Ruslan Abbasov (əsgər) Haqqinda Melumat - Vikipedia

Ruslan Abbasov (əsgər) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ruslan Abbasov (əsgər)

Ruslan Hikmət oğlu Abbasov (25 may 2000; Sahil, Qaradağ rayonu, Azərbaycan14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Ruslan Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sahil, Qaradağ rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Lökbatan, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Hikmət Abbasov
Anası Leyla Abbasova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019—2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı redaktə

Ruslan Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.

Hərbi xidməti redaktə

2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə də, iyun ayında Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birinə dislokasiya olumuşdur.

İkinci Qarabağ müharibəsində iştirakı redaktə

Azərbaycan Ordusunun çavuşu olan Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində həlak olmuşdur.

Şəhid 16 oktyabrda doğulduğu rayona gətirilərək, Lökbatan qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.

Ən Son Axtarılanlar

ÇilidÉ Çilidə_dÉ Fayl:Lectures_on_the_principles_and_practice_of_midwifery_(electronic_resource)_(IA_b20388779).pdf Çilidə_dəfn_olunanlar Fayl:Lectures_on_the_principles_and_practice_of_midwifery_(IA_b21924065).pdf Çilidə_dəfn_olunanlar Fayl:Obstetric_operations,_including_the_treatment_of_haemorrhage_(IA_obstetricoperati02barn).pdf Fayl:A_handbook_of_obstetric_and_gynaecological_nursing_(IA_b2806334x).pdf Çilidə_dəfn_olunanlar Fayl:Galvanism,_applied_to_the_treatment_of_uterine_haemorrhage_(IA_b22383888).pdf Fayl:Obstetric_operations,_including_the_treatment_of_haemorrhage_(IA_67160390R.nlm.nih.gov).pdf Fayl:Bollettino_della_Associazione_Agraria_Friulana_n._3_(1889)_(IA_BolAssAgrFriulana1889-9).pdf Fayl:Diseases_peculiar_to_women_-_clinical_lectures_(IA_101598907.nlm.nih.gov).pdf Fayl:Observations_on_the_Caesarean_section_and_on_other_obstetric_operations,_with_an_appendix_of_ca Fayl:The_physiology_and_treatment_of_placenta_praevia_(IA_physiologytreatm00barn).pdf Fayl:Clinical_lectures_on_diseases_peculiar_to_women_(IA_clinicallec78atth).pdf Fayl:Lectures_on_the_more_important_eruptive_fevers,_haemorrhages_and_dropsies,_and_on_gout_and_rheu Fayl:Observations_on_the_Caesarean_section_and_on_other_obstetric_operations_-_with_an_appendix_of_c GlobalUsageM87_jet.jpg
Dostlarınla Paylaş

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024