Rza şah Pəhləvi Haqqinda Melumat - Vikipedia

Rza şah Pəhləvi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rza şah Pəhləvi

Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı26 iyul 1944[1], Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir.

Rza şah Pəhləvi
fars. رضا پهلوی
bayraq
İranın Şahənşahı
bayraq2
15 dekabr 1925 – 16 sentyabr 1941
ƏvvəlkiSultan Əhməd şah Qacar
SonrakıMəhəmməd Rza Pəhləvi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Alaşt, Savadkuh, Mazandaran
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Yohanesburq, Cənubi Afrika
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Dəfn yeri Rza şah Pəhləvinin məqbərəsi
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Həyat yoldaşı Tac-ol-Mülük
Uşaqları Oğulları: Məhəmməd Rza,
qızları: Əşrəf, Şəms
Ailəsi Pəhləvilər
Dini İslam
Rütbəsi briqada generalı

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doğumu redaktə

 
Rza şah Pəhləvinin doğum yeri, Savadkuh

Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi.

Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir. İkinci oğlu Nüsrətullah Xan Savadkuhda xidmət eləmiş və Rza Xanın əmisi ilə bir müddət çalışmışdır. Rza Xanın atası Abbas Əli Xan yeddinci oğlu idi.

Rza Xanın atası Abbas Əli Xan 1814-cü ildə Alaştda dünyaya gəlmişdir. Əfqan müharibəsində döyüşmüşdür. Rza Xan Albay Abbas Əli Xanın ikinci nikahından doğulmuşdur.

İslahatları redaktə

  • Mirzə Kuçik Han və digərlərinin çıxardığı qarışıqlığı susdurdu və İran AzərbaycanıGilanMazandaranda mərkəzi hökumətin gücünü oturtdu. O, kürd üsyanlarını basdı.
  • Xüsusilə KaşanLuristanda hökm sürən quldurları yoxdur etdi.
  • Ordunun birləşməsi və modernləşdirilməsi. Hərbi xidmətdən keçmək.
  • Xuzistanda ortaya çıxan hökumətin basdırılması, bölgənin İrana təkrar bağlanması.
  • Cənub-Şimal dəmir yolunun tikintisi.
  • Şəriət hakim yerinə məhkəmə sisteminin yaradılması. Kapitulyasiya qanunlarının ləğvi.
  • İran Milli Bankının qurulması və ingilis banklarının İran iqtisadiyyatındakı yerlərinin kiçildilməsi.
  • Dəniz və hava qüvvələrinin yaradılması.
  • İran pullarını xarici banklarda İrana aparmaq.
  • Gömrük qanunvericiliyinin aradan qaldırılması və gəlirlərin dövlət hesabına daxil edilməsi.
  • Ziraat Bankının təsisi.
  • Hat və Dress kodunu çıxarmaq.
  • Tütünşəkər fabriklərinin ölkənin dörd bir yanında qurulması.
  • Təhsil sisteminin modernləşdirilməsi.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

  1. Arfa H. Reza Shah Pahlavi // Encyclopædia Britannica (ing.).

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024