Rza Bədəlov Haqqinda Melumat - Vikipedia

Rza Bədəlov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rza Bədəlov (25 sentyabr 1915[1], Bakı[1]1987, Bakı[1]) — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968). [2][3][4]

Rza Bədəlov
1968 – 1976
ƏvvəlkiƏnvər Qasımzadə
SonrakıMirzə Ağa Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 25 sentyabr 1915(1915-09-25)[1]
Doğum yeri
Vəfat tarixi 1987
Vəfat yeri
Təhsili
Fəaliyyəti mühəndis-mexanik
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika elmləri doktoru

Həyatı redaktə

Rza Bədəlov Bakı şəhərində 25 sentyabr 1915-ci ildə anadan olub. Ali təhsilini 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Universitetin Neft-mexanika fakültəsində Mühəndis-mexanik ixtisası üzrə təhsil alıb.[2][3][4]

Əmək fəaliyyəti redaktə

Rza Bədəlov 1941–1944-cü illərdə "Əzizbəyovneft" trestinin Me­xa­niki təmir zavodunda mühəndis-konstruktordan sex rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1944–1947-ci illərdə AzSİ-nun aspirantı olub. 1947–1968-ci illərdə AzNKİ-də baş müəllim, dosent, professor, dekan müa­vini, Neft-mexanika fakültəsinin dekanı, Nəzəri mexanika kafedrasının müdiri vəzifələrini icra edib.[2][3][4]

Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun rektoru və Nəzəri mexanika kafedrasının müdiri olub. Habelə 1976–1987-ci illərdə AzNKİ-nun Neft-mədən mexanikası və Maşın və mexanizmləri kafedrasının müdiri vəzifələrini icra edib.[2][3][4]

Elmi fəaliyyəti redaktə

Rza Bədəlov dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: mədən-maşın mexanizmlərinin nəzəriyyə və praktikasının tədqiqi; süxurdağıdıcı alətin işçi elementlərinin formasının, optimal parametrlərinin, yerləşdirilməsinin müəyyənləşdirilməsi.[2]

Rza Bədəlov 1953-cü ildə namizədlik, 1965-ci ildə isə "Üçşaroşkalı baltaların işinin səmərəliliyinin tədqiqi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1968-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib. Rza Bədəlov 100-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifdir.[2][3]

Mükafatları redaktə

Rza Bədəlov "Qırmızı Əmək Bayrağı" ordeni və "Rəşadətli əməyə görə" medalı ilə təltif olunub.[2]

Vəfatı redaktə

Rza Bədəlov 1987-ci ildə Bakıda vəfat edib.[2][3][4]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 https://science.gov.az/en/forms/skanchavshiesya-chlenyikorrespondentyi/3307.
  2. 1 2 3 4 5 6 7 8 "Bədəlov Rza Əbdül oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 6 "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları" (Azərbaycan). nkpi.az. 7-7-2022 tarixində arxivləşdirilib.
  4. 1 2 3 4 5 "4-cü rektor - Rza Bədəlov" (Azərbaycan). www.aztu.edu.az. (#archive_missing_date) tarixində arxivləşdirilib.

Xarici keçidlər redaktə


Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024