Rok Haqqinda Melumat - Vikipedia

Rok Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rok musiqisi

populyar musiqi janrı
(Rok səhifəsindən istiqamətləndirilmişdir)

Rok (ing. Rock) sözü – yellətmək, yırğalamaq; tərpətmək, silkələmək; atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir. Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır. Rokun kökləri içindən ilk rok janrları rok-n-roll və rokabillinin də çıxdığı blyuzdan (blues) başlayır. Rokun ilk altjanrları o zamanlar folk, kantri (country), skiffl (sciffle) kimi xalq və estrada musiqisi ilə sıx əlaqədə yaranırdı. Mövcud olduğu müddətdə roku ağlagələn hər musiqi növü ilə qatmaq cəhdi olub. Bunlardan akademik musiqi (60-ların sonu art-rok, 60-ların sonu və 70-lərin əvvəli caz-rok yarandı), latın musiqisi, hindu musiqisini göstərmək olar. 60-70-ci illərdə rok musiqisinin ən böyük altjanrları yarandı. Bunlara yuxarıda adları sadalananlardan əlavə metal (hard-rok), pank-rok, rok-avanqard-da daxildir. 80-ci illərdə isə post-pank, yeni dalğa, alternativ rok (əslində 60-ların əvvəli bu cərəyanın ilk nümayəndələri artıq var idi), hardkor (hardcore-pank-rokun böyük qoludu), metal-ın altjanrları olan thrash metal, death-metal, black-metal, qrayndkor (grindcore) yarandı. 90-larda qranj (grunge-80-lərdə yaranıb), brit-pop (60-ların ortası yaranıb), alternativ metal çox populyar idi.Rokun əsas inkişaf mərkəzləri ABŞ və qərbi Avropadı. Böyük Britaniya roksevərliyinə görə Avropada ön pillədədi. Mahnılar əsasən ingilis dilində yazılır.

Rok
Rock
Beatles qrupu
Beatles qrupu
İstiqamət Populyar musiqi
Mənbəsi Rok-n-roll, Rokabilli, Caz, Elektrik-blüz, Blüz, R&B, Xalq musiqisi, Kantri, Soul
Yarandığı dövr 1950–1960-cı illər
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
ABŞ ABŞ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musiqi tərkibi redaktə

 
"Bittlz" qrupu

Rok musiqisini adətən vokalist, çox vaxt elektrogitarada çalan gitarist, bas-gitarist, barabançı və bəzən sintizatorçudan ibarət olan rok qrupları ifa edir. Bas-gitara, zərblər və ritm-gitara (hər qrupda olmur) birlikdə ritm-seksiya yaradırlar. Buna baxmayaraq, rok kompozisiyalarında demək olar ki, az-çox məşhur olunan bütün alətlərdən istifadə olunub. Klassik rokun fərqləndirici xüsusiyyəti – dəyişməz ritm-seksiya tərəfindən dəstəklənən ritmdi. 60-cı illərdən bəri rokun bir neçə axını mürəkkəbləşdirilmiş strukturu və ritmi olan kompozisiyalardan istifadə edir. Solo ifa edən adətən elektogitara olur. Əksər qruplarda vokalist də var. Əgər başlanğıcda rok musiqisi əsasən blyuz harmoniyası çərçivəsində idisə, hal-hazırda rokun bir çox növü bir-biriylə musiqi baxımdan heç bir oxşarlığa malik deyil.

