Rizvan Hümbətov Haqqinda Melumat - Vikipedia

Rizvan Hümbətov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rizvan Hümbətov

Hümbətov Rizvan Humay oğlu (1 yanvar 1954, Güləbird, Laçın rayonu31 oktyabr 1992, Laçın rayonu) — “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü

Rizvan Hümbətov
Hümbətov Rizvan Humay oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Güləbird, Laçın rayonu, Azərbaycan SSR
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Laçın rayonu, Azərbaycan SSR
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətlərə görə" medalı

Həyatı redaktə

1 yanvar 1954-cü ildə Laçın rayonunun Güləbird kəndində doğulmuşdur[1]. 1971-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra Bərdə rayonunda sürücülük peşəsinə yiyələnmişdir. Hərbi xidmətini 1975-ci ildə başa vuraraq Laçın rayon avtobazasında sürücü kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə Laçın rayonunun könüllü özünümüdafiə dəstəsinə qoşulmuşdur. Rota komandiri Rizvan Hümbətov Malxələf, Susuzdağ, Qızartı, Koridor və digər döyüşlərdə xüsusi fərqlənmişdir. 8 oktyabr 1992-ci ildə Güləbirdə soxulmuş qulduların qovulmasında və 822 saylı düşmən tankının ələ keçirilməsində onun əvəzsiz rolu olmuşdur.

1992-ci il oktyabrın 31-də Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı yadigar qalmışdır.

Təltifi redaktə

Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqlənmiş çavuş Hümbətov Rizvan Humay oğlu (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

1997-ci ildə Güləbird kənd tam orta məktəbinə Rizvan Hümbətovun adı verilmişdir.

İstinadlar redaktə

  1. "Laçın yurdu" jurnalı, №2(9), Bakı, "Bəxtiyar-4" nəşriyyatı 2013, ("Şəhidlərimiz, and yerimiz" adlı xüsusi buraxılış))

Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024