Rza bəy Qaraşarlı Haqqinda Melumat - Vikipedia

Rza bəy Qaraşarlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Rza bəy Qaraşarlı

Rza bəy Qaraşarlı (1891, Şuşa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, ictimai xadim.

Rza bəy Qaraşarlı
19 fevral 1920 – 27 aprel 1920
ƏvvəlkiBağır bəy Rzayev
SonrakıVəzifə ləğv edildi.
7 dekabr 1918 – 27 aprel 1920
FraksiyaSosialistlər fraksiyası
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1891
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı redaktə

Rza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdı.

Siyasi fəaliyyəti redaktə

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdu. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında Bağır Rzayev baş katib postundan istefa verdi. Parlamentin 19 fevral 1920 tarixili sayca yüz iyirmi altıncı iclasında baş katib postuna sosialistlərdən Rza bəy Qaraşarlı seçildi.

1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi. 1922-ci ildən sonra Azərbaycan Xalq Maarif komissarlığında çalışmışdı. 1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi.

Qazax general-qubernatoru redaktə

Qazax qəzasındakı vəziyyət haqqıbda hökumətin rəsmi orqanı "Azərbaycan" qəzeti yazırdı: "Qazax qəzasında qanunsuzluq olduğundan, buraya parlaman üzvü Rza bəy Qaraşarov xüsusi müvəkkil təyin edilmiş və ona 600 nəfərlik əsgəri dəstə ilə bərabər, böyük ixtiyarlar verilmişdir".[1]

Belə ki, Azərbaycan hökumətinin 7 may 1919-cu il tarixli qərarı ilə parlament üzvü Rza bəy Qaraşarlı Qazax qəzasında mövcud bütün rəhbərlərdən daha üstün səlahiyyətlərə sahib olan Daxili İşlər Nazirliyinin fövqəladə səlahiyyətli müvəkkili vəzifəsinə təyin olunaraq maddi yardımla təmin olunmuşdur.[2]

Mənbə redaktə

Ədəbiyyat redaktə

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.

İstinadlar redaktə

  1. "Azərbaycan" qəzeti, 16 may 1919-cu il, № 101.
  2. Qanunverici aktlar, 1998. səh. 538

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024