Sülh ağacı (heykəl) Haqqinda Melumat - Vikipedia

Sülh ağacı (heykəl) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sülh ağacı (heykəl)

"Sülh ağacı" abidəsi Bakı şəhərində yerləşir. Abidə 17 may 2015-ci il tarixdə üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində qoyulmuşdur.

Sülh ağacı
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Bakı şəhəri, Yeni Bulvar
Memar Hedva Ser
Tikilmə tarixi 17.05.2015
Sülh ağacı (Bakı)
Sülh ağacı
Yeni Bulvar (İçərişəhər)
Yeni Bulvar

Müəllif redaktə

“Sülh ağacı” abidəsinin müəllifi YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Serdir.

Quruluşu redaktə

Abidənin quruluşunda təbiətdən ilhamlanan sevgi və ümid dolu səmaya ucalan əllər təsvir olunub.

Abidənin ideyası redaktə

“Sülh ağacı” xalqlar arasında anlaşma rəmzi kimi qəbul edilir, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir. “Sülh ağacı”, həmçinin YUNESKO-nun tolerantlıq, sülh simvolu hesab olunur.

İstinadlar redaktə


Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024