Romeo və Cülyetta (Prokofyev) Haqqinda Melumat - Vikipedia

Romeo və Cülyetta (Prokofyev) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Romeo və Cülyetta (Prokofyev)

Romeo və Cülyetta (ing. Romeo and Juliet , rus. Ромео и Джульетта) – rus bəstəkarı Sergey Prokofiyev tərəfindən ingilis şairi Uilyam Şekspirin "Romeo və Cülyetta" pyesinin motivləri əsasında bəstələnmiş balet. Bu balet dünyada ən çox səhnələşdirilən və əksər böyük balet şirkət və teatrlarının repertuarına daxil olan əsərlərdəndir. Prokofiyev baletin musiqisini orkestr üçün üç süitası və bəzi pianino işləri əsasında formalaşdırmışdır.

Romeo və Cülyetta
Romeo and Juliet
Ромео и Джульетта
Tipi Klassik balet
Bəstəkar Sergey Prokofiyev
Premyera
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Balet Sergey RadlovAdrian Piotrovski[1] tərəfindən (o əvvəlcə Romeo və Cülyetta mövzusunun Prokofiyevin özü tərəfindən işlənməsini məsləhət görmüşdür) yaradılmış libretto əsasında, Prokofiyev tərəfindən 1935-ci ilin sentyabrında, Kirov Baletinin (indiki Mariinski teatrı) sifarişi ilə tamamlanmışdır. Orijinal halında balet "xoşbəxt" sonluqlu olsa da, iki tanınmış tənqidçi – "Pravda" qəzetinin tənqidçilərindən biri olan Şostakoviç və "azmış modernistlər"dən olan Piotrovskinin də aralarına daxil olduğu bir çox tənqidçilərin mənfi rəylərindən sonra əsərə bir az diqqət çəkiçi və həyəcanlandırıcı səhnələr əlavə edilmişdir.[2] Baletin musiqisinin yaradılmasında istifadə edilmiş süitalar əvvəlcədən MoskvadaABŞ – da dinlənilmiş olsa da, tam halda balet 30 dekabr, 1938-ci ildə Çexoslovakiyanın Brno şəhərində ictimayətə təqdim edilmişdir. Əsərin bu gün daha çox istifadə olunan önəmli versiyası isə Leonid Lavrovskinin xareoqrafik quruluşunda, baş rollarda Qalina UlyanovaKonstantin Sergeyev olmaqla 11 yanvar, 1940-cı ildə Sankt-Peterburq (o zamankı Leninqrad) şəhərindəki Mariinski teatrında (o zamankı Kirov teatrı) təqdim edilmişdir.

1962-ci ildə Ştutqart Baletində "Romeo və Cülyetta" baletinin Con Krankonun təqdimatında təqdim edilməsi ilə şirkət dünya şöhrəti qazanmışdır. Həmin təqdimatda əsərin ABŞ premyerası 1969-cu ildə həyata keçirilmişdir.

1965-ci ildə Royal Balet şirkəti xareoqraf Sör Kennet MakMillanın təqdimatında baletin "Covent Garden"da Kral Opera Evində təqdimatı keçirilmişdir. Səhnə və kostyum dizayneri Nikolas Corcaydis olan bu tədqimatda Marqot Fonteyn və Rudolf Nureyev əsas xarakterlərə yeni həyat vermişlər. Eyni zamanda Cülyütta rolu Fonteynin bitməkdə olan kariyerasında yeni canlanmaya səbəb olmuşdur.

Baletin bir Amerika şirkəti tərəfindən ilk təqdimatı 1984–1985-ci il teatr mövsümündə, "Joffrey Balet" tərəfindən həyata keçirilmiş, balet, Nyu-Yorkda Nyu-York Dövlət Teatrında, Vaşinqtonda isə Kennedi Mərkəzində göstərilmişdir.

1985-ci ildə baletin Sergey Lazlonun təqdimatında, Budapeştdə, Macar Milli Baletində premyerası keçirilmişdir.

2007-ci ildə Nyu-York Şəhər Baletində Prokofiyevin musiqisi əsasında "Romeo + Juliet" tamaşası təqdim edilmişdir.

4 iyul, 2008-ci ildə Prokofiyevin ailəsinin razılığı və Rusiya Dövlət Arxivinin icazəsi ilə bəstəkarın şəxsən yazdığı librettonun dünya premyerası keçirilmişdir. "The People's Artist: Prokofiev's Soviet Years" tədqiqatının müəllifi, musiqişünas Simon Morrison həmin librettonu Moskva arxivlərinin birindən tapmış, icazə aldıqdan sonra bütün librettonu bərpa etmiş, Mark Morris ona yenidən xareoqrafik quruluş vermişdir. Layihənin premyerası Nyu-Yorkda "Fisher Center for the Performing Arts at Bard College"də keçirilmişdir. Daha sonra balet Berkli, Norfolk, London, Nyu-YorkÇikaqoda göstərilmişdir.

