Sünik (sülalə) Haqqinda Melumat - Vikipedia

Sünik (sülalə) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sünik (sülalə)

Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur.

Tarixi Sünik ərazisi.

Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır.

Etnogenezi redaktə

Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindən[1] (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak[2]) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır:

"Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər."[3]

VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar."[4] R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir.[5] Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi.[6] O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi. Oranın əhalisinin tayfa istisnalığı qonşu dağlıq ölkədən axıb gələn köçərilərin hesabına saxlanır və bərpa olunurdu."[7] F.Məmmədova qeyd edir ki, "Moisey Kalankatlı ilk Albaniya hökmdarı Arranın Sünik sülaləsindən olduğunu qeyd etsə də, bu sülalənin etnik mənşəyi ilə bağlı heç nə qeyd etmir. Lakin mənbələrin verdiyi məlumatlardan belə məlum olur ki, Sünik sülaləsi yerli sülalə olmuşdur."[8] Sünik sülaləsini yerli sülalə hesab edən K. Trever qeyd edir ki, "sonrakı dövrdə Qafqaz Albaniyasının siyasi həyatında iştirak etməsinə baxmayaraq, Sünik ilk alban qəbilə ittifaqlarına daxil olmamışdır."[9]

Sünik vilayəti müxtəlif dövrlərdə Ermənistanın[10], Atropatenanın[11]Qafqaz Albaniyasının[12][13] tərkibində olmuş, Sünik sülaləsinin nümayəndələri hər üç ölkənin zadəgan sülalələri ilə qohumluq əlaqələri yaratmışlar. Mənbələr[14][15] Qafqaz Albaniyasının ilk hökmdarı və Arranilər sülaləsinin banisi olan Arranın da Sünik sülaləsindən olduğunu qeyd edirlər.

Tarixi redaktə

Sünik sülaləsinin ilkin tarixi haqqında məlumatlar çox azdır. Sülalə Maarifçi Qriqorinin təbliğatə nəticəsində xristianlığı qəbul etmiş, daha sonra Maarifçi Qriqorinin Kesariyada təbliğatı dövründə Sünik sülaləsinin nümayəndələri onu müşayət etmişlər.[16]

Sünik vilayətinin Böyük Ermənistan və ya Qafqaz Albaniyasının tərkibində olduğu və ya müstəqil olduğu dövrlərdə Sünik sülaləsinin nümayəndələri bu vilayətin hakimləri olmuşlar. İstər antik, istərsə də orta əsrlər dövründə Sünik Qafqazın ən güclü sülalələrindən biri olmuşdur. Sünik knyazları gümüş taxtda oturur, mirvarilərlə bəzədilmiş tac taxır, zadəganlıq göstəricisi kimi qırmızı ayaqqabı geyinirdilər. Sünik knyazlarının sülalə nişanəsi qabanın təsviri əks olunmuş üzük-möhürləri olurdu.

Sülalənin ailə əmlakı Sünik vilayətinin Tsux havarında Şaqat və Vayots-Zor havarında Yexeqis kəndləri, sonrakı dövrdə isə Qafan ərazisi hesab edilirdi. Qaxnamaka (taxt-məhkəmə reystri) əsasən Sünik knyazı erməni aristokratları cədvəlində hökmdardan sonra birinci yerdə qərarlaşmışdır.[17] Zoranamakda (hökmdarın hərbi reystri) isə göstərilir ki, Ermənistan hökmdarından sonra ən böyük hərbi qüvvə (19400[18] süvari) Sünik knyazlarına məxsus olmuşdur. F. Məmmədova qeyd edir ki, 387-ci ilə qədər Ermənistan ordusuna başçılıq edən bdeşx – sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar.[19]

Ermənistanda redaktə

Böyük Vardan - «Ümumi tarix»[20]
Haykdan adını Araqatç dağına vermiş Armaniak törəyib. Armaniakdan adın Armavirə vermiş Armais törəyib. Armaisdən adını Masis dağına vermiş Amasd doğulub. Amasd Qexarkunini inşa etmiş Qexamı dünyaya gətirib. Qexam Sünik sülaləsinin banisi Sisakı və Xarmayanı dünyaya gətirib. Xarmaya Aramı dünyaya gətirib və ondan bütün xalqların erməni adlandırdığı xalq törəyib.

