Səbir qalası Haqqinda Melumat - Vikipedia

Səbir qalası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dözüm qalası (nid. Fort Lijdzaamheid) — Qananın Apam qəsəbəsində yerləşən niderland qalasıdır.

Dözüm qalası
Fort Lijdzaamheid
Dözüm qalası (Qana)
Dözüm qalası
Tikinti yerinin tarixi
Tikilib1967
Qarnizon informasiyası
İcarəçilərNiderlandlar (1697-1868)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rəsmi adıFort Patience (Fort Leydsaemheyt)
TipiMədəni
Kriteriya(vi)
Tarixi1979 (3-cü sessiya)
İstinad nöm.34-003
ÖlkəQana Qana

Tarix redaktə

Qala ilk dəfə 1697-ci ildə, Hollandiya ilə müqavilə bağlamış və britaniyalılar ilə müqavilə bağlayan Fante və Aqona krallıqları arasında yerləşən Akron kralının xahişi ilə ticarət lojası olaraq inşa edilmişdir. Niderland Qərbi Hindistan şirkətinin rəhbərləri bu təkliflə yalnız minimum xərclərlə tikiləcəyi şərtilə razılaşdılar.[1] Akron bundan məmnun deyildi və niderlandları tez-tez əgər istehkamları genişləndirməsələr qovulacaqları ilə hədələyirdi. Nəticədə binanı bitirmək üçün beş il gərək oldu və buna görə də tikiliyə Fort Lijdzaamheid ("səbir qalası") adını verdilər.[2]

Loja 1721-ci ilə qədər şimaldan Apam limanına, cənubdan dağlıq yarımadaya, şərq və qərbdən isə Qvineya körfəzi sahilinə komandanlıq görünüşü təqdim edən bir müdafiə istehkamına çevrildi.

1782-ci ilin əvvəlində kapitan Tomas Şirley 50 toplu Leander gəmisi və şlyup tipli Alliqator gəmisi ilə Hollandiyanın Qızıl sahilinə üz tutdu. Hollandiya bu dövrdə Britaniya ilə müharibədə idi və Şirley Səbir qlası da daxil olmaqla ərazidəki niderland qalalarını ələ keçirdi.[3]

Quruluşu redaktə

Qalanın orijinal quruluşu kiçik iki mərtəbəli daş loja idi. Qala 1701-1721 illəri arasında Niderlandiya tərəfindən şimal-qərbdə və cənub-şərqdə bir yerləşən bir yarım-bazaya çevrildi. Tikili həmçinin polis məntəqəsi və poçt şöbəsi kimi də xidmət etmişdir.[4]

Təhdidlər redaktə

9 Aprel 2008-ci ildə Apam Gənclər və İnkişaf Dərnəyi Milli Muzeylər və Abidələr Şurasına, Hollandiyanın Qanadakı Səfirliyinə, Qomoa əyalət Məclisinə və digər səlahiyyətli tərəflərə Səbir qlasının daha da ziyan görməsinin qarşısını almaq üçün təcili addımlar atılması ilə bağlı müraciət etdi.[5]

Mənbə redaktə

  • Van Dantzig, Albert. Forts and Castles of Ghana. Accra: Sedco Publishing. 1999. ISBN 9964-72-010-6.

İstinadlar redaktə

  1. Van Dantzig, 1999. səh. 45
  2. Van Dantzig, 1999. səh. 46-47
  3. Crooks, John Joseph (1973), Records Relating to the Gold Coast Settlements from 1750 To 1874 (London: Taylor & Francis), p. 62. ISBN 978-0-7146-1647-6
  4. "Ghana Museums & Monuments Board". www.ghanamuseums.org. 2019-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-19.
  5. "Apam youth call for rehabilitation of Fort Patience". www.ghanaweb.com (ingilis). 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-19.

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024