Rostov vilayəti Haqqinda Melumat - Vikipedia

Rostov vilayəti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rostov vilayəti (rus. Ростовская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Sahəsi 100,8 min km2, əhalisi 4,4 mln. nəfərdir.

Rostov vilayəti
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

47°52′ şm. e. 41°11′ ş. u.


Ölkə
İnzibati mərkəz Rostov-na-Donu
Tarixi və coğrafiyası
Yaradılıb 13 sentyabr 1937
Sahəsi
  • 101.800 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.163.708 nəf. (1 yanvar 2023)
Rəqəmsal identifikatorlar
ISO kodu RU-ROS
Telefon kodu 863
Avtomobil nömrəsi 61, 161
Rəsmi sayt
Rostov vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası redaktə

Rostov vilayəti Şərqi Avropa düzənliyinin cənub hissəsində və Ön Qafqazda yerləşir. Relyefi əsasən düzənlikdir, lakin qərbdə Donetsk təpəliyi (253 m), cənub-şərqdə Yerqeni yüksəkliyi vardır, həmçinin cənubda Kuma-Manıç çökəkliyi mövcuddur. Vilayətin səthi çay dərələri ilə kəsilmişdir. İqlimi mülayim kontinentaldır. Yanvarın orta temperaturu şimalda −9°S, cənubda −5°S, iyulun isə 22–24°S-dir. İldə 400–650 mm yağıntı düşür. Vilayət ərazisi quraqlıqdan əziyyət çəkir. Əsasən qaratorpaqlar, o cümlədən tünd-şabalıdı və şabalıdı torpaqlar yayılmışdır. Çayların subasarlarında allüvial çəmən torpaqları mövcuddur. Ərazinin 6%-i meşələrlə örtülüdür. Çöl zonasının heyvanat aləmi vardır. Əsas çayı Don və onun qollarıdır. Manıç-Qudilo əsas göldür. İri su anbarları yaradılmışdır. Təbii şərait əhalinin həyat fəaliyyəti, eləcə də kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Vilayət təbii ehtiyatlarla zəngindir. Belə ki, təbii ehtiyatlardan daş kömür (Donbasın şərq qolu, Şaxtinsk, Novoşaxtinsk), dəmir filizi, tikinti materialları, xörək duzu, təbii qaz və s. vardır.

Əhalisi redaktə

Əhalinin sıxlığı hər km2-də 43 nəfər təşkil edir. İri şəhərlərinə Rostov-na-Donu (mərkəz), Taqanroq, Şaxtı, Volqodonsk, Noboçerkassk misaldır. Vilayət ərazisində 100-ə yaxın millətin nümayəndəsi yaşayır: ruslar (90%), ukraynalılar (4%), ermənilər, beloruslar, tatarlar, çeçenlər, moldovanlar, azərbaycanlılar, gürcülər, darginlər, udmurtlar, çuvaşlar, avarlar və s.

Şəhərləri redaktə

Mənbə redaktə



Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023