Sözün tərkibi Haqqinda Melumat - Vikipedia

Sözün tərkibi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sözün tərkibi kök və şəkilçidən ibarətdir.

Sözün tərkib hissələri redaktə

Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır. Şəkilçinin isə leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Şəkilçilərdən hər birinin özünə görə müəyyən vəzifəsi olur.[1] Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir. Azərbaycan dilində şəkilçilər yazılışına görə iki, dörd və bir variantlıdır. İki variantlı şəkilçilərdə a/ə saitləri, dörd variantlı şəkilçilərdə qapalı saitlər iştirak edir. İki və dörd variantlı şəkilçilər ahəng qanununa əsaslanır, lakin bir variantlı şəkilçilər ahəng qanununa əsaslanmır.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. İ.Ə.Əhmədzadə,T.M.Hacıyev,Z.Ə.Şahbazova,A.F.Miriyev,M.H.Vəliyeva,S.M.Hüseynova,S.B.Əhmədova,S.C.Zeyniyeva,F.C.Ellazov,G.M.Veysəlov,S.H.İbrahimov,M.Ə.Hüseynov,R.K.Əliyeva. Azərbaycan dili. Bakı: Polygraphic Production. 2016. səh. 86-87.

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024