciələrinin, bunlarla yanaşı Hötenin "Hets fon Berlihingen" əsərinin təsiri ilə "Leybald və Adelaida" adlı böyük faciəsini yazır. Bu, bəstəkarın ilk dramaturji təcrübəsi idi ki, sonralar operaları üçün bütün librettoları həmişə o özü yazacaqdı.

Bəstəkarlığın, kompozisiyanın qayda-qanunları barədə aydın təsəvvürü olmasa da, 1829-cu ildə Vaqner "D-moll" (re-minor) adlı ilk sonatasını yazır. Vaqnerin dahi bəstəkar kimi inkişafı demək olar, ümumilikdə məhz bu vaxtdan başlayır. Özünü bütünlüklə musiqiyə həsr etmək Vaqner üçün qarşısıalınmaz istəyə çevrilir. Gələcək bəstəkar üçün musiqi ilə məşğul olmaq hansısa musiqi alətində ifa etmək yox, yalnız "bəstəlçilik" mənasına gəlir, darıxdırıcı harmoniya dərsləri isə bəhrəsini vermir. Buna görə o, sevimli bəstəkarlarının partituralarını köçürərək özünütəhsillə məşğul olmağa başlayır. Vaqnerin kəşf etdiyi bu qeyri-adi özünütəhsil üsulu müsbət bəhrəsini verməyə başlayır və o bəstəkarlıq sənətinin qanunlarına yiyələnir. Bundan başqa, Vaqnerə Bethovenin yaradıcılığı ilə tanışlıq da kömək edir və gənc bəstəkarın musiqi zövqünün formalaşmasına güclü təsir göstərir. Bir müddət sonra ailədə qalmaqal düşür və məlum olur ki, Vaqner artıq yarım ildir "Nicolai Schule"dakı dərslərə getmir. Müəllimləri onun haqqında heç yaxşı şeylər düşünmür və 1830-cu ildə o məktəbi buraxaraq universitetə qəbul olmaq ümidini də itirir. 1930-cu ilin iyulunda Fransada inqilab sədaları gəlməkdəydi. Bütün Avropanı bürüyən inqilab dalğası Saksoniyaya da toxunur və bu hadisələr Vaqneri "Fridrix və azadlıq" adlı siyasi uvertürasını yazmağa həvəsləndirir. Lakin universitetə daxil olmaq arzusu Vaqneri tərk etmir. Pasxa tətillərindən əvvəl o, birbaşa rektora mütaciət edərək musiqi bölməsinin tələbəsi kimi qəbul olunmağı xahiş edir.

 
Vaqnerin dünyaya gəldiyi ev. Brül, Leypsiq

Gənclik illəri (karyerası). 1830–1842 redaktə

Rixard Vaqner Pasxa tətillərindən əvvəl, birbaşa Leypsiq universitetinin rektoruna mütaciət edərək musiqi bölməsinin tələbəsi kimi qəbul olunmağı xahiş edir, razılıq alır və 1830-cu ildə Leypsiq universitetinə daxil olur. Burada o, fortepiano dərslərini orqan ifaçısı Hotlib Müllerdən, musiqi nəzəriyyəsini isə Müqəddəs Foma məktəbinin kantoru Teodor Veylinqdən öyrənməyə başlayır. Bir vaxtlar həmin məktəbin kantoru vəzifəsini böyük İohann Sebastyan Bax tuturdu.

Vaqner universitetdə bəstəkarlıq fəaliyyətini genişləndirir. Nəticədə "C-dur" (do major) uvertürası, dörd əllə ifa üçün "B-dur" (si bemol major) sonatası və ən vacibi – 1830-cu ilin Milad bayramında publika qarşısında ifa zamanı uğursuzluqla qarşılansa da Vaqnerin həyatında "bir epoxa olan" "B-dur" uvertürası yaranır.

1831-ci il Vaqner üçün "simfonik musiqi" ili olur. O, bir sıra uvertüralar yazır və onların çoxu konsertlərdə ifa olunur. Həmçinin Motsart və Bethovendən mənimsədiyi irihəcmli birinci simfoniyası "C-dur"u da bəstələyir. Bu əsər 1833-cü il yanvarın 10-da Leypsiqin məşhur konsert zalı Hevandhausda dinləyicilərin qarşısında müvəffəqiyyətlə ifa olunur.

