Robert Li Haqqinda Melumat - Vikipedia

Robert Li Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Robert Li (ing. Robert Edward Lee; 19 yanvar 1807[1][2][…]12 oktyabr 1870[1][2][…]) — Amerika Konfederativ Ştatlarıının generalı.

Robert Li
ing. Robert Edward Lee
Şəxsi məlumatlar
Doğum adı Robert Edward Lee
Doğum tarixi 19 yanvar 1807(1807-01-19)[1][2][…]
Vəfat tarixi 12 oktyabr 1870(1870-10-12)[1][2][…] (63 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Vətəndaşlığı
Təhsili
  • ABŞ Hərbi Akademiyası[d] (18251829)[3]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları, Amerika Konfederativ Ştatları[5]
Qoşun növü Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d]
Xidmət illəri 1829-cu ildən
Döyüşlər
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

19 yanvar 1807-ci ildə ABŞ-nin Virciniya ştatının Westmoreland şəhərində dünyaya gəlmişdir.1829-cu ildə West Point hərbi məktəbini bitirmişdir.

Meksika Döyüşünə süvari zabiti olaraq qatılmış və 1861-ci ilin aprel qədər davam edən parlaq bir əsgərlik karyerası olmuşdur. Sonra ABŞ ordusundan ayrılaraq Konfederasiya ordusuna qatılmış, əvvəl Qərb Virjinya qüvvələrinin və 1861-ci ilin avqust ayından sonra da bütün Konfederasiya Ordusunu rəhbərliyinə keçmişdir. Silah, vəsait və sayı baxımından özündən çox üstün bir qüvvə qarşısında müvəffəqiyyət ilə mübarizə etmiş, ancaq, 9 aprel 1865-ci il tarixində Virjinya Appomattoxda ABŞ Ordusuna təslim olmaq məcburiyyətində qalmışdır.

Döyüşdən sonra "Prezident Vaşinqton Kolleci" nin (Sonradan Vaşinqton və Lee Kolleci) müdiri olmuşdur. 12 oktyabr 1870-ci il tarixində Virjinyanın Lexington şəhərində vəfat etmişdir.

İstinadlar redaktə


Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023