Rusiya-İran müharibəsi (1796) Haqqinda Melumat - Vikipedia

Rusiya-İran müharibəsi (1796) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rusiya-İran müharibəsi (1796)

1796-cı il Rusiya-İran müharibəsi — Rusiya İmperiyası və Ağa Məhəmməd Şah Qacarın hökmdarlıq etdiyi İran arasında sayca 3-cü müharibə.

Rusiya-İran müharibəsi
Tarix noyabr 1796
Yeri

Müharibənin tarixçəsi redaktə

1795-ci ilin sentyabr ayında Ağa Məhəmməd Şah Qacarın ordusu Azərbaycan daxil olur,daha sonra ordu Gürcüstana irəliləyir. Rusiya Georgiyevsk traktatına əsasən (Gürcü çarı II İrakli ilə Rusiyanın Qafqaz korpusunun rəhbəri general Potyomkin tərəfindən imzalanan anlaşmaya görə, Rusiya Gürcüstanı Türkiyə (Osmanlı) və İranın hücumlarından qorumaq barədə öhdəlik götürmüşdü.) Azərbaycana doğru ordu yollayır, aprel ayında rus ordusu Dərbəndi tutur, daha sonra Quba və Bakı işğal edilir. Noyabr ayının ortalarında 35 minlik rus ordusu Kür ilə Arazın kəsişdiyi yerə çatır, lakin rus imperiyasında baş verən bəzi hadisələrə görə, daha dəqiq isə Yekaterinanın ölümü və hakimiyyətə gələn 1-ci Pavelin müharibəyə yönümlü olmamasına görə ordu geri çağırılır. Bununla da 3-cü Rusiya-İran müharibəsi nəticəsiz bitir.


Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024