1832-ci ildə Vaqnerdə ilk dəfə opera yazmaq istəyi yaranır. İlk təcrübə uğursuz alınır – "Toy" etüdünü yazan Vaqner əsərini bacısı Rozaliyaya göstərir. Vaqner, bacısı Rozaliyanın razılığını almadığı bütün əlyazmaları anındaca yox edə bilirdi.[7] Növbəti opera süjetini Karlo Qozzinin (1720–1806) "İlan qadın" pyesindən götürür. Vaqner librettonu yazandan sonra operasına "Pərilər" adını verir. Növbəti il ərzində Vaqner operanın musiqisi üzərində səylə işləyir və 1834-cü ildə onu tamamlayır. Vaqnerin bu operanı Leypsiqdə səhnələşdirmək cəhdləri uğursuzluqla nəticələnir, opera ilk dəfə 1888-ci ildə Münhendə bəstəkarın ölümündən sonra səhnəyə qoyulur. "Pərilər"in musiqisi üzərində işləməklə yanaşı Vaqner, yeni opera mətni barədə planlar qurur. Şekspirin "Qisasa qisas" əsərinin süjeti əsas götürülür. Vaqner gələcək operasını "Sevgi qadağası və ya Palermodan olan itaətkar" adlandırır.

Bəstəkarlıq fəaliyyətini davam edə-edə Vaqner 1834-cü ildə Maqdeburq opera teatrında kapelmeyster vəzifəsinə təyin olunur. Bundan sonra o, operalarının səhnəyə qoyulmasına özü nəzarət edə bilir. "Sevgi qadağası"nın premyerası 1836-cı ildə baş tutur, ancaq demək olar uğursuzluğa düçar olur. Vaqnerin yeni uvertürası "Britaniya, hökmranlıq et!" (Rule, Britania!) da müvəffəqiyyət qazanmır. Həmin il Maqdeburq teatrının opera truppası dağılır və Vaqner Köniqsberqə köçür. O, Köniqsberq opera teatrında yenidən dirijorluğa başlayır.

1836-cı il bəstəkarın həyatında daha bir önəmli hadisə ilə yadda qalır. Vaqner 24 noyabrda, 1832-ci ildə tanış olduqları və aralarında səmimi dostluqları olduğu, aktrisa Minna Planerlə evlənir. Lakin nikah uğursuz alınır. Maddi çətinliklər və həyata baxışların müxtəlifliyi ayrılığa səbəb olur. 31 may 1837-ci ildə bütün qış və yaz boyu davam edən mübahisələr və incikliklərdən sonra Minna planları barədə əvvəlcədən heç bir məlumat verməyib ərinin evini tərk edir.

Şəxsi həyatında faciə yaşadıqdan və Köniqsberq teatrı, antreprenerin iflası nəticəsində bağlandıqdan sonra, Vaqner həmin ilin avqustunda yeni yaradıcılıq planları ilə kapelmeyster təyin olunduğu Riqaya yola düşür. Həmin ərəfədə Ed-vard Corc Bulver-Littonun yenicə oxuduğu "Kola di Riensi" romanı Vaqnerə bu süjet əsasında qurulmuş böyük operanın planını hazırlamağa sövq edir. 1838-ci il yayın ortalarında opera üzərində işlməyə başlayır.

Riqada Vaqnerin həyat yoldaşı ilə münasibətləri bərpa olur. Minna elə də çox vaxt keçmədən ərinə məktub yazaraq etiraf edir ki, "onu xəyanətə yalnız ümidsizlik məcbur eləmişdi" və o, həqiqətən peşmandır. Vaqner arvadını heç vaxt və heçnədə günahlandırmayacağına səmimi qəlbdən söz verir və bu vədinə tam əməl edir. Oktyabrın 19-da onlar yenidən ər-arvad kimi yaşamağa başlayırlar. Lakin Riqada da həyat asan olmur. Paris Vaqneri özünə yenidən cəlb edir. Vaqner 1839-cu ilin qarşıdakı yayında, Riqadan birbaşa Parisə yola düşəcəyini və orda da yalnız opera bəstəçiliyi sahəsində bəxtini sınayacağının vacib olduğunu düşünür. Ailə Parisə yolüstü Londonu da ziyarət etməklə dəniz yolu ilə gedir. Məhz Riqadan Londona bu səfər zamanı Vaqner "Uçan hollandiyalı" operası üçün süjet üzərində düşünür. Bu fikir onun ağlına səyahət etdikləri gəmi, dəhşətli fırtınada batmaq təhlükəsi ilə üzləşəndə gəlir. Vaqner dənizçilərdən lənətli gəmi və onun müəmmalı kapitanı barədə əfsanəni eşidir, bu süjet onun təxəyyülünə ilham verir. Lakin Parisə gələndə o, yeni fikirlərlə yanaşı "Riensi"nin üzərində də işləyirdi. Son variantda opera "Kola di Riensi, sonuncu tribun" adını alır. Bununla yanaşı 1840-cı ildə Vaqner böyük "Uvertüra-Faust"u bitirir. Həmçinin, 1841-ci ildə "Uçan hollandiyalı" da tezliklə tamamlanır.

