Rusca Vikipediya Haqqinda Melumat - Vikipedia

Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rusca Vikipediya

Vikipediyanın rus dilində olan bölməsi

Rusca Vikipediya (rus. Русская Википедия) — Vikipediyanın rus dilində olan bölməsidir.

Rusca Vikipediya
Saytın skrinşotu
Saytın skrinşotu
URL ru.wikipedia.org
Layihənin mahiyyəti qeyri-kommersiya təşkilatı
Saytın tipi onlayn ensiklopediya
Qeydiyyat məcburi deyil
Dil rusca
Sahibi Wikimedia
Yaradılma tarixi 17 may 2001[1]
Məqalələrin sayı 1.774.835
Faylların sayı 234.457
Səhifələrin sayı 6.746.857
Redaktələrin sayı 117.942.440
İstifadəçilərin sayı 3.077.265
Aktiv istifadəçilərin sayı 11.317
İdarəçilərin sayı 77
Dərinlik 137,2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

11 ölkədə: Rusiyada, Ukraynada, Belarusda, Qazaxıstanda, Moldovada, Ermənistanda, Özbəkistanda, Azərbaycanda, Qırğızıstanda, TacikistandaTürkmənistanda digər dilli Vikipediyanın bölmələri arasında ziyarət sayına görə birincidir. Dünyada isə Fransızca Vikipediya ilə 5-6 yerləri bölür[2].

TarixRedaktə

 
RuVikidə 500 000-ci məqalə yazılandan sonra dəyişilmiş loqosu məhz belə görünürdü. (Rusiyada "limon" sözü bəzən "million" sözün əvəzinə eyilir)
 
RuVikidə 1 000 000-cu məqalə yazılandan sonra dəyişilmiş loqosu məhz belə görünür
 
RuViki davamiyyətə görə top 10-da

Azərbaycan və azərbaycanlılara dair məqalələriRedaktə

Rusca Vikipediyada Azərbaycan və azərbaycanlılara dair, xalqın ayrı-ayrı nümayəndələri, eləcə də mədəniyyəti və tarixi barədə yazılmış məqalələrdən maraqlı məlumatlar əldə etmək mümkündür. Könüllü redaktorların yazdığı bu məqalələr özündə Azərbaycan haqda ən qədim dövrlərdən tutmuş bu günə kimi bir çox məlumatı cəmləşdirir.

Qıraqdan baxanda “Vikipediya”nın, xüsusən rus bölməsinin hamı üçün faydalı və maraqlı bir informasiya mənbəyi olduğu təsəvvürü yaranır, amma heç də belə deyil. Çünki bu tip layihələri öz məqsədləri üçün istifadə etməyə çalışanlar kifayət qədərdir və “Vikipediya”da da belələri var. Xüsusən də ermənilər.

Erməni təbliğatçıları “Vikipediya”nın imkanlarını çox tez qiymətləndirib AzərbaycanErmənistana dair məqalələri təbliğat məhsulu ilə təchiz etməyə başlayıblar. “Vikipediya”nın səhifələrində həqiqət kimi təqdim edilən erməni yalanlarına və uydurmalarına tez-tez rast gəlmək mümkündür. Ortalığa bunun necə mümkün olduğu, uydurma erməni təbliğatının bu sayta necə yol tapdığı barədə sual çıxır. Cavab isə çox sadədir – pul.

“Vikipediya”da erməni təbliğatının məhsullarını yerləşdirməklə milliyətcə erməni olmayan, muzdla çalışan iki “könüllü” redaktor var – Şextman Pavel İosifoviç və Qomoz Vadim Voldemaroviç. Öz sponsorlarının göstərişi ilə işləyən bu adamlara “Vikipediya”nın rus bölməsinin Viktoriya Doronina, Aleksandr Nelyubov və hazırda bu saytda fəaliyyətini dayandırmış Yevgeni Genkin kimi administratorları yaxından köməklik edir.

Erməni təbliğatçıları faktları təhrif edir, yanlış mənbələrə istinadən yalan məlumatlar, böhtan xarakterli “faktlar” yaymaqla məşğul olur. Bəzən administratorlar arasında olan tərəfdarları onların dadına çata bilmir. Bu zaman onlar başqa yollara da əl atırlar. Məsələn, 2010-cu ilin mayında bu adamların sifarişi və iştrakı ilə “Vikipediya”nın bir qrup azərbaycanlı redaktorunun şəxsi email ünvanı qırılıb və onların şəxsi yazışmaları erməni saytlarında yerləşdirilmişdi. Göründüyü kimi, burada çalışan erməni muzdluları hər vəchlə sponsorlarının onlara göstərdiyi etibarı və sərf etdiyi maliyyəni doğrultmağa çalışır.

Azərbaycan tərəfində isə vəziyyət tamamilə fərqlidir. Bizdə pulla çalışan redaktorlar yoxdur. Əslində kimisə pulla “Vikipediya”da işləməyə cəlb etmək “Vikipediya”nın qaydalarına ziddir. Amma lakin rus bölməsinin administratorları buna göz yumur.

2011-ci ilin ilk günlərində “Vikipediya”nın rus bölməsinin seçilmiş məqalələri sırasına ermənipərəst administrator Viktoriya Doroninanın köməyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi barədə cəfəng məlumatlarla dolu sifarişli məqalə («Кампания по приданию Низами статуса национального азербайджанского поэта») daxil edilib. Müəllifləri iki erməni muzdlusu olan bu məqalə ilə əlaqədar azərbaycanlı redaktorlar orada yazılanların yalan olduğunu sübut edən bütün lazımi faktları təqdim etsələr də, buna məhəl qoyulmayıb. Bu fakt da bir daha onu sübut edir ki, “Vikipediya”nın rus bölməsi də erməni təbliğatçılarının təbliğat maşınlarına əlavə edilib.

Erməni muzdluları “Vikipediya”nın başlıca prinsiplərindən olan aşkarlıq, qərəzsizlik və neytrallıq prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, ensiklopediyanın rus bölməsinə olan etibarın azalmasına da səbəb olublar. Heç şübhə yoxdur ki, “Vikipediya”dakı “erməni təcrübəsini” digər düşərgələrin nümayəndələri də öyrənəcək və tətbiq etməyə çalışacaq. Bu isə “Vikipediya”nın neytral və azad bir resurs kimi sonu olacaq.

MənbəRedaktə

İstinadlarRedaktə


Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

W

Saytda 121 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021