Ermənistanın çar və knyaz sülalələri
 

Ermənistanda III Kiçik Xosrovun hakimiyyəti dövründə (330–338) Vaqinak Süni Ermənistanın Aldznik vilayətinin hakiminə qarşı yürüşdə iştirak etmiş və bu vilayəti idarə etmək hüququ almışdır.[21] 330-cu ilin sonunda Sünik sülaləsindən olan Andovk Süni yüksək hərbi mövqe əldə edir. Ermənistan çarı Tiranın (338–350) hakimiyyəti dövründə Sünik sülaləsindən olan Pisak Süni hökmdar sarayında "senekapet" (hökmdarın şəxsi təhlükəsizliyindən cavabdeh məmur) vəzifəsinə təyin olunur.[22]

II Arşak (350–368) Ermənistanda hakimiyyətə gəldikdə Vaqinak Sünini şərq ordularının rəhbəri Andovk Sünini isə Aldznik və Tiqranakert rəhbəri təyin edir.[23] Qızı Pərəncəmi Ermənistan hökmdarı II Arşaka ərə verən Andovk Süninin siyasi imkanları daha da genişlənmişdi. Öz romapərəst mövqeyi ilə tanınan Andovkun rəhəbrliyi altında Tiqranakert hərbi dəstələri Parfiya hökmdarı II Şapura qarşı bir neçə dəfə uğurlu döyüş keçirmişdi. 367-ci ildə Ermənistan II Şapur tərəfindən tutulduqdan sonra isə Sünik sülaləsinin nümayəndələri hakimiyyətdən uzaqlaşdırıldı və əksəri öldürüldü. Yalnız on ildən sonra, Mamikonyanlar sülaləsindən Manvel Mamikonyan (377–387) Ermənistanda hakimiyyətə gəldikdə Sünik sülaləsinin hakimlik hüquqları bərpa edildi.

Manvel Mamikonyan Parfiyanın razılığı olmadan Andovk Süninin oğlu Babik Sünini Sünik vilayətinin hakimi təyin etdi. Ermənistan hökmdarı III Arşak (378–390) isə Babik Süninin qızı ilə evləndi, oğlu Dara Sünini isə sparapet vəzifəsinə təyin etdi. 387-ci ildə Ermənistanda hökmdar hakimiyyətinin ləğv olunması və ərazisinin RomaParfiya arasında bölünməsindən sonra Dara Süni III Arşakla birlikdə Roma imperiyası ərazisinə keçmiş və Xosrova qarşı aparılan müharibədə ölmüşdür.

Sünik sülaləsi Ermənistanın Sasani mərazbanlığına çevrilmiş ərazisində də mühüm rola malik olmuşdur. 441-ci ildə Sünik hakimi Vasak Süni bütün Erməni mərzbanlığının hakimi təyin olunmuşdur. Vasak Sünidən sonra hakimiyyətə gəlmiş Varazvan və Qdeon Sünilər Sasani sarayı ilə yaxınlaşma siyasəti yürütməyə başlamışdılar. Buna görə də, Qafqaz xalqlarının 480–481-cü illəri əhatə edən xalq üsyanı zamanı Qdeon Süni üsyançılar tərəfindən tutularaq edam edildi.

