Rusif Ağayev Haqqinda Melumat - Vikipedia

Rusif Ağayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rusif İbrahim oğlu Ağayev (16 aprel 1987, Hirkan, Lənkəran rayonu2 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Rusif Ağayev
Rusif İbrahim oğlu Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1987(1987-04-16)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (28 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Gizir
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub.

Hərbi xidməti redaktə

Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək , nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi. Sınaqlarda uğurla keçən 12 hərbçi arasında Rusif Ağayevdə olur və öz muradına çatır.

Ölümü redaktə

Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə böyük qəhrəmanlıq göstərmiş, Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Öz əsgər yoldaşlarını qurtaran zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur

İstinadlar redaktə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023