Robert Levandovski Haqqinda Melumat - Vikipedia

Robert Levandovski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Robert Levandovski

Polşalı futbolçu

Robert Levandovski (pol. Robert Lewandowski; 21 avqust 1988[2][3][…], Varşava[4]) — Polşa futbolçusu. Polşa milli futbol komandasınınİspaniyanın "Barselona" klubunun heyətində, hücumçu mövqeyində çıxış edir.

Robert Levandovski
pol. Robert Lewandowski
Robert Lewandowski 2018, JAP-POL (cropped)
Ümumi məlumatlar
Doğum tarixi (35 yaş)
Doğum yeri Varşava, Polşa
Vətəndaşlığı Polşa Polşa
Boyu 1.84 m[1]
Çəkisi 78 kq
Mövqeyi Hücumçu
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub İspaniya "Barselona"
Nömrəsi 9
Karyerası
Gənclik karyerası
1997–2005 Polşa MKS Varsovia Varşava
2005–2006 Polşa Legiya Varşava II
İmzası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Robert Levandovski 21 avqust 1988-ci ildə Polşanın paytaxtı Varşavada anadan olmuşdur.

Karyerası redaktə

Lex Poznan redaktə

2008-ci ilin iyununda Lex Poznan levandovskini zniçdən 1.5 milyona transfer etdi. Həmin ayın əvvəlində, Levandovskinin meneceri Cezari Kuçarski onu həmin dövrün böyük klublarından hesab olunan və İspaniya La liqasında oynayan Sporting Gixona təklif etdi . Ancaq Sporting onu rədd etdi.

O, Lex Poznan komandasında debüt çıxışını 2008-ci ilin iyulunda ilk dəfə UEFA Kubokunun seçmə mərhələsində Azərbaycandan olan "Xəzər Lənkəran" a qarşı keçirdi. Həmin matçda yeganə qolu Levandovski vurdu. Polşa Ekstraklasa liqasında Belşatova qarşı matçda liqanın ilk oyunundakı debütü zamanı oyunun bitməsinə dörd dəqiqə qalmış qol vuraraq komandasına qalibiyyət qazandırdı. Polşa top divizionundakı ilk mövsümdə qol cədvəlində ikinci oldu. Mövsümü 42 matçda 18 qol ilə başa vurdu. Növbəti mövsümdə komandasında 18 qolla ən çox qol vuran oyunçu oldu və komandasına 2009–10 çempionluğunu qazanılmasında böyük rol oynadı.

Borussia Dortmund redaktə

Həmin il mətbuatda Levandovskinin nəhəng klublardan birinə keçəcəyi barədə spekulativ xəbərlər yayılmağa başladı. Elə bu vaxtı Alman klubu Borussia Dortmund onunla 4,5 milyon avro dəyərində müqavilə əsasında 4 il müddətinə müqavilə bağladığını açıqladı. Sentyabrın 19-da Bundesliqada ilk qolunu Şalke 04-ə qarşı vurdu. Oyun 3–1 Borussia Dortmundun qələbəsi ilə başa çatdı. Bir müddət klubda əvəzləyici oyunçu kimi çıxış etdi. Daha sonra klubda Lucas barriosun zədələnməsi onun üçün fürsət oldu və komandadın start heyətində çıxış etməyə başladı. Bundan sonra o, inamları doğruldaraq həm liqada həm də xarici çempionatda uğurlu çıxışı ilə kluba yeni nəfəs bəxş etdi. İlk het-trikini liqada, FC Augsburg ilə oyunda etdi və matç 4–0 başa çatdı. Daha sonra ard-arda gələn qalibiyyətlərdə böyük rolu oldu. Həmin il güclü oynuna görə Polşada ilin ən yaxşı oyunçusu seçildi. 24 aprel 2013-cü ildə Çempionlar liqasında Real Madrid ilə keçirilən yarımfinal oyununda 4 qol vuraraq bir ilkə imza attı. Həmin oyunu 4–1 qazanan Borussia Dortmund ikinci görüşdə də inamlı oyun oynayaraq növbəti mərhələyə vəsiqə qazandı. Finalda Bavariya ilə qarşılaşan klub , sonda 2–1 hesabı ilə məğlub oldu və ikinci yerə layiq görüldü.