Orta əsrlərdə mərkəzləşdirilmiş Ermənistan dövlətinin bərpa edilməsi zamanı Sünik sülaləsi BaqratuniArsruni sülalələri ilə birgə bu prosesin ən aktiv iştirakçılarından olmuşdur.[24] Sünik sülaləsi Baqratuni sülaləsindən olan I Aşotun hakimiyyətə gəlməsini dəstəkləmişdir.[25]

Atropatenada redaktə

Azərbaycan sülalələri
 

571-ci ildə knyaz Vaan Süninin təşəbbüsü ilə Sünik Ermənistandan ayrılaraq ayrıca şəhr kimi Atropatenaya birləşdirildi. Vaan Süni Sasani şahı Xosrovdan xahiş elədi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakarana köçürsün, onların şəhərlərini Atropatenanın sərhədləri hüduduna daxil etsin.[26] Orta əsr erməni tarixçisi Sebeos bu haqqda yazır:

"Sünik hakimi üsyan edərək ermənilərdən ayrıldı. Sasani şahı Xosrovdan xahiş elədi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakaran köçürsün, onların şəhərlərini Atropatenanın sərhəddləri hüduduna daxil etsin və onların üstündən erməni adı götürülsün. Əmr yerinə yetirildi."[27]

VII əsrdə SasaniBizans müharibəsi zamanı Sünik knyaginyası Bürək I İraklini rəhbərlik etdiyi Bizans qüvvələrinə yardım etmişdi. VII əsrin ortalarından etibarən Sünik sülaləsinin hakimləri cənubdan yaxınlaşan ərəb təhlükəsinə qarşı Bizans və erməni zadəganları ilə ittifaq yaratmağa çalışırdılar.

Qafqaz Albaniyasında redaktə

Moisey Xorenli - «Ermənistan tarixi»[28]
Valarşak Ermənistanın şərq sərhəddində iki yerli sülalədən Sisakanlar və Kadmeanlardan hakim təyin etdi. Bundan sonra, o, Kür çayının ortasından axıb getdiyi böyük, düzənlik ölkəyə məşhur ər, bütün məsələlərdə hikmət və anlayış sahibi Arranı hakim təyin etdi. Sisak sülaləsindən olan bu şəxs Erasx çayından Xnarakert adlı qalaya qədər olan alvan torpaqlarında hökmdarlıq etmişdir. Ölkəni də onun adı ilə “Alvaniya” adlandırmışlar, çünki həmin hökmdarı “alu” deyə çağırırdılar. Deyirlər ki, utilər, qardmanlar, çavdeylər və qarqarlar onun nəslindəndirlər.

Tarixi mənbələr Qafqaz Albaniyasının ilk hökmdarı olan Arranın Sünik sülaləsindən olduğunu qeyd edirlər. Moisey Kalankatlı yazır:

"Dünyanın yaranması ilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıbsa bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb, onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itatətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafəs nəslindən və Sisakan soyundan olan Arran onlara hakim təyin olunur. Arran Araks çayından başlayaraq Xunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır. Onlar öz ölkələrinə Ağvan adını ona görə vermişlər ki, Arranın özünü, yumşaq xasiyyətinə görə,"ağu"("mehriban") deyə çağırırdılar. Deyilənə görə, həmin Aranın nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir. Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarda yaşayan xalqlar da həmin Arranın oğullarının nəslindəndir."[29]

441-ci ildə Erməni mərzbanlığının hakimi (mərzbanı) təyin olunmuş Vasak Süniyə eyni zamanda Qafqaz Albaniyasında Çola keçidini (Dərbənd keçidi) qorumaq da tapşırılmışdı.[30]

VIII əsrdə Qafqaz Albaniyasının böyük knyazı Cavanşir Sünik sülaləsi ilə növbəti qohumluq bağını yaratmışdır. O, Sünik hakiminin qızı ilə evlənmişdir.[31] Bu haqqıda Moisey Kalankatlı yazır:

"Cavanşirin qələbələrini görüb eşidən ErmənistanGürcüstan əyanları onun üçün öz nəsillərindən qız seçib onunla qohum olmaq istədilər Lakin o, Sünik vilayəti knyazının Aruncan nəslindən özünə seçib onunla evləndi və bununla da süniklilərin hamısını çox sevindirdi."[32]