Parisdə Cakomo Meyerberlə çoxdan arzulanan tanışlıq mümkün olursa da bu tanışlıq Vaqnerin gözlədiyi yaradıcı bəhrəsini vermir. Bəstəkarların yaradıcı idealları və musiqi sənətinin gələcək inkişafıyla bağlı baxışları qətiyyən bir-birinə bənzəmir, üst-üstə düşmürdü. Hektor Berliozla görüş isə bu mənada daha məhsuldar idi. Onun "Fantastik dördlük" əsəri Vaqnerin heyrətinə və vəcdinə səbəb olmuşdu, xüsusən də əsərdəki janrdaxili şəkillərə görə. Bütövlükdə isə Paris Vaqnerin sevinc dolu ümidlərini doğrultmadı. Hətta, 1840-cı ilin aprelində Ferens Listlə baş tutan tanışlıq belə məyusluq gətirdi. List Vaqnerə əsl sənətlə yox, yalnız "vulqar kütlə" qarşısında uğur qazanmaqla maraqlanan soyuq insan təsiri bağışlamışdı. Vaqner daha Listlə görüşmək istəmirdi və özünün Listdə simpatiya və maraq oyatdığından xəbərsiz idi. List isə gənc bəstəkarın ona münasibətini öyrəndikdən sonra həqiqətən sarsılmışdı. Parisdə yaşamaq üçün müxtəlif yollarla vəsait axtarmağa məcbur olduğundan həmdə Vaqner üçün ağır dövr başlamışdı. Heç nədən çəkinmədən dəbli operaları təzədən yığmaq və aranjman etməyə, romans yazmağa məcbur olur, eyni zamanda Parisin müxtəlif qəzet və jurnalları ilə musiqi rəyçisi və tənqidçi kimi əməkdaşlıq edirdi.

 
Vaqner. 1840-cı il

Drezden. 1842–1849 redaktə

12 aprel 1842-ci ildə Vaqner həyat yoldaşı ilə Drezdenə gəldi. Oktyabrın 20-də "Riensi"nin premyerası baş tutdu. Uğur o qədər böyük idi ki, Vaqner "Uçan hollandiyalı"nı da Drezdendə səhnəyə qoymaq qərarına gəldi. Çünki Berlindəki işlər naməlum səbəblərdən uzanırdı. Bundan başqa o, Drezden kral opera teatrında kapelmeyster vəzifəsinə təyin olunmuşdu.

2 yanvar 1843-cü ildə "Uçan hollandiyalı"nın Drezden teatrında ilk tamaşası oldu. Lakin Vaqnerin bütün gələcək yaradıcılığında dönüş yaradan təkcə bu deyildi. "Uçan hollandiyalı" o dövrün opera sənəti üçün prinsipial yeni hadisə idi. Vaqnerin sözlərinə görə, hətta öz yaradıcılığı da daxil olmaqla, "heç bir sənətkarın həyatında belə qısa vaxt ərzində mümkün olan, hətta yeganə olan transformasiya nümunəsi yox idi". Əgər əvvəlki operaların librettolarını hazır bədii əsərlər əsasında yazmışdısa, bu opera ilə Vaqner ilk dəfə orijinal dramaturq kimi çıxış etmişdi. Daha bir vacib məqam isə budur ki, Vaqner növbəti operalarındakı qədər olmasa da, məhz "Uçan hollandiyalı"da iştirakçıların xarakterlərini açan leytmotivlər sistemini tətbiq etdi və əsərlərində tamamilə mifoloji süjetlərə üstünlük verməyə başladı. Operanın musiqisi həmin dövr üçün yeni və qeyri-adi harmoniyalarla, xromatizm və modulyasiyalarla zəngin idi. Bu isə tənqidçilərə müxtəlif rəylər üçün qida vermişdi. 1843-cü ilin yazına yaxın Vaqner "Tanhauzer"in librettosunu bitirir və gələcək musiqili dramın musiqisi üzərində işə başlayır. Hərçənd, dirijorluq vaxtının böyük hissəsini alırdıvə iş kifayət qədər sürətlə irəliləmirdi. Bundan başqa, Vaqner ciddi şəkildə almanmifologiyasını öyrənməklə məşğul oldu və şəxsi kitabxanasını müvafiq nəşrlərləzənginləşdirməklə kifayətlənməyərək Drezden kral kitabxanasını da ziyarətetməyə başladı. Bu sahədə əldə etdiyi biliklər nəticədə Vaqnerə öz əsərlərindənəinki dramaturq kimi, həmçinin peşəkar filoloq kimi çıxış etməyə də kömək oldu.

