Roma imperator kultu Haqqinda Melumat - Vikipedia

Roma imperator kultu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Roma imperator kultu

Roma imperator kultuimperatorları və onların bəzi ailə üzvlərini Roma dövlətinin ilahi icazəli səlahiyyətə qaldıran kult. Onun özəyi Roma və yunan presedentlərinə əsaslanırdı və erkən Avqust prinsipatı dövründə formalaşdırılmışdır. Bu, lokal səviyyədə qəbulu və ifadəsində dəyişikliklərə məruz qalaraq imperiya və onun vilayətlərində sürətli şəkildə bərqərar olmuşdur.

İmperator cütlüyünü təsvir etmək məqsədilə yenidən işlənmiş VeneraMars heykəlləri.

Bu, regional fərqliliklərin təsirlərini yumşaltmaqda ən vacib institutlardan biri idi. Bu konsepsiya e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin fövqəlbəşər bir varlıq kimi titullar, simvollar və müraciət formaları ilə ilahiləşdirilməsi nəticəsində yaranmışdır. Onun Misirdəki müasirləri fironlara çoxdan tanrı kimi sitayiş edirdilər. Hətta yunanlar belə fikiri qəbul etmişdilər ki, fövqəladə nailiyyətləri olan insanlar "qəhrəman" kimi heç vaxt ölməyəcəklər, əksinə hansısa ali dünyaya yüksələcəklər. Onlar e.ə. IV əsrin ortalarında Axilles, Herakl, PifaqorSirakuzalı Dion kimi qəhrəmanlar haqqında buna inanırdılar.[1]

E.ə. II əsrin əvvəllərindən yunan şəhərlərində böyük Roma sərkərdələrinin şərəfinə qurbangahlar, bayramlar və xüsusi təltiflər var idi. B.e. 42-ci ildə Sezarın varisi Oktavian onun ilah elan edilməsini tələb etmiş, senat isə bunu səsvermə yolu ilə qəbul etmişdir. Bir neçə generasiya ərzində imperiyanın hər yerində imperator ailəsinin şərəfinə yeni məbədlər tikilmiş və ya köhnə məbədlər bu məqsədə təyin olunmuşdur. Bu cür mərkəzlər vətəndaşların Romaya və imperatora sədaqətini ifadə etmək üçün toplaşma nöqtəsi idi.[1]

İstinadlar redaktə

  1. 1 2 "Cult of the emperors". 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.

Əlavə ədəbiyyat redaktə


Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024