Ruprext novruzçiçəyi Haqqinda Melumat - Vikipedia

Ruprext novruzçiçəyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ruprext novruzçiçəyi

Ruprext novruzçiçəyi - (lat. Primula juliae Kusn.). Novruzçiçəyikimilər (Primulaceae Vent.) fəsiləsinə aiddir.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu A2c+3c. Azərbaycanın nadir növüdür. Qafqazın endemikidir[1][2]

Qısa morfoloji təsviri redaktə

Kökümsovu qısa, əyri, çoxlu qaytanlı kölər ilə çoxillik ot bitkisidir. Yarpaqlar uzunsov-yumurtavari və ya oval-lansetvari, üst tərəfdə küt, dairəvi kənardan yarımdairvi-dişiciklidir, üst tərəfdə yaşıl, çılpaq, alt tərəfdə nazik, ağkeçəlidir. Çiçək qrupu çətirvari, 3-10 çiçəklidir. Kasacıq darborulu, silindrvari, 15 mm uzunluqda, 26–30 mm enindədir. Tac sarı, qutucuq oval, kasacığa bərabərdir. Toxumlar oval, nöqtəvari –təpəcikli, künclü, qara, 1,5 mm uzunluqdadır.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri redaktə

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir, Alp qurşağının çəməliklərində rast gəlinir. Dekorativ bitkidir.[3]

Yayılması redaktə

Böyük Qafqazın Quba sahəsi və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəz hissələri [3]

Sayı və tendensiyası redaktə

Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər redaktə

Antropogen amillərin məhdudlaşdırcı təsiridir (çiçəklərin yığılması, mal-qaranın otarılması nəticəsində tapdalanma). 

Mühafizə tədbirləri redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur. 

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  3. 1 2 3 Флора Азербайджана, 1957

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024