Rok musiqisi, özündə bir çox musiqi janrlarını birləşmdirmiş bir növ olaraq rock and roll' dan, and rollun çıxarılmasıyla 1960-cı illərin əvvəllərində meydana gəldi. Rok musiqisni meydana gətirən musiqi janrlarının alt növləri də, öz daxilində alt növlərə ayrılmışlar. Bu səbəbdən ötəri rok musiqinin tarixini izah edərkən, başlanğıc nöqtəsi olaraq rokn roll dan yola çıxsaq böyük bir səhv etmiş olarıq, çünki rok musiqisini də əhatə edən pop musiqi növləri bir çox musiqi janrlarının alt növlərinin sintezindən meydana gəlmişdir. Musiqi növləri arasındakı ilk qarşılıqlı təsir nə vaxt, harada və necə reallaşmışdır? Bu sualın cavabını 1730-cu illərdə Amerikada "Böyük Oyanışlar" adı ilə tanınan təkanda tapmaq mümkündür. "Böyük oyanışlar, Amerikan musiqisinə dərindən təsir edən dini bir oyanışın ardıcıl olaraq meydana çıxan iki dalğası idi. "Birincisi Dr. Isaac Watts adında bir İngilisə aid "Hymms and Spirituali"nin (1701) Londonda nəşr olunmasıyla yaranan və 1739-cu il Boston nəşrindən sonra Amerikanın bütün şəhərlərində təsiri hiss edilən yeni bir musiqi anlayışının cənubun folk musiqilərini təsir etməsi nəticəsində meydana gəlmişdir. İkinci oyanış isə 1780-1830 illəri arasında düşərgə yığıncaqlarında ortaya çıxan bir axındır. Xristianlaşdırılmış zəncilər ayinlərini edərkən Afrika dini mərasimlərində görülən dairəvi rəqs, qışqırma, ritim tutma kimi elementlər dualarla birlikdə yerinə yetirilirdi. Beləcə zəncilər ağlardan mənimsədikləri spirituallarin içinə atalarından miras qalan ritim və coşğunu qataraq ortaya yeni bir növ musiqi çıxarmışlar. Bu eyni zamanda dini musiqidə qara-ağ ayrı-seçkiliyini də doğurmuşdur. Ağların spirituallari yerində sayarkən, qaraların etdikləri bütün ölkəyə yayılmaqla qalmayıb, ölkə xaricinə də çıxmışdır.

Bir çox Amerikan musiqisi kimi Gospel də vətəndaş müharibəsidən sonra cənubda spirituallarin davamı xüsusiyyətində ayrı bir növ olaraq özünü göstərir. Spirituallarda olduğu kimi gospelin də yalnız qaralara xas olduğunu demək düzgün olmazdı, amma ən çox zəncilərin kilsələrində və zənci qrupları daxilində icra edilmişdir. 19-cu əsrin sonunda qurulan Pentacostalis və Hoolines kilsələrində, Afrika musiqisindəki əl çırpma və ayaqları yerə vurma yoluyla edilən musiqi, gospel növünün ilk nümunələrini meydana gətirmişdir. Gospel tərzində spirituallardan fərqli olaraq bu dünya ilə əlaqədar vədlərə daha çox yer verilir, o biri dünya isə daha şən bir dillə izah edilə bilər. Amerikada, dini məzmunlu musiqinin yanında xalqın ağızdan köçürəm üsulu ilə günümüzə qədər uzanıb gələn bir folk musiqi mədəniyyəti vardır. Ən köhnə folk mahnıları ya solo olaraq ya da cəm şəkildə oxunmuşdur. Bu folk mahnılarına yoldaşlıq etmək üçün skripka, banjo və gitaranın da əlavə edilməsi ilə ilk pop musiqi növlərinin təməlləri qoyulmuş oldu. Amerikanın ilk pop musiqi ulduzu Jimmie Rodgersdir. Rodgers, country və boogie-blues arasında harmoniya yaradaraq hillbilly, folk və bluesdən mənimsədiyi sözləri birləşdirərək country musiqisinin başlıca dayağı halını almışdır. "Rodgers, bluesi borc alan deyil oğurluğunu edən ilk ağ adam və beləcə country musiqisinin dominant rejimi halına gətirən sintezini edən sənətçi olaraq düşünülə bilər. "Bu illərdə cənub əyalətlərinə edilən ilk gəzintiləri nəticəsində Paramounts Records, blues musiqinin atası olaraq xatırlanan Blind Lemon Jeffersonun ilk valını hazırlayar. Bu tarixdən sonra, Jefferson, özündən sonrakı bütün blues və rok musiqiçilərinə təsir edə biləcək keyfiyyətdə musiqi parçalarına imza atmışdır.

Rokn Roll musiqi janrı ragtime, blues, boogie, country, gospel kimi musiqi janrlarının alt növlərin sintezi nəticəsində meydana gəlmişdir. Bu alt növlərdən roka keçidindəki son quruluş daşı R&B'dir(Rhtyhm and Blues).Bu keçid əsnasındakı ən əhəmiyyətli kəslərdən biri Robert Johnsondur. (1911-1938) Əsasında delta blues musiqiçiləri içərisində Charlie Patton ya da Skip James kimi ondan çox daha əhəmiyyətli adlar olmasına baxmayaraq Johnsonun əhəmiyyəti; şəxsiyyəti və bəstələdiyi musiqi ilə ilkin bir rocker olmasından qaynaqlanmaqdadır. Bluesdan roka doğru mərhələdə bir başqa əhəmiyyətli hadisə isə elektirik gitaranın bluesdə istifadə edilməyə başlanmasıdır. Elektirikli gitaranı ilk istifadə edən blues musiqiçisi T. Bone Walkerdir. Özünə xas texnikasıyla, özündən sonrakı B. B. King, Freddy King, Buddy Guy kimi gitara sehirbazlarına təsir etməyi bacaran Walker roka keçid mərhələsində çox əhəmiyyətli bir rol oynamışdır.