 
16 may 1849-cu ildə Vaqnerin həbsi üçün verilmiş order

1844-cü ildə Vaqner Drezdendə yenidən Listlə görüşdü. Həmin günlərdə Drezden teatrının repertuarında "Riensi" olmadığından, List teatr rəhbərliyindən operanın növbədənkənar tamaşasını israrla xahiş etdi. Nəticədə, List Vaqnerin həyatında çox böyük rol oynadı. 1840-cı ilin aprelindəki soyuq qəbulu xatırlayan Vaqner uzunmüddətli ünsiyyətə ümid etmirdi. Onu qüdrətli maestronun təvazökar istedadı barədə fikirləri maraqlandırırdı. List isə öz növbəsində gənc bəstəkardakı dühanı sezir və hər üsulla özünəməxsus nəcibliklə Vaqnerin onunla bağlı ilk təəssüratlarını dağıtmağa çalışırdı. Listin göstərdiyi diqqət və münasibətilə həvəslənmiş Vaqner 1846-cı ildə ona "Riensi"nin və "Tanhauzer"in partiturasını göndərərək onların quruluşunda iştirak etməsini xahiş etmişdi. Lakin onların dostluq bağı 1848-ci ildə Drezdendəki görüşdən sonra yaranır. Həmin ilin avqust ayının sonunda Vaqner Listin yanına Veymara gəlir ki, "Tanhauzer"in Veymar saray teatrı səhnəsində qoyulması barədə danışıqlarda şəxsən iştirak etsin. Tamaşanın premyerası hersoqinyanın doğum gününə təsadüf etməli idi. List də öz növbəsində bu planın həyata keçirilməsi üçün elə fədakarcasına səy göstərir ki, quruluş zamanı qarşıya çıxan çoxsaylı çətinliklər tezliklə həll edilir və premyera möhtəşəm keçir. Vaqner istedadının belə açıq-aydın qəbul olunmasına görə dərin minnətdarlıq hissi keçirir.

1849-cu ildə Vaqner Drezden üsyanında iştirakına görə az qala ölüm hökmünə məhkum olunan siyasi cinayətkar elan edilir. Mayın 13-də o, kömək üçün Listin yanına gəlir. Siyasətdən daim uzaq olan List böyük çətinliklə də olsa Vaqner üçün doktor Videmanın adına vəsiqə tapıb onu təqib edən polisin əlindən gizləməyi bacarır.

İsveçrə. 1849–1858 redaktə

Vaqner cinayətkar elan olunması səbəbindən Listin köməyi ilə Sürixə köçür və Listin göndərdiyi pullarla həyat yoldaşı ilə birlikdə ev tutur. Həmin vaxtlar Vaqner maddi baxımdan ağır dövr yaşayırdı. 20 aprel 1850-ci ildə demək olar ki, ümidsizliyə qapılmış Vaqner Veymarda "Loenqrin"in səhnələşdirilməsində iştirak etmək üçün Listə müraciət edir. List həmin an işə qoyulur. Artıq avqustun 28-i Yohann Volfqanq Götenin doğum günündə "Loenqrin" Listin idarəçiliyi altında səslənir. Nəticədə, List bu operaya həsr olunmuş kitabça da yazır. O vaxt hələ də Sürixdə olan Vaqner "Ziqfridin ölümü" adlı yeni opera üzərində düşünür.

Vaqnerin növbəti illəri Ziqfridə həsr olunmuş silsilə dramın hazırlanmasına sərf olunur. Məhz elə həmin dövrdə Vaqner özünün məşhur olan möhtəşəm "Nibelunqun üzüyü" tetralogiyasının planını düşünür və bu haqda ancaq Listlə bölüşür. List həvəslə Vaqnerin yeni işini dəstəkləyir. Vaqner Listin dəstəyinə və anlayışına təşəkkür edərək yazır: "Mənə yaxın olan hər kəsə sənin məktubunu göstərmişəm və hamıya demişəm: bir görün, mənim necə dostum var!". Listin Vaqnerə qarşı olan qayğısı onun bu əsərləri bitirməsində böyük rol oynayır.