Sülalənin bölünməsi redaktə

 
Tatev monastırı — əsası 906-cı ildə Sünik hakimi Aşot Süni və onun arvadı Şuşanik tərəfindən qoyulub. Monastırın inşasına Sünik sülaləsindən olan Qeqarqunik hakimi II Qriqor Supan da kömək edib.[33]

VIII əsrin əvvəllərində Qafqazda Ərəb Xilafətinin təsirinin zəifləməsi dövründə Sünik sülaləsi bir neçə qola bölündü. 821-ci ildə ərəb qüvvələri Sünikin böyük bir hissəsini idarə edən Vasak Süniyə qarşı yürüş təşkil etdilər. Lakin, Xürrəmilər hərəkatının rəhbəri Babəkin köməkliyi ilə süniklilər öz torpaqlarını ərəblərdən azad edə bildilər. Lakin bu dəfə də Sünik hakimi Babəkdən asılı vəziyyətə düşdü. Babəkə qarşı müharibənin aparıldığı dövrdə o, yürüş edərək Göyçə gölü sahilində yerləşən Balk və Qeqrqunik havarlarını taladı.[34] Vasak Süninin ölümündən sonra, onun böyük oğlu Filipe mərkəzi Süniki, kiçik oğlu Saak Süni isə Göyçə gölü ətrafındakı əraziləri idarə edərək Sünik sülaləsinin Qeqarqunik haykazunları (hakimləri) olan qolunun əsasını qoymuşdur.

Sünik hakimləri tərəfindən inşa edilmiş Şəki qalasıOxçu qalasının dövrümüzə çatmış qalıqları.

IX əsrdə Sünik sülaləsi beş qola bölünmüşdü. 831–832-ci illərdə ilk Qeqarqunik hakimi Saak Süni ərəb vostikanı Xola qarşı üsyanda öldükdən sonra onun hakimiyyətə gəlmiş oğlu I Qriqordan sonrakı Qeqarqunik hakimləri Ermənistanda hakimiyyətə gəlmiş Baqratuni sülaləsinə meylli siyasət yürütməyə başladılar və qohumluq əlaqələri yaratdılar.[35] Sünik sülaləsindən olan Qeqarqunik hakimi Vasak Qaburun arvadı Məryəm Baqratilər sülaləsindən olan Ermənistan kralı I Böyük Aşotun qızı, Ermənistan kralı I Qagikin arvadı isə Sünik çarı Vasakın (998–1040) qızı Kətramid olmuşdur.[36][37]

853-cü ildə Vayots-Zor (Sünikin qərbində, Naxçıvanın şimalında yerləşən ərazi) və Sünik vilayətləri ərəb sərkərdəsi Buğanın hücumuna məruz qaldı. Həbs edilmiş hakimlər Aşot SüniVasak İşxanik əvvəlcə Dəbilə, daha sonra isə Samirəyə göndərildi. Lakin onlar tezliklə azad edildilər və Samirədən Sünikə qayıdaraq onun bərpası ilə məşğul oldular. Vasak İşxanikin əsirlikdə olduğu müddətdə Aşot Baqratuninin təyinatı ilə taxtda onu əvəz etmiş Vasak Qabur isə hakimiyyətin qanuni sahibi gəldikdə taxtı ona təhvil verdi.[38]

X əsrin əvvəllərində Sünikdə ikihakimiyyətlilik yaranır. Knyaz Smbat qərbi Sünik ərazisini — Vayots-Zor və Şaaponk əyalətlərini, qardaşı isə Balk havarı və Əkəri çayı sahilindəki əraziləri idarə etməyə başlayır.[39] 909–910-cu illərdə Sacilər sülaləsindən olan Azərbaycan əmiri Yusif ibn Əbu Sac Əlincə havarını tutaraq Sünikdən ayırır. X əsrdə Baqratuni sülaləsindən olan Ani kralı II Dəmir Aşot yürüş edərək Göyçə gölü sahilindəki Qeqarqunik əyalətini tutdu və Sünik sülaləsinin həmin əyalətdə hakim olan qolu Qeqarqunik haykazunlarının (hakimlərinin) hakimiyyətinə son qoyuldu. Ərazi isə Ani çarlığının tərkibinə qatılır.

