Ruhin Qəhrəmanov Haqqinda Melumat - Vikipedia

Ruhin Qəhrəmanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ruhin Qəhrəmanov

Ruhin Əşrəf oğlu QəhrəmanovAzərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Ruhin Qəhrəmanov
Ruhin Əşrəf oğlu Qəhrəmanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Cəbrayıl, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Kiçik çavuş
Təltifləri "İgidliyə görə" medalı

Həyatı redaktə

Əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub.

Hərbi xidməti redaktə

Əsgər Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvar rayonunda yerləşən "2 saylı məcburi köçkün" məzarlığında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Qəhrəmanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ruhin Qəhrəmanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

İstinadlar redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023