Bavariya redaktə

9 iyul 2014-cü ildə Dortmundun əzəli rəqibi olan Bavariya ilə müqavilə imzaladı və bu azerkeşlər tərəfindən xoş qarşılanmadı. Azerkeşlər onu derbi oyunlarında fitə basmağa başladılar.21 iyulda Bavariya klubunda öz debütünü etdi. Daha sonra komandası ilə ard-arda liqa çempionluqları qazanmağa başladı. İlk mövsümü 49 matç və 25 qol ilə pillədə başa vuran levandovski klubda əsas hücumçü kimi tanınmağa başladı. 2015-ci ildə Volsburq ilə oyunda 1–0 geriyə düşən komanda Levandovskinin 9 dəqiqə ərzində vurduğu 5 qolu ilə qalib gəldi. Həmin matçda Levandovski Bundesliqa tarixində ən sürətli het trik edən oyunçu adını aldı və klubda rekordlar qırmağa başladı. 2016-cı oldı Bundesliqa tarixində 30 qol vuraraq ilk əcnəbi oyunçu oldu və həmin mövsümü 51 matçda 42 qol ilə başa vurdu. 13 dekabrda Levandowski, Bayern ilə 2021-ci ilə qədər yeni müqavilə imzaladı. 22 fevral 2018-ci ildə, Levandowski uzun müddət işləyən menecer Cezari Kuçarskini ilə yollarını ayırdı. Lewandowski məşhur menecer Pini Zahavi ilə müqavilə bağladı.24 fevral 2018-də, Levandovski 250-ci Bundesliqa oyununu Herta BSC-yə qarşı keçirdi.

Milli karyerası redaktə

Levandovski milli komandadakı karyerasına 2008-ci ildə U-21 ilə başladı. Və millinin yolaşlıq oyunlarında inamlı təsir bağışlayaraq əsas komandaya vəsiqə qazandı. Əsas komandadakı debütü 20 sentyabr doğum günündən üç həftə sonra, 10 sentyabr 2008-ci ildə San Marinoya qarşı baş tutdu.v2010 FIFA Dünya Kuboku seçmə oyunlarında milidə ilk qolunu vurdu.

UEFA Avro 2012 turnirinin Yunanıstana qarşı açılış matçında Levandovski qol vuraraq komandasına qələbə qazandırdı və həmin görüşən oyunun ən yaxşısı seçildi. Kapitan kimi ilk matçını da San-marinoya qarşı oynayan Levandovski hımin görüşdə də qol vurmağı bacardı, lakin həmin il milli komanda 2014 Dünya Kuboku turnirinə vəsiqə qazana bilmədi. 7 sentyabr 2014-cü ildə Polşanın ilk UEFA Avro-2016-nın seçmə mərhələsi oynunda Cəbəllütariqlə səfərdə 7–0 qazanılan qələbədə millidə ilk het trikinə imza atdı. 13 iyun 2015 tarixində, Polşanın Gürcüstanı 4–0 məğlub etdiyi görüşdə daha bir het-trik etdi və dörd dəqiqə ərzində üç qol vurdu. İrlandiyaya 2–1 hesabı ilə qalib gələn komanda Fransada keçiriləcək Avro-2016 turnurinə vəsiqəni təmin etmiş oldu. Avro 2016 -da qrup oyunlarını yaxşı keçirən komanda növbəti oyununu İsveçrəyə qarşı keçirdi və mərhələ adlamağa nail oldu, lakin dörddəbir finalda Portuqaliyaya məğlub olaraq turnirə yekun vurdular.

Oyun keyfiyyətləri redaktə

Başı və hər iki ayağı ilə sərrast oyun nümayiş edən Levandovski pundits tərəfindən yeni nəslin ən yaxşı hücumçulardan biri olaraq qəbul edilən çox məhsuldar hücumçudur.boy, güc, balans, temp, ağıllı hərəkət və hər iki ayağı ilə dəqiq oyunu sayəsində bir çox klubların əsas transfer hədəfi olmuşdur. İlk dövrlərdə qol brakonyeri kimi tanınsada mövqeyi, ilk dəfədə vurmaq bacarığı və hava toplarında qüvvətliliyi , mükəmməl texniki bacarıqları, sürətli ayaqları, görmə qabiliyyəti və fiziki cəhətləri ilə ideakl bir oyunçuya çevrilmişdir. Levandovski oyun qabiliyyəti ilə yanaşı, həm meydanda, həm də məşqdə, punditslər, oyunçular və menecerlər tərəfindən fitnesi, zehni və nizam-intizamına görə tərif edilmişdir.

İstinadlar redaktə

  1. "Player profile". Bayern München. 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  2. Robert Lewandowski // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  3. Robert Lewandowski // FBref.com (çd.).
  4. 90minut.pl (pol.). 2003.

Xarici keçidlər redaktə


Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024