Strukturu redaktə

I Pərdə
I Səhnə
No 1 Introduction
No 2 Romeo
No 3 Küçənin canlanması
No 4 Səhər rəqsi
No 5 Savaş
No 6 Döyüş
No 7 Şahzadə əmr verir
No 8 Interlude
II Səhnə
No 9 Bal üçün hazırlıq (Cülyetta və qulluqçusu)
No 10 Gənc qız Cülyetta
No 11 Qonaqların gəlişi (Minuet)
No 12 Maskalar
No 13 Cəngavərlərin rəqsi (və ya Montekkilər və Kapuletilər)
No 14 Cülyettanın dəyişməsi
No 15 Merkuçio
No 16 Madrigal
No 17 Tibaltın Romeonu görməsi
No 18 Qonaqların dağılışması (Gavotte) (Bu nömrə Prokofiyevin 1 No. – li simfoniyasının üçüncü hissəsinin adaptasiyasıdır. )
No 19 Eyvan : Səhnə
No 20 Romeonun dəyişməsi
No 21 Sevgi rəqsi
II Pərdə
I Səhnə
 
Baletin 1999-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilməsi
No 22 Xalq rəqsi
No 23 Romeo və Merkuçio
No 24 Beş cütlüyün rəqsi
No 25 Mandolinalarla rəqs
No 26 Qulluqçu
No 27 Qulluqçu Romeoya Cülyettadan məktub gətirir
II Səhnə
No 28 Romeo Keşiş Laurenslə birgə
No 29 Cülyetta Keşiş Laurenslə birgə
III Səhnə
No 30 İnsanlar əylənməyə davam edirlər
No 31 Yenidən xalq rəqsi
No 32 Tibaltın Merkuççio ilə görüşməsi
No 33 Tibalt və Merkuççionun savaşması
No 34 Merkuççionun ölümü
No 35 Romeo Merkuççionun ölümünə görə intiqam almağa qərar verir
No 36 Final
III Pərdə
I Səhnə
 
Baletin Bolşoy teatrda səhnələşdirilməsi zamanı Artyom Ovçarenko Romeo, Nina Kaptsova isə Cülyetta rolunda
No 37 Introduction
No 38 Romeo və Cülyütta (Cülyüttanın yataq otağı)
No 39 Axırıncı vədalaşma
No 40 Qulluqçu
No 41 Cülyütta Parislə evlənməkdən imtina edir
No 42 Tənha Cülyetta
No 43 Interlude
II Səhnə
No 44 Keşiş Laurensin yanında
No 45 Interlude
III Səhnə
No 46 Yenidən Cülyüttanın yataq otağı
No 47 Yalnız Cülyütta
No 48 Səhər serenadası
No 49 Qızların su zanbaqları ilə rəqsi
No 50 Cülyetta cənazə başında
Epiloq
No 51 Cülyetta cənazə mərasimində
No 52 Cülyettanın ölümü

İnstrumentasiya redaktə

Bütün klassik əsərlərin instrumentasiyasında istifadə edilən musiqi alətləri xaric, "Romeo və Cülyetta"nın musiqisinin ifa edilməsi üçün tenor saksafonlara da ehtiyac vardır. Solo və orkestrın tərkibində istifadə edilən bu musiqi aləti əsərin səslənməsinə bənzəri olmayan bir xüsusilik əlavə etmişdir. Prokofiyev musiqiyə italiyansayağı görünüş vermək üçün cornet, viola d'amurmandolinalardan istifadə etmişdir.

Tam instrumentasiya üçün aşağıdakı musiqi alətlərindən istifadə edilir:

Musiqinin hazırlanmasında istifadə edilmiş süitalar redaktə

Süita No. 1 Romeo və Cülyettadan, Op. 64 bis redaktə

  1. Xalq rəqsi
  2. Səhnə (Küçənin canlanması)
  3. Madrigal
  4. Minuet (Qonaqların gəlişi)
  5. Maskalar
  6. Romeo və Cülyütta
  7. Tibaltın ölümü

Süita No. 2 Romeo və Cülyettadan, Op. 64 ter redaktə

  1. Montekkilər və Kapiletilər
  2. Balaca Cülyetta
  3. Keşiş Lauriens
  4. Rəqs
  5. Romeo və Cülyetta ayrılmamışdan əvvəl
  6. Qızların su zanbaqları ilə rəqsi
  7. Romeo və Cülyettanın məzarı

Süita No. 3 Romeo və Cülyattadan, Op. 101 redaktə

  1. Romeo fəvvarənin yanında
  2. Səhər rəqsi
  3. Cülyetta
  4. Qulluqçu
  5. Aubade (Səhər serenadası)
  6. Cülyettanın ölümü…

Pianinoda ifa üçün on kiçik əsər, Op. 75 redaktə

Prokofiyev 1937-ci ildə Romeo və Cülyettada istifadə üçün seçdiyi musiqiləri – Pianinoda ifa üçün Op. 75 on kiçik əsər əsəri istifadə etməmiş,lakin daha sonra onları özü təqdim etmişdir.

  1. Xalq rəqsi
  2. Səhnə: Küçənin canlanması
  3. Minuet: Qonaqların gəlişi
  4. Gənc qız Cülyetta
  5. Maskarad
  6. Montekkilər və Kapulettilər
  7. Keşiş Laurens
  8. Merkuççio
  9. Qızların su zanbaqları rəqsi
  10. Romeo və Cülyetta ayrılmamışdan əvvəl

Ədəbiyyat redaktə

İstinadlar redaktə

  1. The People's Artist by Simon Morrison, p.32
  2. Clark, p. 291

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023