Sıravan Haqqinda Melumat - Vikipedia

Sıravan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sıravan (fars. سیراوند‎, (az-əbcəd. سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd.

Sıravan
fars. سیراوند
34°47′43″ şm. e. 47°59′47″ ş. u.
Ölkə  İran
Region Həmədan ostanı
Rayon Əsədabad şəhristanı
Əhalisi
Əhalisi 531 nəfər (2016)
Milli tərkibi Azərbaycan türkləri
Dini tərkibi Şiə müsəlmanlar
Xəritəni göstər/gizlə
Sıravan xəritədə
Sıravan
Sıravan

Coğrafiya redaktə

Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub.[1]

Bulaqlar redaktə

 
Lavcı bulağı

Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl.[1]

Əhalisi redaktə

2016-cı ilin məlumatına görə kənddə 531 nəfər[2] yaşayır (163 ailə).

Milli tərkibi redaktə

Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, BayatUstaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar.[3] Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır.[1]

İqtisadiyyat redaktə

Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirincarmud ağacları var.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 "Seeiran". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  2. "Kənd əhalisi". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  3. "Hamedan.irib.ir". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.

Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024