IX–X əsrlərdə Sünik sülaləsinin nümayəndələri geniş quruculuq-inşaat işləri ilə məşğul olmuşlar. Bu zaman Aermon, Sisəvəng, Sivəng, Makenis, Kotavəng kilsələri, Oxçu qalası, Şəki qalası kimi tarixi-memarlıq abidələri inşa edilmişdir. 906-cı ildə isə Sünik hakimi Aşot Süni (892–909) və onun arvadı Şuşan tərəfindən Tatev monastırının əsası qoyulmuşdur. Monastırın tikintisinə həmçinin Sünik sülaləsindən olan Qeqarqunik hakimi II Qriqor Supan (859–913) və Caqik də yardım etmişdir.

X əsrin ortalarında Vayots-Zor hakimi Vasak Süni Dvin şəhərini Şəddadilər sülaləsindən almağa cəhd göstərmiş, lakin döyüşdə məğlub olmuşdu. Bu hadisədən sonra Sünik sülaləsinin Vayots-Zor əyalətində hakimiyyəti daha da zəifləyir. Artıq 970–980-ci illərdə əyalət Balk (Cənubi Sünik – Qafan ərazisi) hakimi I Smbata tabe olur. I Smbat isə 987-ci ildə Sünik knyazlığının müstəqilliyini elan etsə də, 988-ci ildə Ani çarlığından vassal asılılığını qəbul etməli olur.

Sünik sülaləsindən olan hakimlər redaktə

 
ZoranamakErmənistanda hökmdarın hərbi reystri
 
Sünik çarlığının ərazisi (1020–1166)

IV əsr redaktə

V əsr redaktə

Vayots-Zor hakimləri redaktə

821-ci ildə Vasakın ölümündən sonra onun böyük oğlu Filipe Sünikin böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi. Kiçik oğlu Saak isə Göyçə gölü ətrafındakı əraziləri hakimiyyəti altına alaraq burada hakimiyyətdə olmuş Sünik sülaləsindən olan Qeqarqunik haykazunlarının hakimiyyətini davam etdirdi.

X əsrdə Vasak Süni Dəbili Şəddadilərdən azad etməyə cəhd etsə də, döyüşdə məğlub oldu. Bu hadisədən sonra, Vayots-Zorun Sünik sülüləsindən olan hakimləri öz nüfuzlarını itirdilər. X əsrin 70–80-ci illərindən etibarən Sünikin siyasi mərkəzi bir qədər cənuba – Balk havarına (müasir Qafan) keçdi. Vayots-Zor hakimliyi I Smbatın dörd oğlundan (Smbat, Saak, Vasak, Babken) Saaka keçdi.

Qeqarqunik haykazunları redaktə

Sünik sülaləsinin Qeqarqunik haykazunları olan qolunun əsasını Sünik hakimi Vasakın oğlu Saak qoymuşdur.[42] Qeqarqunik haykazunları 821–925-ci illərdə Şimali Sünikdə — Göyçə gölünün qərb sahilində hakimlik etmişlər. Hakimlərin qərargahı Kot kəndində (Aşağı Qaranlıq rayonunun Aşağı Adıyaman kəndi) olmuşdur.

Sünik sülaləsinin digər nümayəndələri kimi Qeqarqunik haykazunları da geniş quruculuq və inşaat işləri ilə məşğul olmuşlar. Erməni tarixçisi Ovanes Drasxanakertli bu haqqda yazır:

"Tanrının bütün mərhəməti və qayğısını Ermənistana bəxş etdiyi günlərdə ölkədə hər öz xeyirli işini davam etdirirdi…Və əsas nahararlar böyük daşlardan, güclü divarlar inşa etdirir, şəhərləri və monastırları qorumağa çalışırdılar. Ən çox isə Haykazunlardan işxan Qriqor Süni və onun qardaşları Saak və Vasak inşaat işləri gördürürdülər. Onlar Gelam gölünün ətrafını abadlaşdırırdılar."[43]
 
 
 


925-ci ildə Ani çarı II Dəmir Aşot Göyçə gölü ətrafına yürüş edərək həmin əraziləri işğal etmiş və Sünik sülaləsinin burdakı hakimiyyətinə son qoyulmuşdur.

