Sədənrud mahalı
Sədənrud və ya Sərdərin mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Mahal | |
Sədənrud mahalı | |
---|---|
Daxildir |
Şirvan bəylərbəyliyi Şirvan xanlığı |
Naib | Hacı Abdulla bəy |
Əhalisi | |
Əhalisi | 1210 ailə nəfər |
|
Tarixi redaktə
Ucar, Göyçay, Sabirabad, Kürdəmir və Ağdaş rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Hacı Abdulla bəy idi.
Əhalisi redaktə
1821-ci ildə 9 oba (Muğanlı, Türkman, Müsüslü, Murtı, Xəlilli, Kürd, Şıxlı, Bağırbəyli, Cakirli) və 37 kənddə (Bərgüşad, Qaracallı, Şıxəmir, Hacalı, Şəkili, Yalmən, Dulusçu çarxı Yenikənd, Qaziyan, Bığır, Çiyni, Çaxırlı, Əlikəndi, Şıxbəy, Mollahacılı, Qaraxıdır, Danabasan Türkədi, Məlikkəndi və Alpı, Kəlbəndə, Qurd, Şaharxı, Ləki, Çərəkə, Bevdəvil, Kürdşaban, Alxasova, Qulabənd, Çayarxı, Pirkəndi Küçəgədi, Qarabucaq, Şıxnəsir, Alpout, Şəkər, Keşxurd, Ərəb, Ərəb, Bozavand) 1210 ailə yaşayırdı.
İqtisadiyyatı redaktə
Sərdərin mahalının sakinləri əkinçilik, maldarlıq, xalçaçılıq, üzümçülük və baramaçılıqla məşğul olurdular.
İstinadlar redaktə
Həmçinin bax redaktə
Xarici keçidlər redaktə
- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.[ölü keçid]
- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.). axar.az. İstifadə tarixi: 2017-04-10.