Sıxlıq Haqqinda Melumat - Vikipedia

Sıxlıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Sıxlıq — cismin kütləsinin onun həcminə nisbətinə bərabər olan fiziki kəmiyyətə deyilir. BS-də vahidi kq/m³-dir. Sıxlıq skalyar kəmiyyətdir. Maddələrin sıxlıqları müxtəlif olur. Suyun sıxlığı 1000 kq/m³-dir.

Sıxlıq
Ölçü vahidi
BS kq/m³
SQS q/sm3
Qeyd
Skalyar kəmiyyət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düsturu redaktə

Sıxlığın düsturu aşağıdakı kimi ifadə olunur[1]:

 

Burada "m" — cismin kütləsi, "V" — cismin həcmidir. Sıxlığın BS-də vahidi kq/m³, SQS-də isə q/sm³-dir.

  • Bəzən qazların sıxlıqlarını hesablayan zaman aşağıdakı düsturdan istifadə edilir.
 

Burada "M" — qazın molyar kütləsi,   — qazın molyar həcmidir (normal həcmdə qazın həcmi 22,4 l/mol-dur).

Bir sıra qazların sıxlığı redaktə

Qazların və buxarların sıxlığı (0 °C, 101, kq/m³
Azot 1,250 Oksigen 1,429
Ammonyak 0,771 Kripton 3,743
Arqon 1,784 Ksenon 5,851
Hidrogen 0,090 Metan 0,717
Su buxarı (100 °C) 0,598 Neon 0,900
Hava 1,293 Karbon qazı 1,977
Xlor 3,164 Helium 0,178
Etilen 1,260

İstinadlar redaktə

  1. National Aeronautic and Space Administration Glenn Research Center. "Gas Density Glenn research Center". grc.nasa.gov. 2013-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-26.

Saytda 13 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024