Sübhan Əliyev Haqqinda Melumat - Vikipedia

Sübhan Əliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sübhan Əliyev

Azərbaycan hüquqşünası

Sübhan Əliyev (tam adı: Sübhan Fərmayıl oğlu Əliyev; 15 oktyabr 1981, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (2019),[mənbə göstərin]AMEA Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri (2020),[mənbə göstərin] Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, BDU Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru (2022), "Sirius" Vəkil Bürosunun təsisçisi və müdiri (2022).[1]

Sübhan Əliyev
Sübhan Fərmayıl oğlu Əliyev
Doğum tarixi (42 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi Hüquq
Elmi dərəcəsi Hüquq elmləri doktoru
Elmi adı professor
İş yerləri Bakı Dövlət Universiteti
AMEA Hüquq və İnsan Haqları İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Sübhan Əliyev 15 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri 245 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra elə həmin il ödənişsiz əsaslarla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 2003-cü ildə isə həmin fakültədə Dövlət hüququ ixtisaslaşması üzrə dövlət hesabına magistratura təhsili almağa başlayıb. Sübhan Əliyev 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında aspirantura, 2012–2018-ci illərdə isə yenə həmin kafedrada doktorantura təhsilini davam etdirib.

Sübhan Əliyev evlidir, iki uşağı var.

Elmi fəaliyyəti redaktə

Sübhan Əliyev 2010-cu ildə "Azərbaycan Respublikası yerli özünüidarəetməsinin təşkilati-hüquqi formaları" mövzusunda dissertasiya işini müdafiə etmiş və 2011-ci il iyunun 22-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2013-cü ildə Konstitusiya hüququ kafedrasının dosenti seçilmiş, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir.

2018-ci ildə "İnsan Hüquqları sahəsində beynəlxalq hüquq normalarının realizəsinin dövlətdaxili təminat mexanizmləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş[2] və 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Sübhan Əliyevin əsas tədqiqat sahələri inzibati hüquq, inzibati-prosessual hüquq, parlament hüququ, konstitusiya hüququ, vəkillik hüququ və bələdiyyə hüququdur.

Əmək fəaliyyəti redaktə

Sübhan Əliyev 2006-cı il 5 sentyabrdan BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim qismində çalışır və "İnzibati hüquq", "Müqayisəli inzibati hüquq", "Hüququn əsasları", "İnzibati-prosessual hüquq", "Dövlət qulluğu" fənnlərini tədris edir. O, 2015-ci ildən etibarən Təhsil Nazirliyinin "SABAH" qruplarında, 2018-ci ildən isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında "İnzibati hüquq" və "İnzibati-prosessual hüquq" fənnlərini tədris edir.[3]

Sübhan Əliyev, həmçinin, 2013-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə,[4] 2015-ci il Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə,[5] eləcə də ayrı-ayrı qanunvericilik aktlarının şərh edilməsinə[6][7] dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının qəbul edilməsi zamanı hüquqşünas-ekspert kimi iştirak etmişdir.

2015-ci ildən mütəmadi olaraq Ədliyyə Akademiyasında Ədliyyə Nazirliyinə, hakimliyə və vəkilliyə qəbul olanlara "İnzibati hüquq" fənnindən təlimlər keçir. Sübhan Əliyevin təlim keçdiyi şəxslər arasında Dövlət Miqrasiya Xidmətinin aparatında və sisteminə daxil olan qurumlarda çalışan işçilər də vardır.[8]

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü[9] olan Sübhan Əliyev 2020-ci ilin sentyabr ayından AMEA Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri vəzifəsini icra edir.[10] Onun təşəbbüsü ilə 10 fevral 2022-ci ildə Bakı şəhərində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin deputatları Kamal CəfərovBəhruz Məhərrəmovun da iştirakı ilə "Sirius" Vəkil Bürosunun açılışı keçirilmişdir. Sübhan Əliyev həmin tarixdən etibarən həmin büronun müdiri kimi fəaliyyət göstərir.[1] Fəlsəfə doktorluğu dissertasiyasının təsdiqini həyata keçirən Əlaqələndirmə Şurasının hüquq üzrə 3 üzvündən biridir. Milli Aviasiya Akademiyasında hüquq üzrə fəlsəfə doktoru və hüquq elmləri doktoru dərəcələri almaq üçün Seminar Şurasının sədridir.

Kitabları redaktə

İstinadlar redaktə

  1. 1 2 ""Sirius" vəkil bürosunun açılışı keçirilmişdir" (az.). Azərbaycan Respublikasının Vəkillər Kollegiyası. 10 fevral 2022. 27 avqust 2022 tarixində arxivləşdirilib.
  2. "İnsan Hüquqları sahəsində beynəlxalq hüquq normalarının realizəsinin dövlətdaxili təminat mexanizmləri mövzusunda Hüquq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı" (PDF). aak.gov.az (az.). 5 dekabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 dekabr 2020.
  3. "Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib". customs.gov.az (az.). 12 noyabr 2019. 19 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2020.
  4. "2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı" (az.). 19 oktyabr 2013. İstifadə tarixi: 6 dekabr 2020.[ölü keçid]
  5. "2015-ci il noyabr ayının 1-də keçirilmiş beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı". constcourt.gov.az (az.). 24 noyabr 2015. 5 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2020.
  6. ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı". constcourt.gov.az (az.). 28 mart 2017. 5 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2020.
  7. "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı". constcourt.gov.az. 12 aprel 2017. 5 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2020.
  8. ""İnzibati icraat haqqında" qanunun tətbiqi ilə bağlı təlim". migration.gov.az (az.). 24 sentyabr 2018. 5 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2020.
  9. ""Kəngərli və partnyorları" Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər". barassociation.az (az.). 5 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2020.
  10. "AMEA Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsi". huquq.org.az (az.). 5 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2020.

Xarici keçidlər redaktə


Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024