Səbuhi Musayev Haqqinda Melumat - Vikipedia

Səbuhi Musayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Səbuhi Rəfael oğlu Musayev (1987, Mustafaağalı, Bərdə rayonu2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Səbuhi Musayev
Səbuhi Rəfael oğlu Musayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bərdə, Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Kiçik çavuş
Təltifləri "İgidliyə görə" medalı

Həyatı redaktə

Səbuhi Musayev 1987-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. Səbuhi Musayev ailəli idi, Fərid adında bir oğlu yadigar qalıb.

Hərbi xidməti redaktə

Kiçik çavuş Səbuhi Musayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 7-si isə Səbuhi Musayev doğulduğu Bərdə rayonunun Mustafaağalı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Musayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Səbuhi Musayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 33 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023