List nəinki yorulmadan Vaqnerin əsərlərini təbliğ edirdi, həm də sürgündəki dostunu böyük məbləğlərlə maddi cəhətdən təmin edirdi. 1853-cü ilin fevralın-da List möhtəşəm bir layihə həyata keçirir. "Vaqner həftəsi" ərzində "Uçan hollandiyalı", "Tanhauzer" və "Loenqrin" nümayiş olunur. Həmin il iyulun 2-də List Sürixə gəlir. Bu görüş iki bəstəkarın dostluğunda ən sevindirici hadisə olur. List knyaginya Karolina Vittgenşteynə yazırdı: "O, məni sidq-ürəklə sevir və dayanmadan təkrarlayır: "Görürsən, mən sənə necə borcluyam!". Listin Sürixdəki səkkiz günlük səyahəti yaradıcı bəhrəsini verir. Vaqner yeni güc və enerji ilə Listlə təfərrüatlı şəkildə müzakirə etdiyi "Reyn qızılı" kompozisiyası üzərində işə başlayır. Çoxsaylı çətinliklərə baxmayaraq Almaniyada Vaqner yaradıcılığının təbliğatını aparan və dostunu bacardığı kimi dəstəkləyən Listin alicənablığı və fədakarlığı sayəsində Vaqner 1853-cü ilin sonunda düşdüyü mənəvi böhranı ötüşdürə bilir. Ümumiyyətlə, 1854-cü il Vaqnerin dünya görüşündə sınma nöqtəsi kimi əlamətdardır. İlk öncə bu, Vaqnerin Artur Şopenhauerin fəlsəfəsi, həmçinin Dante Aligyerinin "İlahi Komediya"sıyla tanışlığı ilə əlaqəli idi. List də həmin vaxt "Dante simfoniyası" üzərində işləyirdi. Nəticədə, bu simfoniya Vaqner üçün Listin ən çox sevdiyi əsəri oldu.

Əsərləri redaktə

1830-cu illərdə "Pərilər" (1833–34, tamaşası 1888), "Sevgi qadağandır" (1836), "Riyensi" (1838–40, tamaşası 1842) operalarını yazmışdır. "Faust" üvertürası (1840) və "Uçan hollandiyalı" (1841, tamaşası 1843) operası Vaqnerin ilk yetkin əsərləridir. 1843–49 illərdə Vaqner Drezdendəki saray teatrında dirijor işləmiş, orta əsr əfsanələri əsasında "Tanheyzer" (1843–45, tamaşası 1845) və "Loenqrin" (1845–48, tamaşası 1850) operalarını yazmışdır. 1848 ildən Vaqner "Reyn qızılı" (1854), "Valkiriya" (1856), "Ziqfrid" (1871), "Tanrıların qürubu" (1874) operalarından ibarət "Nibelunq üzüyü" tetralogiyası üzərində işləmişdir.

Rixard Vagnerin əsərləri, ələlxüsus son dövr əsərləri özlərinin kontrapunkt teksturaları, zəngin xromatizmi, harmoniya və orkestr və leytmotivlərdən nəfisliklə istifadə etməsi ilə fərqlənir. Rixard Vagner musiqidə bir çox nailiyyətlərin, son dərəcə xromatik və sürətlə dəyişən tonal mərkəzlərdən istifadəsi ilə Avropa klassik musiqinin inkişafına böyük təsir göstərmişdir.

O, musiqi təfəkkürünü özünün Gesamtkunstüerk ("mütləq sənət işi") ideyası ilə zənginləşdirmişdir. Bu ideyanın qayəsini bütün növ poetik, vizual, musiqili və dramatik sənətlərin sintezi təşkil edirdi. Bu ideya onun Der Ring des Nibelungen (1876) adlı monumental dörd operadan ibarət silsiləsində öz əksini tapır. Vagner hətta əsərlərini özü təsəvvür etdiyi kimi səhnələşdirmək məqsədilə özünün opera evini da açmışdır.

Filmoqrafiya redaktə

  1. Əndəlüs köpəyi (film, 1929) / Un chien Andalou

İstinadlar redaktə

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Richard Wagner // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  5. On the Brühl as a centre of the Jewish quarter, see e.g. the Leipzig page of the Museum of the Jewish People website Arxivləşdirilib 2018-05-05 at the Wayback Machine
  6. Newman (1976) I, 6
  7. "Kayzen.az — Böyük musiqiçilər: Rixard Vaqner". 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-04.

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024