Sünik çarları redaktə

987-ci ildə Sünik hakimi I Smbat Süniki müstəqil knyazlıq elan etdi və Sünikin birinci knyazı oldu. Lakin 988-ci ildə Baqratuni sülaləsi nümayəndələri tərəfindən idarə olunan Ani çarlığının təzyiqləri nəticəsində vassal asılılığını qəbul etməli oldu.[44] VasakII Smbatın hakimiyyətləri dövründə Sünik çarlığı iqtisadi baxımdan xeyli gücləndi.[45] II Smbatın varisi olmadığından, onun ölümündən sonra hakimiyyətə kiçik qardaşı Qriqor gəldi. I Qriqorun Sünikdə hakimiyyəti dövründə Azərbaycan Səlcuqlular tərəfindən fəth edildi və Sünikin də bir neçə sərhəd havarı Səlcuqluların hakimiyyəti altına keçdi.[46] I Qriqorun ölümündən sonra Sünik çarlığında Sünik sülaləsinin hakimiyyəti kəsildi. Sünik taxtına I Qriqorun arvadının qardaşı, Xaçınlı Sənəkərim sahib çıxdı.

Sünik sülaləsinin davamçıları XVII – XIX əsrlərdə Azərbaycanda yaranmış məlik sülalələrinin formalaşmasında iştirak etmişdir.

İstinadlar redaktə

  1. V. Minorsky — Studies in Caucasian History, CUP Archive, 1953, səh. 69

    Siunik' had its own ancient dynasty claiming descent from Hayk, the founder of the Armenian nation. According to the local historian: "the race of Sisak, issued from Hayk…"

  2. Moisey Xoreni. История Армении Arxivləşdirilib 2010-12-31 at the Wayback Machine, кн. I, гл. 12
  3. Мовсес Хоренаци. История Армении, кн. II, гл. 8
  4. Н. Адонц. Дионисий Фракийский и армянские толкователи. — Пг., 1915. — С. 181–219
  5. Р. Ачарян – История армянского языка, Ереван, 1951, стр. 128–129.
  6. Н. Адонтс- Армения в епоху Юстиниана, Ереван, 1971, стр. 421
  7. Н. Адонтс- Армения в епоху Юстиниана, Ереван, 1971, стр. 423
  8. Ф. Мамедова – Кавказская Албания и Албаны, Баку, 2005, стр. 265
  9. К. В. Тревер – Очерки по истории и културе Кавквзской Албании, М-Л, 1959, стр. 146
  10. Riçard Hovanisyan — The Armenian People from Ancient to Modern Times, Palgrave Macmillan, 1997, Vol. I. The Dynastic Periods: From Antiquity to the Fourteenth Century, səh. 15
  11. Sebeos, Çar İraklinin tarixi, XXVIII, XXIX
  12. H. Hübschmann – Die Altarmenische Ortsnamen, səh 216
  13. J. Markwart – Entstehung der armenischen Bistumer, Orientalia Christian, XXVII, 2, Roma, 1931
  14. Moisey Kalankatlı, I, V
  15. Moisey Xorenli, II, VIII
  16. Aqafangel. "Ermənistan tarixi"; "Спасительное обращение страны нашей Армении через святого мужа-мученика" Arxivləşdirilib 2020-02-17 at the Wayback Machine, 795 CXII
  17. Cyril Toumanoff — Studies in Christian Caucasian History, Georgetown University Press, 1963, səh 252
  18. Всемирная история / Под ред. А. Белявский, Л. Лазаревич, А. Монгайт. — М., 1956. — Т. 2, ч. V, гл. XXV:

    Помимо постоянного войска, которым располагал царь, основные военные силы выставлялись нахарарами. Численность армии во время войны доходила до 100–120 тыс. Нахарары распределялись по рангам в зависимости от количества выставляемых ими воинов. Наиболее сильными после царей были князья Сюни. Особая воинская грамота определяла количество воинов, выставляемых каждым нахараром.

