Roza Otunbayeva Haqqinda Melumat - Vikipedia

Roza Otunbayeva Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Roza İsaq qızı Otunbayeva (qırğ. Роза Исак кызы Отунбаева; 23 avqust 1950[1][2], Bişkek) — Qırğızıstan Respublikasında baş verən 7 aprel 2010-cu ildə qarşıdurmalardan sonra yaradılan müvəqqəti hökumətin rəhbəri idi. Qırğızıstan Respublikasının 3-cü Prezidenti (03 iyul 2010 – 01 dekabr 2011) idi.

Roza Otunbayeva
qırğ. Роза Исаковна Отунбаева
03 iyul 2010 – 1 dekabr 2011
ƏvvəlkiQurmanbek Bakıyev
SonrakıAlmazbek Atambayev
7 aprel 2010 – 3 iyul 2010
ƏvvəlkiQurmanbek Bakıyev
SonrakıRoza Otunbayeva
Şəxsi məlumatlar
Doğum adı Роза Исаковна Отунбаева
Doğum tarixi 23 avqust 1950(1950-08-23)[1][2] (73 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Dini Aqnostisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Roza Otunbayeva 1950-ci ildə Qırğızıstan Respublikasında anadan olub. 1972-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri namizədidir. Qırğızıstan Dövlət Universitetinin (indiki Qırğız Milli Universiteti) kafedra müdiri olub.

1981-ci ildə partiya işinə keçib. Frunze (indiki Bişkek) Şəhər Partiya Komitəsinin ikinci katibi işləyib.

1986–1989-cu illərdə Qırğızıstan Respublikasının Nazirlər Soveti Sədrinin Müavini, Qırğızıstan Respublikasının Xarici İşlər Naziri postunu tutub.

1986–1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin YUNESKO məsələləri üzrə komissiyasına rəhbərlik edib.

1992-ci ildə Qırğızıstan Respublikasının Baş Nazirinin Müavini, Qırğızıstan Respublikası Xarici İşlər Naziri, həmin ildən 1994-cü ilə qədər Qırğızıstanın ABŞKanadada səfiri vəzifələrində çalışıb.

1994–1997-ci illərdə yenidən Qırğızıstan Respublikası Xarici İşlər Naziri olan Otunbayeva 1997–2002-ci illərdə ölkəsini Böyük Britaniyaİrlandiyada səfir kimi təmsil edib.

2002-ci ildən BMT baş katibinin Gürcüstandakı xüsusi nümayəndəsinin müavini postunda çalışıb.

2004-cü ildə ölkəsinə dönərək "Ata-Yurt" müxalif hərəkatının yaradıcılarından olub. Əsgər Akayev prezident postundan devriləndən sonra xarici işlər vəzifəsinə gətirilib. Ancaq 2005-ci il prezident seçkisindən sonra parlament onu nazir postuna təsdiqləməyib.

2007-ci ildən Qırğızıstan parlamentinin deputatı, 2009-cu ildən sosial demokrat fraksiyasının rəhbəridir.

Qırğızıstan Respublikasında baş verən 7 aprel 2010-cu ildə qarşıdurmalardan sonra yaradılan müvəqqəti hökumətin rəhbəri idi.

Qırğız, rus, ingilis, alman, fransız dillərini bilir.

Həyat yoldaşından boşanmış Roza Otunbayeva bir qız, bir oğul anasıdır.[3]

İstinadlar redaktə

  1. 1 2 Rosa Issakowna Otunbajewa // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Rosa Otunbajewa // Munzinger Personen (alm.).
  3. "Roza Otunbayeva kimdir?". 2012-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-08.

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:A_Genealogy_of_the_Descendants_of_Thomas_Olney_(IA_genealogyofdesce01olne).pdf xeberprezidrut-ruerbaycan-xalqinin-facieleri-heyder-eliyevin-siyasi-hakimiyyetdru-getmesindru-sonra Fayl:London_street_names;_their_origin,_signification,_and_historic_value;_(IA_londonstreetname00hab Fayl:The_Restigouche_(microform)_-_with_notes_especially_on_its_flora_(IA_cihm_08349).pdf Fayl:Iris_croatica_Botanicki_vrt_1_080509.jpg Fayl:Schedule_adherence_in_a_naval_shipyard_-_a_case_study._(IA_scheduleadherenc00ecks).pdf Fayl:Resignation_-_Edward_Young_(1762).pdf Fayl:Manual_of_geology,_rueating_of_the_principles_of_the_sciazce,_with_special_referazce_to_America GlobalUsageSevazteaz_lectures_on_the_study_of_medieval_and_modern_history_and_kindred_subje xeberpolis-arvadini-ve-onun-ailesini-oldutrb-intihar-etdi.html SəhifəyəKeçidlərEDiff3151657 Fayl:Introduction_to_the_study_of_federal_governmrut_(IA_introductiontost00hartrich).pdf GlobalUsageNaderShahPainting.png Fayl:Watson's_Jeffersonian_magazine_(serial)_(IA_watsonsjefferson136atla).pdf Fayl:The_celebration_of_the_two_hundred_and_fiftieth_anniversary_of_the_Royal_Society_of_London,_Jul SəhifəyəKeçidlərKomalar Fayl:ROM-CorinthianHelmetAndSkull-BattleOfMarathon.png Fayl:A_sermon,_preached_at_Alstead,_on_the_first_Sabbath_in_January,_1826_(IA_sermonpreachedat00arno Fayl:Synthesis_of_2-methyl-4-selenoquinazolone,_2-phenylbenzoselenazole,_and_its_derivatives_(IA_syn Fayl:Alienist_and_neurologist._(IA_alienistneurolog2188unse).pdf
Dostlarınla Paylaş

Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024