Səbuhi Əsədov Haqqinda Melumat - Vikipedia

Səbuhi Əsədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səbuhi Əsədov

Azərbaycan Silahlı Qüvvələrin əsgəri, Vətən müharibəsi şəhidi

Səbuhi Azər oğlu Əsədov (19 yanvar 1999; Bakı şəhəri, Suraxanı rayonu8 oktyabr 2020; Suqovuşan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Səbuhi Əsədov
Əsədov Səbuhi Azər oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı şəhəri, Suraxanı rayonu
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Suqovuşan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Bül-bülə. "Şəhidlər xiyabanı"
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əsədov Azər
Anası Əsədova Cahan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019-2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Cəsur döyüşçü" medalı — 2021 "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı redaktə

Səbuhi Əsədov 19 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Hasanlı kəndindəndir. 15 sentyabr 2005-ci ildə Suraxanı rayonu 85 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoyub, 14 iyun 2016-ci ildə isə həmin məktəbin məzunu olub.

Hərbi xidməti redaktə

5 iyul 2019-cu ildə isə vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Mingəçevir şəhərində N saylı hərbi hissədə hərbi xidmətini davam etdirib. 27 sentyabr Vətən Müharibəsinin başlaması ilə cəbhənin Tərtər istiqamətində TalışSuqovuşan uğrunda gedən döyüşlərə qatılmışdır. 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində həlak olmuşdur.

Təltifləri redaktə

İstinadlar redaktə

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 05.11.2022. 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2022.

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024