 
Çak Berri

1943-51-ci illər arasında cənubdan şimala edilən köçlər əsnasında pianino və nəfəs alətləri ilə tanış olan delta blues icraçıları rokn rolla keçiddəki son musiqi növü olan R&B'u meydana gətirərlər. Bu musiqi növü, ümumiyyətlə bütün qara musiqi stillərinin qarışığından, blues harmonik quruluşu və düsturu meydana gəlmişdir. Başlanğıcda yalnız qaraların radio stansiyalarında və küçələrdə yaşayan R&B, orta sinif ağ gənclərin bu musiqini vərdiş halına gətirməsiylə birlikdə həmçinin də məşhurlaşdı. Gün keçdikcə artan tələblər, nəşr olunan R&B vallarının sayının artmasına və 25 May 1949-cu ildə Billboard musiqi jurnalı siyahılarında R&B adında yeni bir başlığın açılmasına gətirib çıxardı. 1953-cü ildə Chords qrupunun Sh-boom adlı musiqi parçaları R&B siyahılarına sığmayaraq, məşhur musiqi siyahılarına daxil oldu və "1" nömrəyə qədər yüksəldi. 1954-55-ci illərdə eyni musiqini ağlar icra edincə bunun adını Rokn Roll qoyarlar. "Məşhur rokn roll piyanisti Fats Domino 'biz rokn rolla 15 il əvvələ qədər New Orleansda R&B deyərdik" demişdir. Rokn roll, gənclər arasında o qədər rəğbət qazanar ki, həm sənayeyə qarşı ən radikal çıxışların qaynağı, həm də musiqi sənayesinin ən gəlirli dolanışıq qaynağı mövqeyinə gəlir. Rokn rollun R&B'dən fərqlənərək özünə xas bir musiqi növü halını almasını təmin edən ən əhəmiyyətli kəslər Elvis PresleyChuck Berrydir.

1950-1960 redaktə

Rokn rollun böyük kralı Evis Presley R&B' ilə, country və hillbilly musiqilərini çox yaxşı qaynaşdırmışdır. Chuck Berry isə özündən əvvəlki gitaraçıların texnikalarını sintez edərək rokn rollun ilk gitara qəhrəmanı olmuşdur. Buna baxmayaraq ikisinin də əsl şöhrətləri bu birləşdirici güclərindən və özlərindən sonrakı bütün rok musiqiçilərinə təsir etmələrindən gəlmişdir. Lakin sənaye rokn rollu çox tez udmuşdur. Araşdırmaçıların çoxu 1950-ci illərin sonunun rokn roll musiqisinin də sonu olduğu mövzusunda görüş təşkil etmişdilər. 1950-ci illərin sonunda ən məşhur rokn roll musiqiçilərindən olan Elvis Presley hərbi xidmətdə, Buddy Holly ölmüş, Chuck Berry isə həbsdə idi. 1959-63-cü illər arasında rok musiqisində demək olar ki, bir boşluq yaranmışdı. Lakin, bu illərdə sonradan "60 gəncliyinin lideri" adını alan musiqiçi, Bob Dylan meydana çıxır. Dylanın ilk üç albomundakı musiqilər nə folk musiqisi nə də rokn roll musiqisinə aid idi. Dylan, mahnılarında qaralara qarşı düşmənliyin inadla davam etməsindən, döyüşün mənasızlığından, sevginin əhəmiyyətindən, dünyanın gözəlliklərinin sürətlə itib getməsindən bəhs etmişdir.