  19. F. Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993, səh 97
  20. "Вардан Великий. Часть 1 // Всеобщая история Вардана Великого, М., 1861, С. 18". 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
  21. Favstos Buzand, III, IX:

    И армянский царь послал (против них) своих верных слуг — князя Кордукского Джона, князя Мец Цапка Мара, князя Цопка-Шахуни Нерсеха, князя Сюникского Вагинака, князя Аштеанского Дата и князя Басеанского Манака с большим войском. Они пошли, победили персидские войска и всех вообще предали мечу, и убили бдэшха с братом и сыновьями его. Но голову Бакура и девушку одну, его дочь, они привезли к царю. И так как из рода (Бакура) никого больше не оставалось, то царь эту девушку дал в жены своему любимцу Вагинаку Сюни, отдал также ему Алдзникский дом и сделал его бдэшхом и наследником этого дома. Потомство умножилось, и Вагинак со всей этой страной и всеми силами служил всегда царю.

  22. Michael H. Dodgeon, Samuel N. C. Lieu. — The Roman Eastern Frontier and the Persian Wars (AD 226–363): A Documentary History.,Routledge, 1994, səh. 259.
  23. Moisey Xorenli, III, 26:

    Шапух же достигает нашего города Тигранакерта. Горожане вместе с военным отрядом ополчаются против него, ибо Антиох, родовладыка Сюнийский, тесть Аршака и управитель города, приказал запереть ворота перед Шапухом. И не только не впустил его, но даже не послал к нему вестников и его посланцев не принял. Произошло сражение, в котором погибли многие из персов. Рать Шапуха, потерпев поражение, возвратилась в Мцбин.

  24. Bagratids Arxivləşdirilib 2021-01-02 at the Wayback Machine — Encyclopædia Iranica:

    Within less than a century after the disaster of 775, they regained and increased their political importance, and then reigned over a powerful and consolidated west-central Armenian state. Since this disaster had ruined and weakened many princely houses, which were reduced to dependence on a few others, the might of those few who had survived the ruin was vastly increased. Armenia thus came to be divided into only just three big political formations: the Arcrunid state in the south, the Siunid state in the east, and the Bagratid state which proved the most successful. Cautiously maneuvering, as they had always done, between, on the one hand, the caliphate, which was on the decline now and breaking up into a number of succession states, and, on the other, the empire, which was concentrating upon a struggle with these, the Bagratids monopolized the office of presiding prince and then, in 884, converted it into kingship. Recognition was easily obtained from caliph and emperor.

  25. Степанос Орбелян. История области Сисакан. — Тифлис, 1910. — С. 26.
  26. A. Fazili — Atropatena, Bakı, 1993
  27. "Sebeos — Çar İraklinin tarixi, XXVIII, XXIX". 2008-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
  28. "ВMoisey Xorenli, II, VIII". 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
  29. Kalankatlı, I, V
  30. Н. Адонц — Армения в эпоху Юстиниана, стр. 421–422, примеч.4
  31. Ф. Мамедова – Кавказская Албания и Албаны, Баку, 2005, стр. 266
  32. Kalankatlı, II, XIX
  33. Nicholas Holding, Deirdre Holding. Armenia with Nagorno Karabagh Arxivləşdirilib 2014-03-05 at the Wayback Machine. — 3-е изд. — Bradt Travel Guides, 2011. — Т. 3. — С. 256:

    On the north facade are also representations of the founders of the church – Prince Ashot, his wife Shushan, Grigor Supan, the ruler of Gegharkunik, and Prince Dzagik.