Amerikada reallaşan bu musiqi yönümlü inkişaflar bütün dünya gəncliyinə, amma ən çox İngilis gəncliyinə böyük təsir etmişdir. Uşaqlıqlarından bəri rokn roll musiqisiylə böyüyən İngilis gəncləri arasından bir çox musiqiçi çıxmış; bunlar Beatles, Rolling Stones, The Animals kimi ilk rok birliklərini qurmuşlar. Bu qruplar, ilk zamanlarda Amerikan musiqininin alt növlərindən təsirlənmişlər, lakin qısa bir müddət sonra özlərinə xas strukturları ortaya qoyaraq əsl mənada rok musiqisini formalaşdırmışlar. Bu qruplardan ilk musiqi albomunu satışa çıxaran Beatles, yaranışından bir iki il sonra, ilk albomlarındakı blues, boogie, gospel mahnı ailələrinin parçalarını kopiya etməkdən və rokn rolla yaxın musiqi parçaları bəstələməkdən yavaş yavaş imtina etməyə başlamışdır. Ən son olaraq rokn roll mahnılarından 1965-ci ildəki Help albomunda yer verdikləri Larry Williamsa aid "Dizzy Miss Lizzy" musiqi parçasının istifadə edilməsi ilə başa çatdırmışlar. Dekabr 1965-ci ildə "Rubber Soul" albomunu nəşr etdikdən sonra tamamilə xüsusi quruluşa keçid beləcə tamamlandı. Bu inkişafdan sonra rokun maneə törədilə bilməz yükləlişi başlamış oldu. Eric Claptonun üzvü olduğu qruplar, xüsusilə Cream çox böyük uğurlara imza atmışdır. Beatles ulduzu sönərkən səhnəyə Eric Clapton adıyla dünyanın ən yaxşı gitara virtuozlarından biri çıxar. O zaman İngiltərə divarlarının "Clapton his God"(Clapton tanrıdır) yazıları ilə dolması dövrü idi.

1970-1980 redaktə

1960-cı illərın sonu, dünyada gənclik hərəkatları olaraq xarakterizə edə biləcəyimiz bir üsyanın yüksək səviyyəyə çatdığı illərdir. Get-gedə böyüyən nüvə müharibələri hədəsi, Amerikanın Vyetnamı amansızca döyüşə sövq etməsi, bir çox Vyetnamlının və Amerikalının bu döyüşdə ölməsi çarxları hərəkətə keçirmiş, çiçək gücü hərəkəti belə bir mühitdə ortaya çıxmışdır. Artıq rok musiqisi dünyaya qlobal problemlərin çatdırılması vəzifəsini öz üzərinə götürmüşdür. Məşhur "döyüşmə seviş" şüarı bu hərəkatın bir məhsuludur. Çiçək gücünü yaradanların əksəriyyəti orta sinif ağ gənclərdir. Bu insanlar "hippi" olaraq adlandırılmışlar. Ümumiyyətlə o dövrlərdə bu hərəkat harada olmağından asılı olmayaraq bütün rok qruplarından dəstək almışdır. Bu illərdə şərq dinlərinə olan maraq da artmış, hətta Beatles ın üzvləri Hindistana tanınmış Hindi Maharishi Yogini ziyarətə getmişdilər.Rokdakı bu şərq dəbi ilə birlikdə musiqiçilərin və dinləyicilərin narkotik maddələrə olan maraqları daha da artmış və xüsusi ilə LSD, o zaman qadağan edilmədiyindən asprin kimi çox istifadə edilirdi. Lakin çox qısa bir müddət içində çiçək uşaq olmağı da bir "dəb" halına gətirilər və hərəkat demək olar ki, heç bir nəticəyə çata bilmədən sona çatır. Üstəlik hippilərin bəziləri zaman keçdikcə kobud rəftarı ilə bir nizam-intizam müdafiəçisi olurlar. Bunlara ən yaxşı nümunə A. B. Ş. Başçısı Bill Clinton'dur. 1960-70-ci illər rok tarixi baxımından çox müxtəlif və əhəmiyyətli qrupları daxilində saxlamışdır. Beatles, The Animals, The Doors, Rolling Stones, The Who kimi qruplar hamısı bu tarixlərdə yaranmışlar. 65-70-ci illər arasında qurulan Pink Floyd, Deep Purple, Led Zeppelin, Yes kimi qruplar da artıq mega rok qruplarıdır. Bu qruplar sayəsində rok, heç olmadığı qədər məşhur olub, ciddi bir musiqi janrı kimi qarşılanmağa başlanmışdır. Rok musiqiçiləri özlərini klassik musiqi icraçıları kimi görmələri də bu dövrə təsadüf edir. O zamanların ən diqqət çəkən müzakirəsi rokun bir sənət növü olub olmadığıdır. 70-ci illərin ikinci yarısına gəlindiyində rok artıq val satışları və konsert gəlirləriylə musiqi sənayesinin ən yaxşı dolanışıq qaynağını meydana gətirməkdədir. Rok musiqiçiləri milyonlarla dollarlıq elektronik alətlərə sahib idilər və hamısı çox zəngin olmuşdular. Bu mega rok qrupları nə edirsə etsin satdığından ötəri val şirkətləri yenilərə heç şans verməməklə və ya şans versələr belə musiqilərini onlar kimi hazırlamaq şərti qoymuşdular.

1980-1990 redaktə

Budur pank rok tam bu dövrlərdə özünü göstərmişdir. Pank da digər heç bir rok növündə görülməyən şiddət, qarışıqlıq və xaos vardır bu xüsusiyyətlər pank, rokun qaranlıq qanadını gözlər önündə açmışdır. 60-cı illərdə Newyorkun qaraj qruplarından formalaşan Velvet Underground Pankın ilk toxumlarını atan qrup olaraq göstərilə bilər. Ancaq bu fikiri ilk pank birliklərindən biri olan Sex Pistols qəbul etməyərək reaksiya vermişdir. Pank' da qətiliklə keyfiyyət və xoşuna gəlmə qayğısı yoxdur. Pankçılar 1960-70-ci illərdəki rok musiqisini və təbii ki, rokçuları da lənətləyirdilər, çünki onların fikrincə rokdan artıq pul, şan, şöhrət vasitəsi olaraq istifadə edilməyə başlanmışdır. 70-ci illərin uzun və qarışıq soloları ilə dolu musiqi parçaları yerinə qısa və nizamsız şəkildə musiqilər ifa edərdilər. Hətta Sex Pistols o qədər sadə və primitiv ifa edərdi ki, izləyənlər istər istəməz" bunu mən də ifa edə bilərəm" kimi bir fikrə düşərdilər. Beləcə İngiltərə də bir çox pank qrupu yaranmağa başlamışdır. Sənayenin ən böyük düşməni olmasına baxmayaraq pank dəliliyi də digər bütün rok dəlilikləri kimi qısa müddətdə sənaye tərəfindən udulub "dəb" halına gətirilmişdir. Punk geyimləri ən lüks mağazaların vitrinlərində biribirinin ardınca düzülmüşdür. 80-ci illərə gəldikdə bir çox rok musiqi növü icra halında olduğundan bir Heavy Metal partlayışı yaranar. Heavy Metal musiqisini izah edən ən yaxşı söz "qarışıqlıq" dır. Bütün Heavy Metal qruplarının fəaliyyət sahələri fərqlidir. Bu musiqi növünün içində kommunizm, faşizm, anarxizm, inqilabçılıq, sadizm kimi biribirinden çox fərqli mövzuları tapmaq mümkündür. Heavy Metal bu çox rəngliliyi sayəsində bir çox alt növlərə ayrılmışdır. Lakin hamısında ortaq olan bir şey vardır; küfr. Kimi dövlətə kimi qaralara küfr edər.

1970-ci illərin sonunda hard roka bir alternativ təqdim etmək məqsədilə ortaya çıxmışdır. Hər nə qədər hard roka bənzədilsə də akkord və ritmləri fərqlidir. Dinləyiciyə fərqli bir harmoniya anlayışı təqdim edir. Analiz edildiyində indiki vaxtda sərt tonlarla istifadə edilən alternativ rok, Hard Rok əsaslıdır. Proqressiv rok, Indie Rok, Grunge, Indie Pop, Brit Pop, kimi bir çox fərqli musiqi növünü içində saxlayır. İndiki vaxtda ən çox seçilən rok sahəsidir. 1980-ci illərin ortalarında ən məşhur amerikan alternativ qrupları R.E.M., Sonic Youth, The Replacements və Hüsker Dü; və ingilis New Order, The Smiths, The Cure idi. 1980-ci illərin alternativ qrupları böyük müvəffəqiyyət əldə etmədilər, amma musiqi qruplarının növbəti nəsilinə böyük təsir göstərdilər, onların məşhurluğu üçün əsaslı təməli qoydular.

1990-2000 redaktə

90-cı illərə nəzər yetirsək gözlənilən yeni rok anlayışı Amerkanın Seatle adlı şəhərindən gəlir. Bu şəhərdə qurulan qaraj qruplarının əvvəl Amerikaya sonra bütün dünya açılması ilə birlikdə bir "grunge" cərəyanı yaşanar. Hələ Nirvananın Nevermind albomu bu yeni, alternativ roku bütün dünyaya tanıtdı. Bu gün Pearl Jam, Soundgarden, Red Hot Chilli Peppers, Therapy, Radiohead kimi qruplar sayəsində rok yenidən canlanmışdır.

2000- redaktə

Bu gün The Strokes, White Stripes, Arctic Monkeys, Muse, Coldplay kimi qruplar sayəsində rok yenidən canlanmışdır.

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023