  34. V. Minorsky. Studies in Caucasian History. — CUP Archive, 1953. — С. 69.
  35. Gilbert Dagron. Travaux et mémoires du Centre de recherche d'histoire et civilisation de Byzance: Monographies // Travaux et mémoires. — De Boccard, 2000. — Т. 13. — С. 402:

    Dans la seconde moitié du IXe siècle, ces deux parties du Siwnik' vécurent en paix et proches des Bagratuni; au Geiakuni, Vasak Gabur avait épousé une fille du futur roi ASot Ier, et leurs trois fils, Grigor Sup’an II, Sahak et Vasak

  36. Степанос Орбелян. История области Сисакан. — Ер., 1986. — С. 256
  37. Вардан Великий. часть 3 // Всеобщая история Вардана Великого Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine / Пер. М. Эмина. — М., 1861. — С. 114–115:

    В начали 431–985 года умирает Сембат. Тотчас вызывают изгнанного Гагика, возлагают на него корону, женят его на Катрамите, дочери Сюник'ского царя, Саака. Она довершила постройку соборной церкви, увещаваемая ангелом Божиим, который обещает ей помогать в ее прсдприятии и оставаться в том же храме до тех пор, пока все создания не увидят Христа пришедшим.

  38. Иованнес Драсханакертци. гл. XXVIII // История Армении Arxivləşdirilib 2009-09-08 at the Wayback Machine. — Ер., 1986.
  39. V. Minorsky. Studies in Caucasian History. — CUP Archive, 1953. — С. 69–70 :

    By the beginning of the 10th century the family domains were divided into two principalities: Smbat took the western part consisting of Vayots'-dzor and Shahaponk', and his brother the eastern part, namely Balk' down to the river Akera.

  40. A. E. Redgate. The Armenians. — Wiley-Blackwell, 2000. — С. 208.::

    Vayotsc-dzor and other lands passed from Vasak Ishkhanik to his brother Ashot and then to Vasak’s son as co-heir with Ashot’s four sons

  41. Степанос Орбелян. История области Сисакан. — Ер., 1986. — С. 193.
  42. Richard G. Hovannisian. The Armenian People From Ancient to Modern Times: The Dynastic Periods: From Antiquity to the Fourteenth Century. — Palgrave Macmillan, 2004. — Т. I. — С. 137.
  43. Иованнес Драсханакертци. гл. XL // История Армении Arxivləşdirilib 2020-02-20 at the Wayback Machine. — Ер., 1986.
  44. Steven Runciman. The Emperor Romanus Lecapenus and his reign: a study of tenth-century Byzantium. — Cambridge University Press, 1988. — С. 126–127:

    All, except for the house of Siounia which on the whole remained close allies of the Bagratids, spend their days in a mass of intricate and changeful intrigues, alliances and wars directed solely by envy and the desire of self-aggrandizement.

  45. Степаненко В. П. Из истории армяно-византийских отношений второй половины X–XI в. (к атрибуции монет Кюрикэ куропалата) // Античная древность и средние века. — 1978. — В. 15. — С. 46.:

    Войска вассальных государств принимали участие во всех внешнеполитических акциях анийских Багратидов. В качестве примера можно привести конфликт владетеля Тао Давида Куролалата с царём Абхазии Картли Багратом III и его отцом Гургэном (988). Союзник Давида шаханшах Смбат II направил ему на помощь войска Вананда, Сюника, Васпуракана и Ташир-Дзорагета.

  46. University of Cambridge. The Cambridge history of Iran. — Cambridge University Press, 1991. — Т. 5. — С. 64:

    Alp-Arslan’s victory at Malazgirt also meant that, apart from the districts of Tashir and eastern Siunik', Armenia passes definitely into Muslim hands; and within the nest decade or so, the Byzantines, resolutely anti-Armenian to the end, exterminated several survivors of the native Bagratid and Ardzrunid dynasties.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 180 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023